“Tərcümeyi-halı bir vərəqə sığan elə insanlar var ki, keçdikləri həyat yolu cild-cild əsərlərə sığmaz”.
Qüdrət Orucov Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin tanınmış ziyalısı, böyük şəxsiyyət, güclü nüfuz sahibi, yüksək vətənpərvərliyi, milli təəssübkeşliyi ilə seçilən, öz qısa, lakin mənalı ömrünü bütünlüklə gənc nəslin təlim-tərbiyəsinə, millətinin maariflənməsinə sərf edərək onların həyatında mühüm xidmətləri olan, silinməz izlər qoyan dəyərli insan, rəhbərlik etdiyi orta məktəbi respublikanın örnək təhsil ocağına çevirən yüksək ixtisaslı pedaqoq, beynəlmiləl Lehvaz kənd orta məktəbinin direktoru olmuşdur.
Qüdrət müəllim 10 noyabr, 1924-cü ildə Mığrı bölgəsinin Tağəmir kəndində əsil nəcabətli, zəhmətkeş bir ailədə doğulmuşdur. 1939-1940 – cı illərdə ermənilərin azərbaycanlılara qarşı yürütdüyü mərkəzləşdirmə, əslində amansız siyasəti nəticəsində Azərbaycan kəndləri sıxışdırılaraq müxtəlif kəndlərə köçürüldü (həmin dövrlərdə rayonda bir erməni kəndi də başqa yerə köçürülməmişdir). Qüdrət müəllimin ailəsi isə Maralzəmi kəndinə köçdü.
Ailədə 7 bacı-qardaşın hər biri nəslin layiqli davamçıları olmuşlar: Səlbi, Güllü, Əskinaz, Müşgünaz, Bəxtiyar və Hidayət.
Atası Xuduş ağıllı, gözəl insan, anası Süsənbər müdrik xanım olmuşdur. Ana babası Sultan kişi XX əsrin əvvələrində Mığrı bölgəsində mövcud olmuş 23 azərbaycanlı kəndin 13-nün yüzbaşısı kimi xeyirxah, məşhur insan (elə ona “Sultan yüzbaşı”- deyə müraciət edirdilər), əmisi Həsənqulu kişi Maralzəmi kəndinin hörmətli kəndxudası olmuşdur.
O, 1931-1937 – ci illərdə Lök kəndində 7 illik orta məktəbdə oxuduqdan sonra 1937-1941 – ci illərdə Ordubad şəhərində 4 illik Pedaqoji Texnikumda təhsilini davam etdirmişdir.
BVM başlayanda onun cəmi 17 yaşı vardı. Könüllü olaraq cəbhəyə yollanmış, 1942-1946 – cı illərdə ön cəbhədə (77-ci Simferopol piyada diviziyası, nizami qoşun tərkibində sıravi-döyüşçü-pulemyotçu) xidmət etmişdir.
O, müharibənin qanlı-qadalı illərində Sivaş, Simferopol, Sevastopol, xüsusilə Ukraynanın Sapun dağı ətrafında gedən döyüşlərdə göstərdiyi igidliyə görə “Qırmızı Ulduz”(1944) və “Şöhrət” ordeni (1945) ilə təltif edilmiş, “İgidliyə görə” və bu kimi çoxsaylı medallara layiq görülmüşdür.
Həmçinin, Sovet İttifaqı marşalı A.Qreçkonun təbrik (1955) və Krımın azad olunmasında qəhramanlıqla vuruşduğuna görə Ali Baş Komandan İ.Stalinin təşəkkür məktubunu (1944-cü il) almışdır.
Onun Berlinə kimi Reyxstaqın qapısınadək keçdiyi döyüş yolu “77-ci Simferopol diviziyası” adlı kitabda (1974) və müharibə dövründə nəşr olunan “Vətən eşqi” qəzetində təfsilatı ilə işıqlandırılmışdır.
