Əhalisi orta əsrlərədək yalnız azərbaycanlılardan, XVI əsrin əvəllərindən başlayaraq azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1831-ci ildən 1918-ci ilədək rayonda azərbaycanlılar təqribən 60% təşkil etmişlər. 1831-ci ildə azərbaycanlılar 1143 nəfər, ermənilər 1031 nəfər, 1873-cü ildə müvafiq surətdə 2997-3001, 1897-ci ildə 4998-5765 nəfər təşkil etmişdir. Lakin 1917-1918-ci illərdə quduz Andranikin bandit dəstələri Zəngəzurun digər rayonları kimi Mığrının da azərbaycanlı kəndlərini dağıdıb, yandırıb, əhalisini qırıb, sağ qalanları isə Araz çayını keçərək qonşu İrana, qonşu rayonlara qaçmağa məcbur etmişdir.
Zəngəzur qəza rəisinin 114 nömrəli teleqramında və Zəngəzur rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918-ci il 745 nömrəli raportunda Andranikin Mığrıdakı qırğınları və talanları belə təsvir edilir. “İngilis-fransız nümayəndələrinə verilən vədin əksinə olaraq, ermənilər Andranik başda olmaqla 30-dan çox müsəlman (azərbaycanlı) kəndini dağıtmış, yandırmış və əmlaklarını talan etmişdir. Kəndin qaçmağa macal tapmayan əhalisi vəhşicəsinə qırılmışdır. Yanvarın 3-də məlumat alınmışdır ki, ermənilər 4-cü sahənin Razdərə kəndini tamamilə dağıtmış, əhalisinin bir hissəsini qırmışlar. Ermənilər bütün bunların günahını Andranikin və onun dəstəsinin üzərinə qoyurlar.
Qonşu erməni kəndliləri müsəlman kəndləri olan Əldərə, Mərzəqat və Tuqut kəndlərini dağıtmış və yandırmışlar. Nüvədi və Ernəzir kəndlərini isə mühasirəyə alıb, atəşə tutmuşlar”. Göründüyü kimi, senari birdir: Zəngəzurun bütün rayonlarından azərbaycanlıları qovmaq, milli tərkibinin ancaq ermənilərdən ibarət olduğunu “sübut” etmək yolu ilə onu Ararat (Ermənistan) respublikasına birləşdirmək idi.
Daşnakların 1918-ci ildə mənim doğma yurdumun Gülüstan müqaviləsindən qabaq Bakıdan, Gəncədən çox Təbrizlə, Naxçıvanla daha sıx bağlı olmuş ulu Azərbaycan torpağı Mığrının başına açdıqları fəlakətlər bütün Zəngəzur, Vedibasar-Zəngibasar, Göyçə... mahalları üçün xarakterikdir. Zəngəzur uezdinin rəisi 26 noyabr 1918-ci ildə öz raportunda yazırdı: “Erməni dəstələri Mığrı dərəsində müsəlman (azərbaycan – H.) kəndlilərini darmadağın elədilər. Lehvazdan – 70 tüstü, Teydan – 75 tüstü, Mülkdən – 30 tüstü, Quldan – 10 tüstü, Bənövşəbuştdan – 5 tüstü, Tağəmirdən – 25 tüstü, I Vartanizordan (qədim adı Lökdür, daşnaklar hələ o vaxtlardan yer adlarımıza “gibs qoymaq” “ustalarıdır”) – 100 tüstü, II Vartanizordan (qədim adı da, indiki adı da Maralzəmidir, mənim doğma kəndimdir) – 60 tüstü kəsildi və əhalidən iki yüz nəfəri qətlə yetirdilər, yeni məlumata görə ermənilər əlyanlı kəndinə hücum etdilər. Orda vuruşma gedir...” Bundan əlavə, ermənilər üç məntəqədə: 1) Avansürədə, 2) Dərəli icmasında və 3) Razdərədə müsəlman kəndlərinə hücum etmişlər.”
