22 may 1959 - 1993-cü ildə itkin düşmüşdür
Peşəkar hərbçi Tahirov Həzrətəli Əziyyət oğlu 22 may 1959-cu ildə Ermənıstan Res. Mığrı rayonu Nüvədi kəndində anadan olmuşdur.
1976-cı ildə Gəncə şəhəri, 40 saylı orta məktəbi bitirdikdən sonra 1978-ci ilin may ayında Sovet ordusu Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 1980-ci ildə ehtiyyata buraxılmışdır.
1980-1982-ci illərdə Azərbaycan Dəmiryol Lokomativ Deposunda işləmişdir. 1983-cü ildə Litva Respublikasının Kaunas vilayətində Gizirlər məktəbində təsil aldıqdan sonra, 1983-1992-ci illər Sovet ordusunun desant qoşunlarında xidmət etmişdir.
1987-1989-cu illər Əfqanıstanda desant kimi döyüş yolu keçmişdir. 1993-cü ildə Ulu Öndərin çağırışı ilə könüllü olaraq Qarabağı erməni işğalçılarından azad olunması üçün cəbhənin ön xəttinə yollanmış, 1989-cu ildə azğınlaşmış ermənilər Goranboy rayonunun Todan və Toğana kəndlərinə hücum edəndə, kəndləri talayanda, Həzrətəli qulluq etdiyi hərbi hissədən hərbi texnikanı icasəsiz çıxarıb onların köməyinə özünü yetirmiş və kəndlərin xilas olmasında yaxından iştirak etmişdir.
Həzrətəli çox xeyirxah, mərd, cəsur bir iğid idi. O tək ailəsinin, yaxınlarının deyil bütün elin qayğısına qalırdı. Azərbaycanın ən gərgin günləri idi. Xüsusilə də 1993-cü il Zəngilan rayonunun dar günü idi. Silahı və sürsatı olmayan insanların yanında olmaq, ən azı canımla vətənə sipər olaram fikri düşüncəsi bu idi Həzrətəlinin. Könüllü olaraq özünü Zəngilanlıların harayına yetirdi. 25 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Qumlaq kəndi uğrunda gedən döyüşlərdə, 865 saylı saylı h/h-nin tərkibindəki kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində, baş gizir rütbəsi ilə xidmət edərkən itkin düşmüşdür.
İllərdir həyat yoldaşı Zenişərəf xanım, qızı Kəmalə, oğlu Elçin onu sevən bütün qohumlar və Nüvədililər yolunu gözləyir bəlkə də cəsur, qorxmaz, mərd, igid Həzrətəli QAYIDACAQ!
17 may 1970 - 3 iyul 1992
Qurbanov Xəqani Paşa oğlu 17 may 1970-ci ildə Ermənıstan Res. Mehri rayonu Nüvədi kəndində anadan olmuşdur.
Azərbaycan Dovlət Neft Akademiyasının 4-cü kurs tələbəsi idi.
Könüllü olaraq cəbhəyə getmiş .Tərtər, Sarısu, Qarabulaq, Ağdərə, Şaumyanın Buzluq, Erkəc kəndlərinin azad olmasında mərdliklə vuruşmuş və 3 iyul 1992- cü ildə qəhrəmanlıqla ŞƏHİD olmuşdur.
Şəhidlər Xiyabanında uyuyur. Allah Rəhmət eləsin!
13 avqust 1973 - 5 avqust 1999
Rəhimov Mikayıl Şahmar oğlu 1973-cü il avqust ayının 13-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində anadan olmuşdur. M.Müşfiq küçəsində ev 29-da böyüyüb boya-başa çatmışdır. İki yaşında qəsəbədə yerləşən 58 nömrəli bağçaya getmişdir. 1980-ci ildə Mikayıl Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbdə ilk təhsilinə başlamışdır. 1990-cı ildə həmin orta məktəbin 10-cu sinfini bitirmişdir. Bir ildən sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Beləliklə, Mikayıl 1992-ci ildə Prişibdə tankçı kimi hazırlanır. Sonra onu cəbhə bölgəsinə göndərirlər.