...
O, 1944-cü ildə Krımın azad olunması uğrunda gedən vuruşmalarda ağır yaralanmış, Tbilisi hərbi qospitalına göndərilmiş və müalicə olunduqdan sonra yenidən cəbhəyə yollanmışdır. 1945-ci ildə partiya sıralarına qəbul olunmuş (o vaxtı bu hər bir sovet vətəndaşının həyatında əlamətdar hadisə idi) və 1946-cı ildə ordudan tərxis olunmuşdur.
O, müharibədən qayıtdıqdan sonra ilk əmək fəaliyyətinə Maralzəmi kəndində ilk partiya təşkilat katibi vəzifəsindən başlamışdır. Hələ 22 yaşında bu vəzifədə çalışarkən güclü təşkilatçılıq və idarəçilik bacarığına malik olduğunu nəzərə alaraq onu kolxoz sədri vəzifəsinə seçdilər.
O, 1949-1952-ci illərdə Vedibasar mahalında rayonun İctimai Təminat şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, burada əslən vedili olan Şərqiyyə Adurova ilə tanış olmuş, Mığrıya qayıtmış, onunla ailə həyatı qurmuş və 4 övladı dünyaya gəlmişdir: Sultan, Svetlana, Elza, Rəşad.
O, 1952-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutda çox aktiv tələbə olmuş, bilik, tərbiyəsi ilə müəllimlərin diqqətini çəkmiş, müəllim-professor heyətinin sevimlisi olmuş, tələbələr üzrə partiya təşkilat katibi və həmkarlar təşkilatının sədri kimi ictimai vəzifələri ləyaqətlə daşımışdır.
İnstitutu qurtardıqdan sonra 1956-1958-ci illərdə Lök kəndində müəllimlik fəaliyyətinə başlamışdır. Bu illərdə onun işgüzarlığı, prinsipiallığı, qərarlılığı, pedaqoji fəaliyyəti rayon rəhbərliyinin nəzər-diqqətindən yayınmamış və bu səbəbdən 1958-ci ildə Lehvaz kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. O, ömrünün sonuna kimi bu vəzifədə vicdan və şərəflə çalışmışdır.
Onun səyi və iradı ilə 7 illik məktəb əvvəlcə 8 illik, sonra 11 illik keçə və nəhayət 10 illik məktəb statusunu aldı. Yüzlərlə müdavimlərinin yazdığına görə, onun gəlişi ilə məktəbin “qızıl dövrü” başlandı.
“Əməkdə fərqlənməyə görə”, “Vicdanlı əməyə görə”, “Şanlı əməyə görə”, “Uzunmüddətli vicdanlı əməyə görə” və s. medallara, “Əmək veteranı” adına layiq görülmüşdür.
Böyüyən nəslin təlim-tərbiyəsində vicdanlı işinə görə Respublika Həmkarlar İttifaqının Fəxri Fərmanı ilə təltif edilmiş, dəfələrlə Mığrı rayon sovetinin deputatı olmuşdur.
Nəsil-nəcabətdən söz düşərkən onu da əlavə etməyi önəmli sayıram ki, Qüdrət müəllimin dayısı Əli Sultan oğlu Məmmədov (Erm. SSR Ali Soveti Rəyasət Heyəti Sovetlər Şöbəsinin müdir müavini) və Hidayət Xuduş oğlu Orucov (Azərb. Respublikası Prezidentinin Milli məsələlər üzrə Dövlət müşaviri, Dini qurumlar üzrə Dövlət Komitəsinin sədri, Azərb. Respublikasının Qırğız Respublikasında Fövqalədə səlahiyyətli səfiri və s. kimi mötəbər vəzifələr, çoxsaylı medal və ordenlər sahibi) adları həmişə hörmətlə çəkilən, tanınmış dövlət xadimləri, həmçinin Bəxtiyar Xuduş oğlu Orucov (Qaçqınlar komitəsi və Dövlət Əmlak komitəsində məsul vəzifə) və Mürvət Əli oğlu Məmmədov nəslin mötəbər nümayəndələri olmuşdur.
