İlqar Əziz oğlu Bağırov 1962-ci ildə Zəngəzur mahalının Mığrı (Meğri) rayonunun Maralzəmi kəndində anadan olmuşdur. 1969-1979-cu illərdə Maralzəmi kənd ibtidai sinfi və Lök kəndinin orta məktəbində təhsil almışdır. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1985-1988- ci illərdə Mığrı rayon Lehfaz kəndin Mədəniyyət evinin direktoru, 1989-1997-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Miqrasiya” şöbəsinin müdiri vəzifələrində işləmişdir. Ailəlidir, iki övladı var.
Mığrı(Meğri) rayon İcması sədrinin köməkçisi Bərəhman Zairov Səfiyar oğlu . Zairov Bərəhman Səfiyar oğlu – (27 sentyabr 1970,Qərbi Azərbaycan,Mığrı(Meğri), Nüvədi).Azərbaycan Texniki Universitetinin radiotexnika fakültəsində “video-mühəndis”ixtisası üzrə bitirib.1992-2001-ci illərdə cəbhə zonasında yerləşən Müdafiə Nazirliyinin N saylı h/h-də zabit kimi xidmət edib.1996-1998-ci illərdə Türkiyə Cümhuriyyətində hərbi təkmilləşdirmə kursunu bitirib.2001-2023-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri QSC-də mühəndis,montaj rejissoru vəzifələrində ,Azərbaycan Texniki Universitetində TV studiyasında video-operator vəzifəsində işləyib.Ehtiyyatda olan zabit , hərbi təqaüdçü, 1-ci Qarabağ müharibəsi veteranıdır .
Nərminə Məmmədova Bayram qızı -(15 noyabr1956 , Mığrı(Meğri), Lehvaz ).1974 cü ildə Lehvaz kənd ora məktəbini “ əla” qiymətlərlə bitirib ,həmin ili də Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “kimya fakultəsinə” daxil olub . 1978 - ci ildə İnstitutu bitirib , təyinatla Mığrı(Meğri) rayonu Lök kəndində kimya - biologiya müəllimi işləyib . İki ildən sonra Lehvaz kəndində kimya - biologiya müəllimi işləyib. 1988 ci ilin noyabr ayına qədər həmin kənddə kimya - biologiya müəllimi işləyib. 1989 cu ildən Sabunçu rayonu N.İsmsyılov adına 80 saylı orta məktəbdə kimya müəllimi işləyir.
Gənclər Şurası – Mığrı(Meğri) rayon icmasının məşvərətçi kollegial qurumudur. Gənclər Şurası sədr ,kənd icmalarının Gənclər üzrə cavabdeh şəxs və üzvlərdən ibarətdir. Gənclər Şurası sədri Mığrı(Meğri) rayon icmasının sədri tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Mığrı(Meğri) rayon icmasının Gənclər Şurasının sədri Əvəz İlqar oğlu Bağırlıdır. Əvəz İlqar oğlu Bağırlı- (04 dekabr 2000 , Ata yurdu: Qərbi Azərbaycan ,Mığrı(Meğri)-Bakı şəhərində doğulub. 2017 ci ildə Binəqədi rayonu Binəqədi qəsəbəsində 179 saylı orta ümumtəhsil məktəbini bitirib. 2018-2022 ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geofizik itisası üzrə bitirib. 2022-2024 illərdə həmin universitetdə eyni ixtisas üzrə magistratura təhsili alıb.