Dağlar oğluyam

Şair doğulmadım.., şeirlər yazım,

Aşıq da olmadım, yoxumdur sazım,

Əsirlikdə qalıb, qərib Lehvazım,

Ürəyi dərdliyəm,qəlbi doluyam,

Çiskinli, dumanlı, dağlar oğluyam!

 

Yaylaqlar boş, qurulmayır obamız,

Tüstüsü yox, isinməyir sobamız,

Bizə miras qoymuş, Ulu Babamız,

O Torpağın, öz Yurdumun quluyam,

Çeşməli, bulaqlı, dağlar oğluyam!

 

Oğuz Xandan gəlir, nəsil Boy'umuz,

Əsrlərə qərq olubdur, Soy'umuz,

Zəngəzurda səslənəcək, Toy'umuz,

Min illik Çinarın, ölməz Qol'uyam,

Zirvəsi ağ qarlı, dağlar oğluyam!

 

Nə güclüdür, Ulu Türkün Qolları,

Tarix yazır, mərd, igid, oğulları,

Açılacaq, Zəngəzurun yolları,

Türk Dünyası, körpüsüyəm, yoluyam,

Ay - Ulduz Bayraqlı, dağlar oğluyam!