Tərtər şəhərinin yaxınlığında yerləşən Hacapur kəndində döyüş zamanı tankı ermənilər tərəfindən vurulur və dizindən yaralanır. O, yaralı halda sürünə-sürünə Tərtər şəhərinin girişinə çatır və başqa batalyonun döyüşçüləri ilə rastlaşır. Onu Lənkəran hospitalına yerləşdirirlər. Dörd aydan sonra Sumqayıt hospitalına göndərilir. Daha sonra isə o, iki ay müalicə alır və arxa cəbhəyə göndərilir.
Mikayıl N saylı hərbi hissədə iki ay qaldıqdan sonra xüsusi təyinatlı hərbi dəstəyə qoşularaq yenidən ön cəbhəyə yollanır. Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə düşmən snayperi tərəfindən başından güllə yarası alır. Onu yaralı halda təcili Bakıya göndərirlər. Mikayılın otaq yoldaşının atası onun ailəsinə yaralı olduğunu xəbər verir. 1994-cü il aprelin 12-dən 1996-ci ilə kimi Mikayıl xəstəxanada yatır. Dörd dəfə başından əməliyyat olunur.
Ailə üzvləri, dostları ona həmişə dəstək olurdular. Gəzməkdə çətinlik çəkən Mikayıla dostu Çingiz, qardaşları Azər və Müşfiq həmişə dəstək olur, kömək edirlər. İflic vəziyyətində olan Mikayılın həyat tarixçəsi 1999-cu ildə başa çatır. Hal-hazırda şəhid Rəhimov Mikayılın məzarı Saray qəsəbəsindədir.
5 oktyabr 1967 - fevral 1992-ci ildə itkin düşmüşdür
Murad Əhməd oğlu Məmmədov 5 oktyabr 1967-ci ildə Meğri rayonunun Lök (Vartanizor) kəndində anadan olmuşdur.
Şəhidlik zirvəsi qəhramanlıq simvodur. O, vətənə məhəbbətdən torpağa, yurda bağlılığından irəli gəlir. Məhz bu sevgi, Azərbaycan Respublikası ərazi bütövlüyü, suverenliyi uğrunda şərəf və ləyaqətlə mübarizə aparırmışdır. O, Qarabağda Azərbaycan xalqının apardığı haqq savaşında yaxından iştirak etmişdir.
1-ci Qarabağ savaşında Vətənin müdafiəsi üçün könüllü olaraq Suraxanı batalyonunun tərkibində 1992-ci ilin fevral ayından Xocəvənd rayonunun müdafiəsinə qatıldı.
Xocəvənd rayonunun Əmrallar kəndinin müdafiəsi üçün döyüşlərdə qəhramancasına vuruşmuş və həmin ilin oktyabr ayının 2-də itgin düşmüşdür.
Bu gün Xocəvənd rayonu Mənfur düşməndən azad edilmişdir. Ruhun şad olsun Murad! Siz şəhidlərin uyduğu torpağa – Vətən deyirlər.
Məmmədzadə Əhməd Murad oğlu N saylı hərbi hissənin tərkibində atasının keçdiyi yolu davam etdirərək Xocəvənd rayonunun azad olunmasında iştirak etmişdir. Fizulu, Xocəvənd, Cəbrayıl və Qubadlı uğrunda kedən döyüşlərdə iştirak etmişdir.
23 iyul 1992 - 24 oktyabr 2020
Mürsəl Kamil oğlu Kazımlı 23.07.1992-ci ildə anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Mürsəl Kazımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 24.10.2020-ci ildə Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mürsəl Kazımlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mürsəl Kazımlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mürsəl Kazımlı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
2 avqust 1968 - 18 sentyabr 1992
Hüseynov Orxan Şahsuvar oğlu 02 avqust1968 ci il Ermənıstan Res. Mığrı rayonu ,Nüvədi kəndində anadan olmuşdur.