1918-ci ildən, yəni Andranikin quldur dəstəsi bütün Zəngəzur qəzası kimi Mığrının da azərbaycanlı əhalisini qırdıqdan, qovduqdan sonra bu kəndlər bir neçə il sahibsiz qaldı, xarabalığa çevrildi. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra rayonun azərbaycanlı kəndlərinin əhalisinin ancaq bir hissəsi yenidən öz doğma kəndlərinə qayıtdı. Həmin dövrdə əhalinin etnik tərkibinin nisbətində kəskin dəyişikliklər baş yerdi. Məsələn, 1914-cü ildə rayonun əhalisinin təqribən yarıdan çoxu azərbaycanlılar idisə, 1922-ci ildə bu nisbət belə dəyişmişdir: ermənilər 6370 nəfər, azərbaycanlılar 1554 nəfər olmuş, yəni dörd dəfə azalmışdır. 1926-cı ildə azərbaycanlılar bir qədər artmışdı; ermənilər 6519, azərbaycanlılar 1985 nəfər təşkil etmişlər. 1930- cu illərdə azərbaycanlıların rayonun bütün əhalisinin 1/3-dən çoxunu təşkil etməsinə baxmayaraq, rayonda milli münasibətlər demək olar ki, pis olmuşdur. Azərbaycanlı kadrların yerləşdirilməsində çox az müsbət hallara rast gəlmək mümkün idi. 1950-ci illərin axırlarınadək Mığrı rayon partiya komitəsinin katiblərindən biri daim azərbaycanlı olmuşdur.
Lakin 60-cı illərin ortalarında Mığrı rayonunda azərbaycanlı katib erməni ilə əvəz edildi, tədricən azərbaycanlıların rayondan sıxışdırılıb çıxarılması prosesi qol-qanad açdı. Bütün bu proseslər uydurma Qarabağ problemi ilə yeni xarakter aldı. 1988-ci ildə Ermənistan hökuməti səviyyəsində, rayonun bütün partiya, sovet təşkilatlarının və inzibati orqanlarının bilavasitə iştirakı ilə respublikadan alınmış ümumi göstərişə uyğun olaraq bir həftə ərzində rayonun bütün azərbaycanlı kəndlərinin əhalisi hər cür zorakılığa əl ataraq qovuldular. Azərbaycanlı kəndlilərinin milyonlarla hesablanan kolxoz və sovxozlarının mülkiyyəti, bütün yaşayış binaları, bağları, ev əşyaları və əmlakları əlindən alınaraq qovulmuşdur.
Qədim Mığrı rayonunun ərazisində IX-X əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsələri, qalalar və tikintilərin qalıqları vardı. İndi onların izlərini itirmək üçün ermənilər hər cür alçaqlıqlara əl atırlar. Ona görə də bu əsərin gec də olsa nəşr edilməsi tarixi həqiqətlərimizi qoruyub saxlamaq üçün əsas tarixi sənəddir.
Azərbaycanlılar yaşayan kəndlər haqqında məlumatlar
Bənövşəbuşt – Gəncə quberniyası, Zəngəzur qəzasında kənd yeri. Xarabalıqları, binaların özülləri və qəbiristanı indiki Liçk kəndinin yaxınlığında, Mığrıdan 15-16 km şimalda, Mığrı çayının sağ sahillərindədir. Kənddə 1914-cü ildə 28 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə cəmi 5 tüstüdən (evdən) ibarət olan kənd erməni millətçiləri tərəfindən dağıdılmışdır, indi ölü kənddir.
Buğakar – Azərbaycanlı kəndi. Mığrıdan 12 km şimalqərbdə, Mığrı çayının sağ sahilində meşəlik yerdə yerləşir. Sovet hakimiyyəti illərində Vartanizor (Lök) kənd sovetliyinə daxil olmuşdur. 1897-ci ildə 139 nəfər, 1904-cü ildə 194 nəfər, 1924- cü ildə 96 nəfər, 1922-ci ildə 44 nəfər, 1931-ci ildə 41 nəfər azərbaycanlı əhalisi olmuşdur. 30-cu illərdə kənd ləğv edilmiş, əhalisi qonşu azərbaycanlı kəndlərinə köçürülmüşdür.
Vartanizor (Lök) – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 9 km şimal-şərqdə, Mığrı çayının orta axınının sol sahilində yerləşmişdir. Erməni mənbələrində Vartanizor kəndi iki hissədən: birincisi Vartanizor, yəni Aşağa Vartanizor və Yuxarı Vartanizordan (buraya Lök və Seyidlər kəndləri daxil olmuşdur) ibarət olmuşdur. Dəniz səviyyəsində 1814 metr yüksəklikdə yerləşir. 1831-ci ildə kənddə 136 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1914-cü ildə 1053 nəfər əhalisi olmuşdur.