O, 1979-cu il, 15 oktyabrda dünyasını dəyişmişdir.
Vəfatından 30 il sonra Qüdrət Orucov haqqında əsasən xatirələr məcmusundan ibarət kitab (“Qüdrət müəllim 30 il sonra”, Elza Qüdrətqızı, 2011, 665 səh.) yazılmış və bu kitab ona olan ölməz el sevgisinin təcəssümüdür.
Həsənov Cavanşir Gülməmməd oğlu – direktor (1979-1988)
Tərcümeyi-hal
Onun tərcümeyi halı zəng sədalarından yoğrulmuşdu” - belə yazırdı qəzetlər!
“Qoy hamı belə olsun, onun kimi olsun” - belə deyirdi rayon ictimaiyyəti!
Şərqiyyə Adurova Qərbi Azərbaycanın Baş müəllimi, Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmiş adlı-sanlı müəllimə, Ümümittifaq Müəllimlər qurultayının üzvü (Moskva, 1968), rayon üzrə qabaqcıl təcrübə məktəbinin rəhbəri, dil-ədəbiyyat fənn komissiyasının sədri, ictimaiyyətçi ziyalı, haqqında çoxsaylı qəzetlərin yazdığı və satqın ermənilərin riyakarlığına dair çəkilmiş “Müxənnət” adlı tarixi-sənədli filmin baş qəhrəmanıdır.
Şərqiyyə müəllimə 1932-ci ildə tarixi-məşhur Vedibasar mahalında ziyalı ailəsində doğulmuşdur. O, Naxçıvan Dövlət Müəllimlər İnstitutunu (2 illik) qurtardıqdan sonra 1958-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır. Əvvəlcə Lök kəndində, sonra isə Lehvaz kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir.
Anası Qərbi Azərbaycanda Ali Sovetin deputatı, “Qırmızı Əmək bayrağı ordenli”, “Əməkdar müəllim”, İrəvan Müsəlman Qadınları klubunun fəal üzvü, Vedi əhlinin tanınmış siması Həqiqə Abasovadır.
Atası Moskva Dövlət Universitetinin məzunu, Vedibasar rayon İcraiyyə Komitəsində məsul vəzifədə işləmiş və əslən Aksaray türkü olan Hacısəfi Adurovdur.
Şərqiyyə müəllimin dayısı Cəfər Mehdi oğlu Vəlibəyov (Erm. SSR Ali Soveti Rəyasət Heyətinin müavini), onun əmisi oğlu Rza Vəlibəyov (Erm. SSR Nazirlər Sovetinin sədri) nəslin mötəbər nümayəndələri, tanınmış dövlət xadimləri olmuşdur.
Şərqiyyə müəllimə 19.08.2017-ci ildə Bakıda vəfat etmişdir.
“Müxənnət” tarixi-sənədli film
Azərb. Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının, Müdafiə Nazirliyinin və Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə 2018-ci ildə çəkilən “Müxənnət” filmi 1948-1953 və 1988-1989-cu illərdə azərbaycanlıların tarixən Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən deportasiya olunmalarını əks etdirir.
Tərcümeyi-hal
Elza Orucova 4 fevral, 1955-ci ildə ata yurdu olan tarixi-məşhur Zəngəzur mahalının Mığrı bölgəsinin Maralzəmi kəndinə anadan olmuş, Lehvaz kəndində boya-başa çatmışdır.
Atası görkəmli ziyalı, böyük şəxsiyyət, güclü nüfuz sahibi, rəhbərlik etdiyi Lehvaz kənd orta məktəbini respublikanın öncül təhsil ocağına çevirən, əsil xalq müəllimi Qüdrət Orucovdur.
