Cəmilə Qafar qızı Babayeva
“Kitabxanalar tarixi yaddaşımız, milli-mənəvi xəzinəmizdir”H.Əliyev Mədəni kənd Mığrı(Meğri) rayonunun Lehvaz kəndi mədəni kəndlər sırasında xüsusi yer tutur. Rayon mərkəzindən 6 km məsafədə Mığrı(Meğri) çayının sağ sahilində dağlar döşündə yerləşir. Əsasən üzümçülük, meyvəçilik, heyvandarlıqla məşğul olan bu kənd öz səfalı iqlim şəraitinə uyğun olaraq zəngin təbiətə malikdir. Kəndin küçələrinin asfalt örtüyü, küçələrdə işıq dirəklərinin olma...
Rövşən Suleymanoğlu
Şair doğulmadım.., şeirlər yazım, Aşıq da olmadım, yoxumdur sazım, Əsirlikdə qalıb, qərib Lehvazım, Ürəyi dərdliyəm,qəlbi doluyam, Çiskinli, dumanlı, dağlar oğluyam!   Yaylaqlar boş, qurulmayır obamız, Tüstüsü yox, isinməyir sobamız, Bizə miras qoymuş, Ulu Babamız, O Torpağın, öz Yurdumun quluyam, Çeşməli, bulaqlı, dağlar oğluyam!   Oğuz Xandan gəlir, nəsil Boy'umuz, Əsrlərə qərq olubdur, Soy'umuz, Zəngəzurda səslənəcək, Toy'umuz, ...
Rövşən Suleymanoğlu
Canım, gözüm,..dərdli Mığrı dərəsi, Qəm içində, yoxudur bir çarəsi. Titrədəcək, Ulu Türkün nərəsi, Yeri, Göyü, Nuhun dağı Ağrını. Qismət olsa, görəcəyik Mığrını, Qarlı qışda, gəzəcəyik Mığrını!   Toz içində, asılıdır dəhrəmiz Dayanıbdır, ip əyirmir cəhrəmiz, Neçə ildir, yağ verməyir nehrəmiz. Zaman gələr, atıb acı, ağrını, Qismət olsa, görəcəyik Mığrını, İlk baharda, gəzəcəyik Mığrını!   Xəzəl dolub, kəndimizin arxına, Su gəlməyir,...
Rövşən Suleymanoğlu
Havasından, Ulu dərənin, dağın, Doymaq olmur, suyundan Buz bulağın, Çiçəyindən, meyvəsindən Şah bağın, Şəfqət gəlir, qüvvət gəlir hər Cana, Canım fəda, Qərbi Azərbaycana!   Hər Bağbanın, öz bağçası, öz bağı, Hər ağacın, öz budağı, yarpağı, Qəhrəmanlar yetişdirir, Torpagı, İğidləri, Səs salıbdır Cahana, Canım fəda, Qərbi Azərbaycana!   Bağlarının, ballı meyvəsi, barı, Torpağının, zəngin sərvəti, varı, Dağlarının zirvəsində, ağ qarı, ...
Rövşən Suleymanoğlu
O dağlardan, dərələrdən uzağıq,Cismən ahıl, ürəklərdə uşağıq,"Bermud"təkin, yenilməz üçbucağıq,Zamanında, keçəcəyik Arazı,Kimsə unutmayıb, doğma Lehvazı! Baş Yurd, Püşgah yurdu, Zeyni çeşməsi,Selinti yaylağı, palıd meşəsi,Əlik mələrtisi, bülbül nəğməsi,Dağlarda səslənir, çoban avazı,Kimsə unutmayıb, doğma Lehvazı! Qanlı zəmi, nər igidlər yaylağı,Dağlar gözəlidir, Maral oylağı,Baldırqan çeşməsi, Turş su bulağı,Qantəpəri, kəklikotu, yarpızı,Kim...
Elza Qüdrət qızı Orucova
Atam -  Qüdrət müəllim haqqında yazılar (mətnlər ixtisarla verilir):                                     Aldərə kənd orta məktəbinin  direktoru Səfəralı İbrahimov:  Qüdrət müəllim gördüyü hər hansı bir haqsızlıqla, qəsdən edilmiş səhvlə barışmazdı. Biz onunla İrəvana, azərbaycanlı təbliğatçıların 3 günlük seminarına getmişdik. Seminar MK-nın Siyasi Maarif Evində keçirilirdi. Dəhlizdə gəzərkən Qüdrət müəllimin gözü Siyasi Büro üzvlərinin...
Nərminə Bayram qızı Məmmədova
Doğma Lehvazımızın gözəl yaylaqları çoxdur. Hər il yay aylarında məktəblər bağlandıqdan sonra kənd əhalisinin çoxu öz mal-qaralarını yaylaqlara aparar, özləri də o yaylaqlarda 3 ay müddətində istirahət edərdilər. Məktəblərdə tədris ili başlayanda kəndə qayıdardılar. Bizim ailənin ən sevimli yaylağı Qanlı zəmi idi. May ayının 25-dən sonra atam bizi ailəmizlə bu yaylağa aparardı, orada oba (alaçıq) düzəldərdi, biz orda yaşayardıq. Yaylaqlarda günl...