1918-ci ildə Andranikin dəstəsi Sisyan və Qafan rayonlarının azərbaycanlı kəndlərini dağıdıb yandırdıqdan sonra Zəngəzurun digər rayonlarına, o cümlədən Mığrı rayonunun azərbaycanlı kəndlərinə hücum edirlər. I Vartanizorda 100 tüstü, II Vartanizorda 60 tüstü dağıtmış və 200 nəfər əhali qırmışlar.
Lök (Vartanizor) kəndi bir neçə il sahibsiz qalmış, xarabalığa çevrilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra tədricən rayonun azərbaycanlı kəndlərinin əhalisi öz doğma yurdlarına qayıtmağa başlamışlar. Vartanizor kəndinin 1053 nəfər əhalisindən 1922-ci ildə cəmi 177 nəfəri qayıtmışdır. 1926-cı ildə onların sayı 187 nəfər, 1931-ci ildə 243 nəfərə çatmışdır. Kəndə qayıtmış didərginlər əvvəlcə dağıdılmış yaşayış binalarını bərpa etməyə, təsərrüfatı dirçəltməyə başlamışlar. Kəndlilər bağçılığı, meyvəçiliyi, taxılçılığı, tərəvəzçiliyi inkişaf etdirərək qısa müddətdə özləri üçün güzəran yaratdılar. 1930-cu illərdə kolxoz qurdular, üzüm və başqa meyvələrin tədarükü məntəqəsini yaratdılar. Özləri üçün yeni yaşayış binaları tikdilər. Ümumi milli ayrı-seçkiliyə baxmayaraq, kənd camaatının öz qüvvəsi ilə kənddə məktəb, klub, kitabxana, kino qurğusu, məişət xidməti emalatxanası təşkil edilmiş, tibb məntəqəsi açılmışdır. 1988-ci ilin noyabrında rayonun partiya, sovet və inzibati orqanlarının zorakılıqla həyata keçirdikləri cəza tədbirləri ilə kəndin min nəfərdən çox əhalisini, uşaqlara, qadınlara, qocalara məhəl qoymadan bir həftə ərzində qaçmağa məcbur etmişlər. Kənddə kolxozun bütün mülkiyyəti, kolxozçuların evləri, bağları və ev əşyaları əllərindən alınmışdır.
Əməkdar jurnalist, yazıçı, publisist, tarix elmləri namizədi, uzun müddət “Sovet Ermənistanı” qəzetində redaktor müavini, redaktor və Ermənistan SSR Təhsil nazirinin müavini işləmiş İsrafil Məmmədov, yazıçı Azər Abdulla bu kənddə anadan olmuşlar
Vahravar – Qarışıq kənd. Vahravar çayının sahilində, rayon mərkəzindən 6 km şimali-qərbdə yerləşmişdir. Kənddə 1926-cı ildə 210 nəfər erməni, 8 nəfər azərbaycanlı, 1931-ci ildə 300 nəfər erməni, 64 nəfər azərbaycanlı yaşamışdır. Sonralar azərbaycanlılar kənddən köçürülmüş, qonşu azərbaycanlı kəndlərində məskunlaşmışlar.
Düz Qışlaq – Xarabalıqları indiki Qarcevan (Qırxcavan) qəsəbəsinin yaxınlığındadır. 1926-cı ildə qışlaqda 7 nəfər azərbaycanlı yaşamışdır.
Aldərə (Əldərə, Əli damı) – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 12 km cənub-şərqdə Araz çayının sol sahilində, İrəvan – Bakı dəmir yolunun sol sahilində yerləşmiş, üç tərəfdən hündür dağlarla əhatə olunmuş, ətrafı başdan-başa bağlara bürünmüşdür. Rayonun qədim kəndlərindən biri olan Aldərədə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1914-cü ildə 1987-nəfər əhali yaşamışdır. Rayonun ən iri kəndlərindən biri olan bu kənd də cəllad Andranikin qəzəbinə düçar oldu. Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918-ci il 745 nömrəli raportunda Aldərə kəndinin dağıdılması belə təsvir edilir: “Qonşu kəndin erməniləri müsəlman kəndləri olan Aldərə, Mərzəğat və Tuğut kəndlərini dağıtmış və yandırmışlar”. Beləliklə, 2000 nəfərə yaxın əhalisi olan kənd dağıdılıb yandırıldı və əhalisinin salamat qalan hissəsi müxtəlif qonşu vilayətlərə, qəzalara qovuldu.
