Lehvaz kəndinin təhsil tarixi

Lehvaz kəndinin təhsil tarixi dərin köklərə malik olub, zamanla inkişaf edərək bu günümüzə qədər gəlib çatmışdır. Kənddə ilk təhsil ocağı 1930-cu illərdə fəaliyyətə başlamış, həmin dövrdə ibtidai 4 illik məktəb kimi fəaliyyət göstərmişdir. 1947-ci ildən etibarən bu təhsil müəssisəsi 7 illik, daha sonra isə 8 illik məktəbə çevrilmişdir.

1958-ci ildə Lehvaz kənd məktəbinin tarixi üçün yeni bir mərhələ başlamışdır. Həmin il Qüdrət Orucov məktəbə direktor təyin edilmiş və onun rəhbərliyi altında məktəbin inkişafı davam etmişdir. Bir neçə il 8 illik məktəb kimi fəaliyyət göstərən təhsil ocağı, daha sonra bir il 11 illik gecə məktəbi formatında (tədris gündüz keçirilirdi) təhsil vermişdir. 1964-cü ildə isə Lehvaz kənd orta məktəbi rəsmi şəkildə yaradılmışdır. Həmin vaxtdan etibarən məktəbin direktoru Qüdrət Xuduş oğlu Orucov olmuşdur və o, 1979-cu ilin oktyabrın 15-dək bu vəzifəni icra etmişdir.

Qüdrət müəllimin vəfatından sonra, 1979-1988-ci illər ərzində məktəbə Həsənov Cavanşir rəhbərlik etmişdir. Bu dövrdə də məktəbin ənənələri qorunub saxlanmış, məzunlar müxtəlif ali təhsil ocaqlarına qəbul olunaraq, müxtəlif peşələrə yiyələnmişlər. Onların arasında müəllimlər, mühəndislər, həkimlər və digər sahələrdə çalışanlar olmuşdur.

Məktəbin inkişafında və şagirdlərin təhsil almasında böyük əməyi keçən pedaqoqlar arasında aşağıdakı şəxslər xüsusi ilə seçilmişdir:

  • Qüdrət Orucov – tarix müəllimi, məktəb direktoru (1958-1979)

  • Adurova Şərqiyyə - Azərbaycan dili və ədəbiyyatı müəllimi

  • Həsənov Cavanşir - fizika müəllimi, məktəbin direktoru (1979-1988)

  • Səfərova Rəna - rus dili müəllimi

  • Kələntərov Cavad - riyaziyyat və fizika müəllimi

  • Novruzov Salman - coğrafiya müəllimi

  • Səfərov Nəcəf - botanika, anatomiya, biologiya və kimya müəllimi

  • Əliyev Hüseyn - Azərbaycan dili və ədəbiyyatı müəllimi

  • Kələntərov İbrahim - rus dili müəllimi

  • Qasımova Gözəl - ibtidai sinif müəllimi

  • Xanməmmədov Şamxal - tarix və NVP müəllimi

  • Zülfüqarova Fatimə - tarix müəllimi

  • Həsənova Firuzə - ibtidai sinif müəllimi

  • Muradov Qüdrət - riyaziyyat və həndəsə müəllimi

  • Kələntərova Leyli - ibtidai sinif müəllimi

  • Orucov Bəxtiyar - idman müəllimi

  • Novruzova Flora - əmək müəllimi

  • Babayev Vasil - idman müəllimi

  • Əliyev Zülfüqar - rus dili müəllimi

  • Kazımov Mikayət - tarix müəllimi

  • Məmmədova Nərminə - kimya müəllimi

  • Mirzəyeva Türabə - riyaziyyat və fizika müəllimi

  • Musayeva Gözəl - ibtidai metodika müəllimi

  • Babayev Filman – NVP müəllimi

  • Babayeva Tahirə - tarix müəllimi

  • Həsənova Solmaz - riyaziyyat müəllimi

  • Qələmov Sabir - riyaziyyat müəllimi

Məktəbə həmçinin qonşu kəndlərdən də müəllimlər dəvət olunmuşdur. Misal üçün:

  • Aldərə kəndindən Rza müəllim - tarix fənni

  • Lök kəndindən Ağa müəllim - fransız dili müəllimi

  • Lök kəndindən Oqtay müəllim - NVP fənni

  • Maralzəmi kəndindən Valya müəllim - tarix fənni

  • Nüvədidən Allahverdi müəllim - tarix fənni və məktəb direktoru vəzifəsini icra etmişdir

  • Məhərrəm müəllim - riyaziyyat müəllimi

  • Knyaz, Paşa, İmran və Fərman müəllimlər - riyaziyyat müəllimləri

Lehvaz kənd orta məktəbinin uğurları, məzunlarının nailiyyətləri və bu məktəbin yetirdiyi mütəxəssislər onun necə mühüm bir təhsil ocağı olduğunu göstərir. İllər boyu məktəbin müəllim və şagird heyəti elmi biliklərin inkişafına öz töhfəsini vermiş, gənc nəsillərin bilikli və bacarıqlı vətəndaş kimi yetişməsinə xidmət etmişdir. Bu ənənənin gələcəkdə də davam edəcəyinə inanırıq.