Havasından, Ulu dərənin, dağın,
Doymaq olmur, suyundan Buz bulağın,
Çiçəyindən, meyvəsindən Şah bağın,
Şəfqət gəlir, qüvvət gəlir hər Cana,
Canım fəda, Qərbi Azərbaycana!
Hər Bağbanın, öz bağçası, öz bağı,
Hər ağacın, öz budağı, yarpağı,
Qəhrəmanlar yetişdirir, Torpagı,
İğidləri, Səs salıbdır Cahana,
Canım fəda, Qərbi Azərbaycana!
Bağlarının, ballı meyvəsi, barı,
Torpağının, zəngin sərvəti, varı,
Dağlarının zirvəsində, ağ qarı,
Yurdsevənlər boyayıbdır, al qana,
Canım fəda, Qərbi Azərbaycana!
Zinətdir, bəzəkdir, Zəngəzur dağı,
Çırpınan ürəkdir, Mığrı Torpağı,
Zirvəyə ucaldan, Şanlı Bayrağı,
Övladlar böyüdür, hər Ata, Ana,
Canım fəda, Qərbi Azərbaycana!
Göyçə, Dərələyəz, Zəngəzur mənim,
Əsirlikdə qalan, qərib Vətənim,
Tək Yumruq olaraq, birgə gedəlim,
Mığrı dağlarından, Xan İrəvana,
Canım fəda, Qərbi Azərbaycana,
Canım fəda, Bütün Azərbaycana!