Bir neçə il kənd sahibsiz qalaraq xarabalığa çevrildikdən sonra 1926-cı ildə kəndin əhalisinin təqribən 1/5-i, yəni 414 nəfəri öz doğma kəndinə qayıtmış, 1931-ci ildə kəndə qayıdanların sayı 490 nəfərə çatmışdır. 1930-cu illərdə kənd bərpa olunmuş, yeni bir və ikimərtəbəli yaşayış binaları tikilmiş, ciddi milli ayrıseçkiliyə baxmayaraq, kolxoz təşkil edilmiş, orta məktəb açılmış, klub, kitabxana, tibb məntəqəsi, doğum evi və uşaq bağçası təşkil olunmuşdur. Qaçqınlıqdan sonra kəndin əhalisinin artım dinamikası belə olmuşdur. 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər.
70 il ərzində əldə edilmiş nailiyyətlər, kənd əhalisinin isti ocağı hökumət səviyyəsində erməni millətindən olan rayon, partiya, sovet və inzibati orqanlarının bilavasitə rəhbərliyi ilə söndürüldü. Onların bütün mülkiyyəti əlindən alınmış və onlar bir həftə ərzində 1988-ci il noyabr ayının 28-dək qovulmuşlar. Kolxozun milyon manatlarla hesablanan bütün mülkiyyəti, maşıntraktor parkları, bağları, hazır məhsulu və s. ermənilərə qalmışdır. Kəndin əhalisi Azərbaycanın müxtəlif rayonlarına səpələnmişdir. Qədim tarixə malik olan kənddə 14-16-cı yüzilliklərə aid çoxlu tarixi abidələrin, Alban kilsələrinin, qala və məscidlərin qalıqları vardır.
Azərbaycan dəmir yolunun inkişafında böyük xidmətləri olan, uzun müddət bu sistemə rəhbərlik etmiş Abbas Bağırov, 1950-1960-cı illərdə Azərbaycanın mədəniyyət naziri və Kinemotoqrafıya Komitəsinin sədri işləmiş Məmməd Qurbanov bu kənddə anadan olmuşlar.
Əmrah daşı (Əmrəkar) – Azərbaycanlı kəndi. Qalıqları rayon mərkəzindən 9-10 km şimal-qərbdə Mığrı çayının orta axarı sahilində, Vartanizor kəndinin yaxınlığındadır. 1926-cı ildə burada 42 nəfər, 1931-ci ildə 67 nəfər azərbaycanlı və 1 nəfər erməni yaşamışdır. 30-cu illərdə kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Əkərək mis mədənləri – Qarışıq yaşayış məntəqəsi. 1953-cü ildən sonra qəsəbə. Rayon mərkəzindən 9 km cənubqərbdə Araz çayının sol sahilindədir. 1931-ci ildə 11 nəfər azərbaycanlı olmuşdur.
Eynəzir (Ernazor) – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 16-18 km şimali-şərqdə, Nüvədi kəndinin yaxınlığında yerləşmişdir. Kənddə 1873-cü ildə 153 nəfər, 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 163 nəfər, 1914-cü ildə 562 nəfər, 1922-ci ildə 207 nəfər, 1931-ci ildə 219 nəfər azərbaycanlı əhali olmuşdur. Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna (15 dekabr, 1918) raportunda göstərilir ki, Nüvədi və Eynəzir kəndləri mühasirəyə alınmış və atəşə tutulmuşdur. 1930-cu illərdə kənd ləğv olunmuş, əhalisi qonşu Nüvədi kəndinə köçürülmüşdür.
Gül (Nor Arevik) – kənd yeri. 1831-ci ildə bu kənddə 6 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə 10 tüstüdən ibarət olan kənd ermənilər tərəfindən dağıdılmış, əhalisinin bir hissəsi qırılmış, digər hissəsi qovulmuşdur. Sonra erməni kəndi olmuşdur.