Ana yurdu isə Vedibasar mahalıdır. Anası bilik və qabaqcıl təcrübəsi ilə məktəbə ad-san gətirmiş, “Respublikanın Baş müəllimi”, Ümumittifaq Müəllimlər Qurultayının nümayəndəsi Şərqiyyə Adurovadır.
O, 1962-1972–ci illərdə Lehvaz kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, 1972-1978–ci illərdə N.Nərimanov adına ADTİ-də (indiki ATU) təhsil almış, ali təhsili başa vurduqdan sonra Sumqayıt şəhərində həkimlik fəaliyyətinə başlamışdır.
1989-cu ildə ATU-nun yoluxucu xəstəliklər kafedrasının (1 saylı KTM bazasında) baş laborantı vəzifəsinə qəbul olunmuş, 1990-cı ildə assisent vəzifəsinə seçilmişdir. 1993-cü ildə “Bağırsaq yersiniozunun kompleks müalicəsində maqnitoterapiyanın tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və ona “tibb elmləri namizədi alimlik dərəcəsi” verilmişdir. 1996-cı ildə dosent elmi adını almış, 1999-2011–ci illərdə kafedrada tədris hissə müdiri vəzifəsində işləmişdir. 1996-2005–ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnfeksionistləri Attestasiya Komissiyasının üzvü olmuşdur.
70-dən çox elmi və tədris metodiki işin və 1 bədii ədəbiyyatın müəllifidir (“Qüdrət müəllim 30 ildən sonra”, Elza Qüdrətqızı, 2011, 660 səh.).
3 övladı var: Günel Səfərova, Aysel Səfərova, Gülsel Səfərova. Hər üçü də ali təhsillidir. Həyat yoldaşı İbrahim Əli oğlu Səfərov, 1952-c təvəllüdlü, vəfat etmişdir.
Hazırda ATU-nun yoluxucu xəstəliklər kafedrasında dosenti vəzifəsində çalışır, yoluxucu xəstəliklər üzrə mütəxəssisdir.
Vektor Beynəlxalq Elm Mərkəzinin “XXI əsrin tanınmış həkimi” Beynəlxalq diplomuna (2003) və “Management İnternational group” (2018) və “Organization Of medical projects” (2019) tərəfindən “İlin həkimi” milli diplomuna layiq görülmüşdür. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri Fərmanı (2010) ilə təltif edilmişdir. 2018-ci ildə İspaniyada, 2019-cu ildə Amsterdamda keçirilən Beynəlxalq konqresdə Azərbaycanı təmsil etmişdir.
Üzv olduğu qürumlar
√ “Təbiət və elm” İmpakt faktorlu Beynəlxalq elmi jurnalın redaktoru;
√ “Elmi iş” İmpakt faktorlu Beynəlxalq elmi jurnalın elmi sahələr üzrə redaktoru;
√ “Düzce Universitesi Sağlıq Bilimləri Enstitüsü Dergisi” jurnalın redaksiya heyətinin üzvü;
√ DİM-də rezidentura təhsili üzrə yoluxucu xəstəliklər fənnindən ekspert;
√ Azərbaycan Səhiyyə Nazirliyində Rezidentura proqramının təkmilləşdirilməsi üzrə işçi qrupun üzvü;
√ ATU üzrə rezidentlərin biliklərinin qiymətləndirilməsi üçün buraxılış yekun attestasiya komissiyasının üzvü;
√ Avropa Klinik Mikrobioloqlar və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ESCMID) tam üzvü;
√ Azərbaycan Səhiyyə Nazirliyində “Qaraciyərin transplantasiyası” üzrə komissiyanın üzvü;
√ “SOS” uşaq kəndləri–Azərbaycan birliyinin üzvü;
√ “Mikrobiologiya, İmmunologiya, Epidemiologiya və Yoluxucu xəstəliklər üzrə Problem Komissiyasının” üzvü;
√ ATU üzrə aspiranturanda imtahan komissiyasının üzvü;
√ Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin üzvü;
√ Yoluxucu xəstəliklər kafedrasında təhsil keyfiyyəti və menecmenti komissiyasının üzvü;
√ Yoluxucu xəstəliklər kafedrasında həmkarlar qrupunun üzvü.
N | Soyad | Ad | Ata adı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Value 1 | Value 2 | Value 3 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Abdullayev Hüseyn Abdulla oğlu | Adurova Şərqiyyə Hacısəfi qızı | Ağarzayev Emin Şamo oğlu | Babayev Faiq Səfərəli oğlu | Babayev Filman Ələkbər oğlu | Babayev İlqar Qafar oğlu | Babayev Qəzənfər Filman oğlu | Babayev Vasil Səfərəli oğlu | Babayev Yavər Qafar oğlu | Babayeva Anfirə Səfərəli qızı | Babayeva Cəmilə Qafar qızı | Babayeva Elvira İlqar qızı | Babayeva İsmət Əhməd qızı | Babayeva Tahirə Qəmbər qızı | Bayramova Samirə Yunis qızı | Cavadov Cəmil Səfər oğlu | Cəfərova Nubar Ağayar qızı | Əhmədov Şahmar Rasim oğlu | Əhmədova ülkər Rasim qızı | Əliyev Hüseyn Həşim oğlu | Əliyev Şirvan Hüseyn oğlu | Əliyev Zülfüqar İman oğlu | Həmidova Əfsanə Adif qızı | Həmidova Leyla Adif qızı | Həmidova Simarə Həmid qızı | Həsənov Cavanşir Gülməmməd oğlu – direktor (1979-1988) | Adurova Şərqiyyə Hacısəfi | Novruzov Salman İsmayıl oğlu | Həsənov İlman Rəhman oğlu | Həsənov Orxan Hidayət oğlu | Həsənov Rauf Cavanşir oğlu | Həsənov Rövşən Süleyman oğlu | Həsənova Elnarə Cavanşir qızı | Həsənova Ləman Rəhman qızı | Həsənova Nəcibə Fərman qızı | Həsənova Rəna Əli qızı | Həsənzadə Nicat Rövşən oğlu | Heydərli Ulduz Ağayar qızı | Hümbətov Telman Cəlal oğlu | Kazımov Mikayət Surxay oğlu | Kazımov Samir Elmar oğlu | Kazımova Leyla Əmir qızı | Kələntərov Abbas Cahangir oğlu | Kələntərov Cahangir Qiyas oğlu | Kələntərov Cavad Səfər oğlu | Kələntərov Elçin Kələntər oğlu | Kələntərov İbrahim Xanlar oğlu | Kələntərov Nazim Nəriman oğlu | Kələntərov Qiyas Qəhrəman oğlu | Kələntərov Ruslan Mahmud oğlu | Kələntərov Rüstəm İbrahim oğlu | Kələntərov Samid Nadir oğlu | Kələntərov Səmiyyəddin İbrahim oğlu | Kələntərov Sərməst Salman oğlu | Kələntərov Xanlar İbrahim oğlu | Kələntərov Yaşar Rəşid oğlu | Kələntərova Əsərə Həşim qızı | Kələntərova Gülnarə Cavanşir qızı | Kələntərova Gülzar Əhrəman qızı | Kələntərova Lətifə Qəhrəman qızı | Kələntərova Leyli Həşim qızı | Kələntərova Leyli Həşim qızı | Kələntərova Mülayim Cahangir qızı | Kələntərova Pakizə Nazim qızı | Kələntərova Reyhan İbrahim qızı | Kələntərova Səbinə Qiyas qızı | Kələntərova Sevinc Rövşən qızı | Kələntərova Validə Səfər qızı | Məhərrəmov Asif Yunis oğlu | Məhərrəmova Nüşabə Fazil qızı | Məmmədov Hacı Məmməd oğlu | Məmmədov İsrafil Xudayar oğlu | Məmmədov Sərxan Rudvel oğlu | Məmmədova Nərminə Bayram qızı | Məmmədova Sevinc Rudvel qızı | Məmmədova Ziyafət Oruc qızı | Muradov Mehdi Süleyman oğlu | Muradov Qüdrət Şahmurad oğlu | Muradov Zahid Süleyman oğlu | Muradova Balina Sultan qızı | Muradova Sima Murad qızı | Muradova Tərlan Süleyman qızı | Musayev İldırım ümidvar oğlu | Musayev Umudvar İldırım oğlu | Musayeva Çinarə Ümidvar qızı | Musayeva Sənubər Abbas qızı | Novruzova Flora Salman qızı | Novruzova Laura İmran qızı | Novruzova Sevil Salman qızı | Nuruşov Vüsal Elfron oğlu | Orucov Anar Bəxtiyar oğlu | Orucov Bəxtiyar Xuduş oğlu | Orucov Əli Bəxtiyar oğlu | Orucov Eylaz Namaz oğlu | Orucov Qüdrət Xuduş oğlu – direktor (1964-1979) | Orucov Rəşad Qüdrət oğlu | Orucov Sultan Qüdrət oğlu | Orucova Aybəniz Ağayar qızı | Orucova Elza Qüdrət qızı | Orucova Gülər Bəxtiyar qızı | Orucova Sevər Bəxtiyar qızı | Orucova Svetlana Qüdrət qızı | Orucova Zibeydə Ələkbər qızı | Qasımov Mahir Qurban oğlu | Qasımov Qurban Şahsuvar oğlu | Qasımov Xalid Qurban oğlu | Qasımova Gözəl Şahsuvar qızı | Qasımova Sevinc Qurban qızı | Quliyev Fərəc Oruc oğlu | Quliyev Hüseyn İslam oğlu | Quliyev İslam Ramiz oğlu | Quliyev Mətin Ramiz oğlu | Quliyev Ramiz Hüseyn oğlu | Quliyeva Növrəstə Hüseyn qızı | Qurbanova Səidə Əvəz qızı | Rəhimzadə Fərid ümidəli oğlu | Rəhimzadə Orxan ümidəli oğlu | Sadiqov Teyyub Cəlal oğlu | Sadiqova Nazənin Eldar qızı | Səfərov Nəcəf Tahir oğlu | Səfərov Rafael Nəcəf oğlu | Səfərova İlahə Rafael qızı | Səfərova ülkər Rafael qızı | Səfərova ülviyyə Rafael qızı | Səfərova Zöhrə Nəcəf qızı | Sultanov Bəxtiyar Səttar oğlu | Sultanov Əli Bağır oğlu | Sultanov İxtiyar Səttar oğlu | Sultanov Muxtar Əsəd oğlu | Sultanova Aytən İxtiyar qızı | Sultanova Firuzə Cəfər qızı | Sultanova Nazilə Əsəd qızı | Xanməmmədov İlyas Şamxal oğlu | Xanməmmədov Rəşad Şamxal oğlu | Xanməmmədov Samir Elşən oğlu | Xanməmmədov Şamxal Məhəmməd oğlu | Xanməmmədova Gözəl Elxan qızı | Xanməmmədova Günay Şamxal qızı | Xanməmmədova Günel Elşən qızı | Xanməmmədova Mahirə Məhəmməd qızı | Xanməmmədova Nubar Elxan qızı | Xanməmmədova Sara Məhəmməd qızı | Yəhyayev Aydın Kərim oğlu | Yəhyayev Fiday Həsənqulu oğlu | Yəhyayev İntiqam Həsənqulu oğlu | Yəhyayev Taleh Həsənqulu oğlu | Zülfüqarova Fatimə Cəfər qızı |