Mığrı (Meğri) rayonunun abidələri

Buğakar piri

Buğakar piri - Zəngəzur mahalının (Mığrı) Meğri rayonunun Buğakar kəndi ərazisində yerləşirdi. Ziyarətgah Azərbaycan memarlığı üslubunda inşa edilmişdir. Ziyarətgahın yerləşdiyi kənd öz adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almışdır. Burada yerləşən ziyarətgah isə kəndin adına uyğun şəkildə “Buğakar ziyarətgahı” adlandırılmışdır. Ziyarətgah həmçinin xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınmışdır.

Qədim dövrlərdə azərbaycanlılar yaşamış Buğakar kəndi 1930-cu ildə ermənilər tərəfindən ləğv edilmiş və kəndin əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. Buna baxmayaraq, buradakı pir müsəlmanların yaşadığı ətraf kəndlərin əhalisi üçün ziyarətgah olaraq qalmışdır.

Azərbaycanlıların 1988-ci ildə Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır.

Baba Hacı məqbərəsi

Baba Hacı məqbərəsi–orta əsr oğuz abidələrinə aiddir və Mığrı(Meğri) rayonunun Nüvədi kəndi yaxınlığındadır. Məqbərənin hündürlüyü 3,5 metr, çevrəsinin diametri 6 metrdir. Baba Hacı məqbərəsi bayırdan dairəvi, daxildən isə 16 guşəli plandadır. Xalq arasında yayılmış rəvayətə görə, bu məqbərə Babəkə məxsusdur.

Paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar