Abbas Bağırov: Biz fədakar adamlara biganə qalmaqla tariximizi zərbə altina qoyuruq
Məmmədxan Hacıyevin yazısı
Mən onu tərifləmək istəmirəm .Əvvəllər insan kimi yaxşı və pis olmasının fərqinə varmazdım . Çünki o , mənim üçün sadəcə ata idi . Ancaq atamın necə böyük nüfuz sahibi olduğunu , ətrafındakılarla münasibətinin humanist dəyərlərə söykəndi yini 80- ci illərdə bildim . Atam xəstəxanada yatırdı . Dəmir yolu idarəsinin rəisi olanda Mərkəzi Komitədən , Nazirlər Sovetindən , başqa yüksək statuslu təşkilatlardan vəzifəli şəxslərin telefon zəngləri ara verməzdi . Böyük - böyük adamlar onunla tez - tez görüşərdilər . Xəstə düşdükdən sonra yatağının başında mən və həyat yoldaşı olurdu . Həmin vəzifəli şəxslərin bircəciyini palatanın qapistnı açan görmədik . Baş çəkmələri özlərinə qalsın , telefon açıb " əziz dostlarının " səhhətini də soruşmurdular . Atam bu barədə bir kəlmə də söz deməzdi. Üzünün cizgilərindən belə dostlarının namərdliyini sezdirən kədərli əlamətlər görə bilmədik . Onu yalnız sadə,sıravi dəmiryolçuların münasibəti maraqlandırırdı . Sıravi adamlar isə keçmiş rəislərinin görüşünə dəstə - dəstə gəlirdilər . Kədərləri də , sözləri də təbii idi . Atam , bilirsiniz , onlar hər dəfə yoluxmağa gələndə necə sevinirdi . Sanki sağlamlaşırdı . Üzü gülürdü . Oturub fəhlə dostları ilə söhbət etməkdən yorulmurdu . Görünür o , kollektiv arasında böyük nüfuz sahibi olub .Atam ancaq adamlar üçün işləyirdi . Çıxırdı camaatla görüşə . Öyrənirdi ki , filankəsin 10 uşağı var . Ona nə şeylər lazım olurdusa , dərhal tədbir görürdü . Amma indi nazirlərin qəbuluna düşmək mümkündürmü ? Kabinetdən çıxanda da bir neçə cangüdən əhatəsindən boy - buxununu görmək olmur .


- Rəhmətlik idarənin imkanlarından ailəsi üçün necə istifadə edirdi ?
- 134 saylı məktəbdə oxuyurdum . Məktəb " Baksovet " metro stansiyasının , evimiz isə indiki Fantanlar bağının yanında idi . Hər səhər dərsə piyada gedirdim . O ərazidə yaşayanlar bilirlər . Azyaşlı qız uşaqları üçün piyada üzüyuxarı qalxmaq nə deməkdir .
- Xidməti maşınından ailə üzvləri istifadə
- etmirdi ?
- yox nə danışırsınız Mən rəhmətlik anamla bazara gedirdik . Sözün birini qoyub başqasına keçim . Onun həyat yoldaşı mənim anam olmayıb .
- - Bəlkə heç özü də atanız olmayıb ?
Yox , doğma atam deyildi . Mən onun qardaşı qızıyam . Övladı olmadığı üçün məni himayəsinə götürmüşdü . Adətən sonsuzlar uşaqlı ailələrə paxıllıq , nifrət edirlər . Mənim atam belə deyildi . O , uşaqları çox sevirdi , hamını öz övladı sayırdi .
- Neçə yaşından sizi övladlı ğa götürüb ?
- 8 yaşımdan . Mən Gəncədə doğulmuşam . Birinci sinifə isə Abbas amimgilə gəldikdən sonra , bayaq dediyim kimi , 134 saylı məktəbə getmişəm .
- Hiss edirdinizmi o , əmidir , ata deyil ?
- Elə ondan danışmaq istəyirdim . Söz arasına söz qatdim . Anam deyirdi ki , mən açığı onun ailəyə , övlada bu qədər məhəbbət yanğısı ilə yanaşa biləcəyini gözləmirdim . Atam həddən artıq sərt və ciddi adam idi . Sərtliyin arxasında xeyirxahlığı , adamları başa düşmək hissləri dururdu . Evə gələndə bu sərtlik , ciddilik yoxa çıxırdı . Zabitəsini isə qoruyub saxlayırdı . Desəydi ki ,qatıq qaradır , demək qaradır . Inadkar deyildi , prinsipal idi . Sözümün canı odur ki , həqiqəti müdafiə etməyi bacarırdı , onu fikrindən döndərmək qeri - mümkün olurdu . Mənim kimdənsə asılı bir işim olanda heç ağlıma da gəlmirdi ki , atama deyim xahiş edib onu aşırsın . Atamın xasiyyətinə bələd idim . Desəydim də cavab verəcəkdir ki , tanımıram . Çox qəribə adam idi . Özünə məxsus məntiqi və yaşayış tərzi var idi . Kimdənsə pay- püş götürməyip .
- Evinizə rəhmətlik atanızın tabeliyində olan işçilər gəlib gedirdilərmi ?
- Yadıma gəlmir . Çünki vəzifəli məmurların hamısının atamla birlikdə çalışdığını da bilmirəm . Biz heç kimi tanımamışıq .
İndinin özündə də bir işim üçün ağız açmaq lazım gəlsə çaşıb qalaram , bilmərəm kimin üstünə gedim . Atam , indiki ölçülərlə götürəndə , çox qəribə adam idi . Hərdən söz düşəndə deyərdi : neyləyirəm işçilərin maddi hörmətini , onlar mənə yox , mən onlara əl tutmalıyam .
Arvadından bir ögey oğlu var . O da böyük idi . Atamdan asılacağı yox idi . Özü də ağıllı bacarıqlı oğlan idi .
Amma atam gör millət üçün nələr edib ? 1969 - cu ildən üzü bu yana Bilgəhdə sanatoriya,," Bakı " mehmanxanasını , Biləcəridə yer götürüb dəmiryolçulara mənzil tikdirib . " Qara Qarayev " metro stansiyasının ətrafı başdan - başa dəmiryolçuların evləridir . Atam özü də tapşırmışdı ki , mənzilləri daşdan inşa etsinlər . Panel eləmirdi ki , camaat xəstələnməsin .

Qatarla tutalım Gəncəyə gedirdi . Hər dayanacaqda düşüb adamlarla görüşürdü . Ona məktublar verirdilər . Qayıdıb gələndə gecə saat 2 - yə , 3 - qədər oturub oxuyurdu ki görsün kimə nə lazımdır .
- Əsasən məktub müəlliflərinə onda nə lazım olurdu ?
- - Birinə 50 - 100 manat, birinə iş yerini dəyişmək , başqa birisinə ali məktəbə daxil ol maq və s .
Yeri gəlmişkən , atam həm de Politexnik Institunda dərs deyirdi . O , böyük adam idi . Dəmir yolu üzrə general - mayor idi . O , Gürcüstanda ixtisası üzrə oxuyub , Moskvada Akademiyanı əla qiymətlərlə biti- rib .1952-ci ildə Zaqafqaziyada dəmir yolu nun Gəncə bölməsinin rəisi olanda yaxşı işinə görə ona Stalinin şəxsi məktubu olub . O elə-belə işləməyib . Nəyi demək istəyirəm , 1966 -ci ildə respublikamızda sahə üzrə kadr azlığını nəzərə alıb Bakıda dəmir yolu institutu , texnikum açdırmışdı . Uşaqları keçmiş SSRİ - nin ən yaxşı dəmir yolu institutuna təhsil almağa göndərirdi . Hamısını dağıtdılar . Institutun binasını da satdılar . Hazırda Azərbaycanda ixtisaslı dəmiryolçu çox azdır .Yeniləri yetişmir . Bir şeyi də deyim ki , atam ixtisaslı kadrlar yetişdirməyə nə qədər meylli idisə , onlara qarşı ikiqat ciddi idi . Yadımda deyil , harasa gedirdi . Görmüşdü ki , vaqonda xidmət pisdir . Biletsiz sərnişinlər aparırlar . Əmr çıxartdı ki ,biletsiz sərnişinlər aparan bələdçilər dərhal işdən kənarlaşdırılsın O vaxt da belə idi ki nöqsanla işdən çıxarılan adam yenidən dəmir yolu sisteminə qayıda bilməzdi . Dayım , yəni doğma anamın qardaşı , qatar rəisi işləyirdi . Atam biletsiz sərnişin aparan işçilər siyahısında dayımın da adını görmüşdü . İnanırsınız , bir gün də qoymadı ki , vəzifəsində qalsın. Baxmayaraq ki , məni saxlayan anam dəfələrlə yalvarıb - yaxardı ki , ay Abbas , yazıqdı , balaları var . Axı işdən çıxsa ac qalarlar . Cavab verdi ki , cəhənnəmə qalsın , o birilər bəyəm bundan əskik kişinin oğludur ?
-Dəmiryolu sistemində hansısa xidmətləri olubmu ?
- 1966 -cı ildə Əlixanovla atam Azərbaycan dəmir yolunu Zaqafqaziya dəmir yolundan ayırdılar .