Lehvaz – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Mığrı çayının sol sahilində yerləşmişdir. Erməni mənbələrində Lehvaz kəndi I və II adlanaraq iki hissəyə bölünmüşdür. Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1914-cü ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə bütün Zəngəzurun azərbaycanlı kəndlərini ucdantutma dağıtdıqları kimi, ermənilər Lehvaz kəndinin də əhalisini qırmış, kəndi dağıtmış və yandırmışlar. Zəngəzur qəza rəisinin 26 noyabr 1918-ci ıl raportunda deyildiyi kimi, Mığrı dərəsinin erməniləri 70 tüstüdən ibarət olan müsəlman kəndi Lehvazı dağıtmış və bir neçə kənddə olan 200 nəfər azərbaycanlını öldürmüşlər. Qırğından əvvəl kənddə olan 836 nəfər azərbaycanlıdan 1922-ci ildə cəmi 136 nəfəri öz doğma kəndinə qayıtmışdı. 1931-ci ildə isə kəndin bir hissəsinə yiyələnmiş ermənilər bu kənddə məskunlaşmağa başlamışlar. Həmin ildə kənddə 171 nəfər azərbaycanlı, 161 nəfər erməni yaşamışdır. 1930-cu illərdə öz kəndinə qayıtmış əhali kəndin təsərrüfatını bərpa etmiş, kolxoz qurmuş, yeni yaşayış binaları tikmiş, özləri üçün güzəran yaratmışlar. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, uşaq bağçası təşkil etmişlər.
1988-ci ildə tarix yenə təkrar olundu. Lehvaz kəndinin 1002 nəfər azərbaycanlı əhalisi (ermənilər 118 nəfər olmuş) indi üçüncü dəfə, demək olar ki, birdəfəlik öz doğma yurdundan qovuldu. Rayon təşkilatlarının rəhbərliyi ilə erməni millətçiləri azərbaycanlıların bütün mülkiyyətini, əmlakını, ev əşyalarını əllərindən alıb uşaqlı, qadınlı, qocalı, min nəfər azərbaycanlını kənddən qovmuşlar. Partiya və dövlət xadimi Hüseyn Abdullayev, SSRİ Ali Sovetinin deputatı Firudin Ağayev bu kənddə anadan olmuşlar.
Liçkvaz – Yaylaq xarabalıqları. İndiki Vartanizor kəndinin yaxınlığındadır. 1831-ci ildə 5 nəfər, 1897-ci ildə 10 nəfər azərbaycanlı əhalisi olub.
Maralzəmi – Azərbaycanlı kəndi. Mənim doğma kəndim. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Mığrı çayının sol sahilində yerləşmişdir. Sovet hakimiyyəti illərində Vartanizor kənd sovetliyinə daxil olmuşdur. Bəzi erməni mənbələrində kəndin guya 1831-ci ildə yarandığı iddia edilir. Əslində isə kəndin ərazisində olan qədim tarixi abidələr bu kəndin qədim tarixindən xəbər verir. 1831-ci ildə kənddə 118 nəfər, 1873-cü ildə 123 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər əhalisi olmuşdur. XX yüzilliyin əvvəllərində birinci dəfə 1905-ci ildə, ikinci dələ isə 1918-ci ildə erməni daşnak hökumətinin milli qırğına gətirib çatdıran siyasəti bu qısa müddətdə Maralzəmi kəndinin iki dəfə dağılmasına, min nəfərə yaxın əhalisinin bir hissəsinin qırılmasına, digər hissəsinin isə İranın və Azərbaycanın müxtəlif vilayətlərinə qaçmasına gətirib çatdırmışdı. Zəngəzur qəzası rəisinin 1918-ci il 26 noyabr tarixli raportunda Maralzəminin dağıdılması belə təsvir edilir. “Mığrı dərəsinin erməni dəstələri... Vartanizor I – 100 tüstü və Vartanizor II (Maralzəmi) 60 tüstü müsəlman kəndlərini dağıtmış və 200 nəfər əhalini qırmışlar...”. Maralzəmi kəndi də bir neçə il sahibsiz qalmış, xarabalığa çevrilmişdir. Yalnız Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə qaçqınların 66 nəfəri (8 faiz) öz doğma yurduna qayıtmışdır. Rayonda bütün Sovet hakimiyyəti illərində yeridilən milli ayrı-seçkiliyə baxmayaraq, kəndin camaatı özü üçün güzəran yarada bilmişdi. Kənddə bir və ikimərtəbli yeni yaşayış binaları tikilmiş, kolxoz təşkil edilmiş, heyvandarlıq, bağçılıq inkişaf etdirilmiş, klub, kitabxana, rabitə şöbəsi, məişət xidməti emalatxanası, tibb məntəqəsi açılmışdır. Təəssüf ki, milli ayrı-seçkilik bu 70 il ərzində kənddə heç olmazsa, səkkizillik məktəb açmağa da imkan verməmişdi. İbtidai məktəbi bitirən 10-11 yaşlı uşaqlar qonşu kənd məktəbində oxumuğa getməyə məcbur olurdular. Daşnak partiyasının rəsmi hökumət səviyyəsində bərpa edilməsi, uydurma Qarabağ problemi Ermənistanda millətçiliyin milli psixoz səviyyəsinə çatmasına və yekcins erməni dövləti yaratmaq üçün bütün Ermənistandan azərbaycanlıları çıxarmaq strategiyası 1988-ci ilin noyabr ayında Mığrıya də çatdı. Maralzəminin 800 nəfərdən çox əhalisi – uşaq, qadın, qoca bir həftə ərzində üçüncü dəfə və demək olar, axırıncı dəfə öz doğma torpağından qovuldu.
Mığrıda, Vedidə, Amasiyada rayon partiya komitəsinin katibi, birinci katibi, rayon sovetinin sədri, Ermənistan KRMK aparatında məsul vəzifələrdə işləmiş Əli Məmmədov bu kənddə anadan olmuşdur. Əli Məmmədov ömrünün son on bir ilini Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin Sovetlər şöbəsinin müdirinin müavini işləmişdir.
Mərzəğat (Mərzəkit) – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 12-14 km cənub-şərqdə, Araz çayının sol sahilində, Aldəro kəndinin yaxınlığında yerləşmişdir. O, iki hissədən ibarət olmuşdur – Aşağı və Yuxan Mərzəğat. 1831-ci ildə burada 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301 nəfər, 1897- ci ildə 281 nəfər, 1914-cü ildə 751 nəfər əhalisi olmuşdur. 1918-ci ildə kənd erməni millətçiləri tərəfindən dağıdılmış, yandırılmış, əhalisinin bir hissəsi qırılmış, salamat qalan hissəsi isə Azərbaycanın və İranın müxtəlif qəzalarına qaçmışlar. 1918-ci ildən sonra bu kənd ölü kənddir. Uçuq binaların və qəbristanlığın izləri qalır.
Mülk – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 16-18 km şimal-şərqdə Gül (Nor Arevik) kəndinin yaxınlığında yerləşmişdi. Kənddə 1914-cü ildə 90 nəfər, 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 48 nəfər, 1931-ci ildə 78 nəfər əhali yaşamışdır. Zəngəzur qəza rəisinin məlum raportunda göstərildiyi kimi, Mülk kəndinin 30 tüstüdən ibarət əhalisinin bir hissəsi qırılmış, digər hissəsi qovulmuşdur. 1918-ci ilin qaçqınlığından sonra öz kəndlərinə qayıtmış Mülk kəndinin sakinləri özləri üçün güzaran yaratdıqları dövrdə, 30-cu illərin axırlarında kəndlərin iriləşdirilməsi adı ilə kənddən köçürülmüş və kənd ləğv edilmişdir.
Tağamir – Azərbaycanlı kəndi. Mənim atamın kəndi. Rayon mərkəzindən 16-18 km şimal-qərbdə Liçk (erməni kəndi) kəndinin yaxınlığında yerləşmişdir. 1831-ci ildə kənddə 19 nə- 416 fər, 1873-cü ildə 74 nəfər, 1886-cı ildə 129 nəfər, 1897-ci ildə 163 nəfər, 1914-cü ildə 255 nəfər əhali yaşamışdır. 1918-ci ildə 25 tüstüdən ibarət olan kənd ermənilər tərəfindən dağıdılmış, yandırılmış, əhalisinin salamat qalan hissəsi qovulmuşdur. Qaçqınlıqdan sonra 1922-ci ildə kəndə 36 nəfər qayıtmışdır. 30-cu illərin axırlarında kəndlərin iriləşdirilməsi adı altında erməni kəndinin yanında olan azərbaycanlı kəndini ləğv edib sahələrini Liçk kəndinə vermişlər. Kəndin əhalisi Azərbaycanlı kəndlərinə köçürülmüşdür.
Tuğut (Ataqut) – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 11-13 km şimal-şərqdə, Araz çayının sol sahilində Şvanidzor (erməni kəndi) kəndinin yaxınlığında yerləşmişdir. Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1914-cü ildə 294 nəfər əhali olmuşdur. 1918-ci ildə Aldərə – Mərzəğal kəndləri ilə birlikdə dağıdılmış və yandırılmışdır. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra kəndə qayıdan 85 nəfər əhali özünə güzaran düzəltməyə başladığı dövrdə yenə də kəndlərin iriləşdirilməsi adı altında Tuğut kəndini ləğv edib onun əkin sahələrini Şvanidzor kəndinə vermişlər. Tuğut kəndi o zamandan ölü kənddir, onun uçuqları və qəbiristanlıq qalır. Professor Həsən Balıyev əslən bu kənddəndir.
Tey (Gedisallı, Əcili) – Azərbaycanlı kəndi. Dəniz səviyyəsindən 1590 m hündürlükdə, Gül (Nor Arevik) kəndinin yaxınlığında yerləşmişdir. 1873-cü ildə kəndin 126 nəfər, 1886- cı ildə 174 nəfər, 1897-ci ildə 298 nəfər əhalisi olmuşdur. 1918- ci ildə 75 tüstüdən ibarət olan kəndi ermənilər dağıdıb, yandırıb, əhalisinin bir hissəsini qırmış, salamat qalanlarını isə kənddən qovub çıxarmışlar.
1922-ci ildə kəndə yenidən qayıdanların sayı 53 nəfər olmuş, 1931-ci ildə 81 nəfərə çatmışdır. 60-cı illərin axırlarında kəndlərin iriləşdirilməsi adı altında kənd ləğv edilmiş, əkin sahələri erməni kəndinə verilmişdir. O zamandan ölü kənddir. Evlərin uçuqları və qəbiristanlığın izləri qalır.
Tey mis mədənləri – kənd yeri. Xarabalıqları Gül (Nor Arevik) kəndinin yaxınlığındadır. 1897-ci ildə burada 14 nəfər azərbaycanlı yaşamışdır.
Nüvədi – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 28 km şimal-şərqdə, Azərbaycan SSR-nin Zəngilan rayonunun sərhəddində yerləşir.
Nüvədidə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952, 1914-cü ildə 1072 nəfər əhali yaşamışdır. 1918-ci ildə Andranikin quldur dəstələrinin gücü Nüvədi kəndinə də çatdı. Gəncə qubernatorunun 303 nömrəli 11 dekabr 1918-ci il tarixli teleqramında deyilir ki, “Zəngəzur qəza rəisinin məlumatına görə dekabrın 19-da Andranikin dəstəsi yerli ermənilərlə birlikdə Nüvədi kəndini mühasirəyə aldılar...” Zəngəzur qəza rəisinin Gəncə qubernatoruna yazdığı 15 dekabr 1918-ci il raportunda isə deyilir ki, “Qonşu kəndlərin erməniləri müsəlman kəndləri Əldərə, Mərzəğat və Tuğut kəndlərini dağıdıb yandırdılar, Nüvədi və Əynəzur kəndlərini isə mühasirəyə alıb atəşə tutmuşlar. Nüvədi kəndinin güclü müqavimət göstərməsinə baxmayaraq erməni daşnakları öz məqsədlərinə çatdılar. Rayonun bütün azərbaycanlı kəndləri kimi nüvədililəri də kənddən çıxarıb qova bildilər.” Lakin Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra kəndin əhalisinin təqribən yarısı 420 (662 nəfər) 1922-ci ildə yenidən öz doğma yurdlarına qayıtdı. 1931-ci ildə kəndə qayıdanların sayı 596-ya enmişdir. Rayonda olan ciddi milli ayrı-seçkiliyə baxmayaraq Nüvədi kəndinin əhalisi kəndi, təsərrüfatı bərpa etdi, kolxoz quruldu. Kolxozun öz vəsaiti hesabına kənddə orta məkləb, klub, kitabxana, məişət xidməti emalatxanası, ambulatoriya tikilmiş, hətta son zamanlarda xalçaçılıq fabrikinin filialı da yaradılmışdır.
1988-ci ilin noyabr ayının axırınadək 200 mindən artıq azərbaycanlının Ermənistandan qovulmasına baxmayaraq, hər cür məhrumiyyətlərə sinə gərərək iki il doqquz aydan artıq bir dövrdə Nüvədi bütün Ermənistanda yeganə azərbaycanlı kəndi kimi torpağını qoruyub saxlamış və erməni təcavüzkarlarına qarşı mərdliklə mübarizə aparmışdır. Lakin 1991-ci il avqustun 8- də erməni qoşun dəstələri sovet ordusunun köməyi ilə Ermənistanda olan axırıncı azərbaycanlı kəndinin 1700 (1979) nəfər əhalisini də öz doğma yurdundan didərgin saldı.
Bu, XX əsrdə ermənilərin Nüvədiyə üçüncü hücumu idi. İlk dəfə ermənilər 1905-ci ildə nüvədililərlə geniş döyüşlər aparmış, amma onlarla bacara bilməmişlər. 1918-ci ilin payızında isə nüvədililər ermənilərin hücumlarına davam gətirə bilməyib, Araz çayını keçərək Cənubi Azərbaycanın Misən kəndinə pənah aparmışlar.
Misəndə o vaxtdan qalmış nüvədililər hazırda orada böyük nəsil yaratmışlar. 1980-ci illərə qədər bunu sovet imperiyasından gizlədən nüvədililər onun zəiflədiyi dövründə Araz çayı sahillərində, tikanlı məftillər arxasında dayanıb tez-tez qohumları ilə hal-əhval tuturdular.
1988-ci ilin noyabrında Mığrı rayonunun azərbaycanlı əhalisi birdəfəlik kütləvi surətdə oradan qovuldular. Bir tərəfi Ordubad, bir tərəfi Zəngilan olan qədim Mığnda 1918-1920-ci illərin dərsləri hələ hamının yadında idi: Andranikin qoşunu azərbaycanlıların bir qismini qılıncdan keçirtdi, bir qismi isə qaçıb Zəngilana getdi, üç il orada yaşasalar da, evsizlik və ehtiyac üzündən çoxları orada tələf oldular
Erməni millətçiləri bircə həftənin içində rayonun Maralzəmi, Vartanizor, Lehvaz, Aldərə kəndlərində, Əkərəkdə, rayon mərkəzi Mığrıda yaşayan azərbaycanlıları qovdular. Yalnız qəhrəman Nüvədi kəndi avqust 1991-ci ilə qədər erməni millətçiləri ilə mübarizə aparıb, onların inadlarını qırdı.
O zamanlar yenə də ermənilərdən ibarət böyük dəstələr kəndlərə aramsız hücumlar etmiş, əhalinin doğma yurdlarını tərk etməsini qəti tələb etmişlər. Bu dəstələrin başında rayon partiya və icraiyyə komitələrinin rəhbərləri, prokuror, milis şöbəsinin rəisi, başqa məsul işçilər duraraq camaata elan etmişlər ki, onlar ermənilərin qabağını ala bilmirlər və yerli əhali doğma ata-baba yurdlarını tərk etməlidirlər, Üç min nəfərdən çox mığrılı hətta evlərindən dəyişək paltar da götürə bilməmiş, qonşu Zəngilan rayonuna pənah gətirmişlər.
Mığrı rayonundan1988-1991-ci il deportasiyaolunan sakinlərin sayı :
Nüvədi kəndi \\ 8 avqust \\ \991-1648 nəfər
Aldərə kəndi \\ 30 noyabr \\ 1988-929 nəfər
Lehvaz kəndi \\ 23 noyabr \\ 1988-720 nəfər
Lök kəndi \\ 22 noyabr \\ 1988-603 nəfər
Maralzəmi k.di \\ 22 noyabr \\ 1988-280 nəfər
Mığrı şəhəri \\ 27 noyabr \\ 1988-219 nəfər
Astazur kəndi (Tuğut) \\ 27 noyabr \\ 1988-183 nəfər
Əkərək kəndi \\ 27 noyabr \\ 1988-50 nəfər
olmuşdur.