Bakı Rabitə texnikumunun Radioteleviziya təmiri fakultəsini bitirdikdən sonra 1988-ci ildəhərbi xidmətə çağırılmış, Almaniya dövlətində 2 illik hərbi xidmətini başa vurmuşdur.
Ermənilərin amansız vəhşiliklərinə dözməyərk 1991-ci ildə Zəngilan Rayonunun Vejnəli kəndinə Milli Orduya könüllü getmiş, 18.09.1992- ci ildə Zəngilan rayonunun Vejnəli kəndində həlak olmuşdur.
Məzarı Şəhidlər Xiyabanındadır. Allah Rəhmət eləsin!
4 may 1996 - 23 oktyabr 2020
4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub.
2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil almışdı.
2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil almışdı.
2017-2018ci illərdə 708 saylı motoatıcı hərbi hissədə xidmət etmişdir. Dizindən əməliyyat olunmasına baxmayaraq, " Döyüş hazırlığı təlimləri" nə qatılmış, 1- ci yerə layiq görülmüş, hərbi hissə komandiri tərəfindən " Fəxri Fərman"la və qol saatı ilə təltif olunmuşdur.
Milli qəhrəman Mübariz İbrahimovu özünə ideal seçərək 2010- cür ildən Şəhidlik zirvəsinə çatmağı qarşısına məqsəd qoymuş, öz rəsmləri və sosial şəbəkələrdə vətənpərvər çağırışları ilə Azərbaycan oğullarını Qarabağın azadlığına səsləmişdir.
Uşaq vaxtından rəsmə və incəsənətə olan marağını məktəb və institut dövrlərində olduğu kimi, əsgərlik dövründən sonra da davan etdirmişdir. Universitetdə ilk sərgi Raufun rəsm əsərləri ilə təşkil olunmuşdur və digər müsabiqələrdə iştirak edərək 15ə yaxın fəxri fərmanlarla təltif olunmuşdur.
2015ci il Birinci Avropa Oyunlarında Prezidentimizin çağırışına dəstək olaraq, yarışın açılış və bağlanış mərasimlərində, könüllü olaraq, iştirak etmiş və göstərdiyi nailiyyətə görə Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehrib Əliyevanın imzaları ilə təşəkkürnamə təqdim olunmuşdur.
2020 iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşmüşdür. Hərbi Komisarlıqda:
"Mən Polad Həşimovun qisasını almağa gedirəm"- deyib.
2020ci il sentyabr ayın 21-dən cəbhəyə yola salınmışdır.
Sentyabr ayının 27sindən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunmuşdur.
Hadrut meşəliyində gecə saatlarında, bütün heyət mühasirəyə düşmüş və 6 şəhid vermişlər və Şəhidlərimizdən birinin cəsədini Rauf çiyninə alaraq 20 kilometrlik məsafədə yerləşən arxa posta çatdırıb. Səhərə yaxın gəlib öz mövqeyinə çatmışdır və bunlara baxmayaraq, o komandirlərinə ön cəbhədə vuruşacağını və yeni post alacağını dəfələrlə söyləmişdir. Bu müddət ərzində o gizir vəzifəsinə təyin olunmuş və 052 saylı briqadaya rabitəçi təyin olunmuşdur.
Son məlumata görə, 23 oktyabr tarixində, Laçın Dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv etmiş və qəhrəmancasına həlak olmuşdur. Cəsədləri bir neçə gün neytral ərazilərdə qalmış və atəşkəs elan olunduqdan sonra cəsədləri neytral ərazidən çıxarılmışdır.
30 oktyabr 2020-ci il tarixində, Abşeron rayon, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra, Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə, göstərdiyi qəhrəmanlığa görə, "Vətən Uğrunda", "Cəbrayılın Azad Olunmasına Görə" və "Füzilinin Azad Olunmasına Görə" ,”Cəsur döyüşçü”medalları və Fəxri Fərman ilə təltif olunmuşdur.