- Əlixanov nə vəzifə sahibi idi ?
- Nazirlər Soveti sədrinin müavini . -Deyirlər , rəhmətlik çox sadə adam idi ?
- Bir dəfə görmədim ayağında xarici ayaqqabı olsun . Bakı ayaqqabıları geyinərdi . Deyirdi nə bilim , o yandakılar nə tikirlər . Öz malımızdan yaxşısı yoxdur . Çox vətənpərvər idi . Siz bir dəfə soruşun Hidayət Orucovdan Mehrinin Əldərə kəndində oxuduğu orta məktəbi kim tikib onlar üçün ? Atam məktəbə də Səməd Vurğunun adını verdirmişdi Əldərə kəndində su da yox idi . Ermənilər qəsdən kəndə su çəkmirdilər ki , azərbaycanlılar köçüb get- sinlər . Atam soydaşlarımızın bu problemini də həll etdi Klub açıb orda .
- Mehridən söhbət düşmüşkən , eşitdiyimə görə Abbas müəllim erməni millətindən olan hansısa işçisinə möhkəm təpinibmiş . - Bəli , düz deyirsiniz ... Atam İrana ezamiyyətə gedəndə fikir verir ki Mehri sözü rus və erməni dillərində yazılıb . Tez Joranı çağırıb soruşur : nə vaxtdan Mehri Ermənistanın olub ? Gözünün qabağında trafareti Azərbaycan dilində yazdırıb , ermənicə olan lövhəni çıxartdırıb , sonra yoluna davam etmişdi.
- Abbas müəllimin adına Bakıda nə var ? - -Heç nə . Məndən başqa atamın adını xatırlayan belə yoxdur . Bir də sərnişin daşıma idarəsində Ramazan adlı kişi var . Hər il atamın doğum günü qəbrinin üstünə gəlib gül dəstələri qoyur . Atam öz rahatlığına qəsd edirdi ki , işçiləri rahat işləsinlər , rahat yaşasınlar.
Yolları dəyişən qurğu atamın səmərələşdirici təklifindən sonra elektrikləşdirildi . Bu da həmin qurğunu tənzimləmək üçün yay qiş ,gecə - gündüz kiminsə açıq havada durmasının qarşısını aldı .Almaniyada atamın təkliflərindən istifadə edilirdi . O , rəhmətə gedəndən sonra da səmərələşdirici təkliflə görə analığım qonorar alırdı . Amma bizimkilər Abbas müəllimin öldüyü gündən ailəsini unutdular Yenə təkrar edirəm , atam vəzifə borcunu yerinə yetirərkən nələr etməmişdi. Vağzallar və stansiyalar yeni texnika ilə təchiz olunmuş , turist səfərlərini Təkərlər üstə istirahət evlarini " təşkil etmişdi . Ən ləyaqətli dəmiryolçuların adlarını ölümlərindən sonra əbədiləşdirmək yönündə əvəzsiz xidmətlər göstərmişdir . Onun şəxsi təşəbbüsü ilə Biləcəri lokomotiv deposuna dəmir yolunun keçmiş rəisi Əli Cafərovun , Yasamal rayonunun küçələrindən birinə keçmiş maşinist , Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevin adları verilmişdir .
Yolda paravoz və elektrovoz dartısının tətbiqi , Bakı və Biləcəri depola rinin yenidən qurulması Abbas muallimin adı ilə bağlıdır . Belə bir məhsuldar və yenilikçi rəhbəri nə üçün işdən azad etdilər ? Xəstə idi . " Azneft " in - nəqliyyat üzrə müavini iş ləyirdi . Dəmir yolunda o vaxtkı rəis idarəni batırmışdı . Heydər Əliyev atamı Mərkəzi Komitəyə dəvət etdi . Dedi ki , gəl dəmir yolu məsələlərini öz üzərinə götür . Təəssüf ki , xərçəng xəstəliyi öz işini görmüşdü . Artıq gec idi
- Atanızın vəfatından sonra onun dostlarının sizi unutması , kömək əlin i uzatmaması xətrinizə dəymirdi ki ? Xeyr . Ehtiyacımız da olmayıb . Mənim ailəm var idi . Yoldaşım da boyun əyən deyildi . O , hələ Abbas müəllimin sağlığında ona ağız açmamışdı . Yoldaşım ixtisasca energetikdir . Hazırda " Sibir elektromonta jin " rəisidir . Qızım Moskvada həkimdir . Oğ lum da bu il magistraturani bitirir . Biz elə tərbiyə almışıq ki , həyatda insan hər şeyə özü nail olmalıdır. İnstitutu bitirib indiki yerimə təyinatla gəlmişəm.
14-noyabr 2002-ci il