Aldərə kəndi Qala daşı

Qala  daşı dəniz səviyyəsindən 1820 m hündürlükdə yerləşir.  Daşın başında triqonometriya üçbucağı qoyulub.  Keçmişdə əhənglə tikilmiş çarhovuz qalıqları bu gün də orada qalmaqdadır.  Qala daşından İranın Təbrizə qədər qənşərini, Kəmku dağını və Meğri rayonunun əksər kəndlərini görmək münkün idi.  Qala daşı haqqında müxtəlif rəvayətlər var.  Düşməndən qorunmaq üçün daşın başında yaşayırmışlar.

Rəvayətə görə ora su 6 km məsafədə yerləşən Qurdlu çeşmədən saxsı su boruları ilə çəkilmişdir.  Qala daşının sahəsi təxminən 60-80 kv. m olardı. Deyilənə görə ailədə ata,ana və bir qız uşağı olur. Onlar üzun illər orada yaşayırlar.  Düşmən heç vaxt bu ailəyə qalib gələ bilməyib.  Suyun haradan gəldiyi bir sir olaraq qalırdı. İllər keçdikdən sonra qızı suyun haradan gəldiyini soruşanda ata deyir ki , zamanı gələndə deyərəm.  Bir gün qızın atası xəstələnir. 

Nəhayət qız xəstə atadan bir daha soruşur.  Ata deyir ki , artıq zamanı çatıb indi deyərəm. Amma mən suyun haradan gəldiyini desəm də onu tapmaq üçün siz çox yeri qazmalı olacaqsınız. Belə edirsiz. Yaylağa gələnlərdən bir və ya iki qatırxahiş edib alarsınız. Onları üç gün yaxşıca yedirdirsiniz və su vermirsiniz.  Əlavə olaraq onlara düz da verirsiniz.  Üç gün susuz qalan qatırları buraxırsız və onları izləyirsiniz.  Onlardan hansı qabaq əlini yerə döysə və istəsə ki, ağınasın oranı qazırsız və saxsı su borusunu tapıb sındırsınız - su kəsiləcək.  Siz də gedirsiniz qohumların yanına.  Ona görə ki, mən öləndən sonra Siz orada qala bilməyəcəksiniz.

Elə də edirlər.  İri başı deyilən yerdə meşənin üstündən Qala daşı aşan yerdə( Namazın zəmisi deyilən yer) qatırlar suyu həmin qayda ilə tapır. Qazıb suyu kəsirlər. İndi də Namazın zəmisi aşrımında saxsı su borularının qalıqları və bişmiş kərpic qırıntılarına oxşar qalıqlar var. Onları kənddə yaşayan insanlar gözləri ilə görüb.

Bu əhvalatı Məşədi Həsən danışıb. Həmin qala ilə bağlı ikinci bir əhvalatı xatırlamaq istəyirik. 1918- ci ildə ildə baş vermiş bir hadisədir. Rayonun Meğri çayı qolu üstə ermənilər Tağamir, Mülk, Lök, Maralzəmi kəndlərinin əhalisini qırıb qovalayanda canını qurtarmaq üçün qaçan qadın körpəsini qucağında ora qədər gətirir və yorulur. Çox fikirləşir arxadan gələn ermənilərdən isə qorxur. Qərara gəlir ki,onu burada qoysun. Ona görədə əlacsız qalıb daşdan hörgü hörür. Uşağı ora qoyur. Üstünüdə daşla örtür. 300-400 m gedəndən sonra yolda Tey kəndinin sakinləri ilə görüşür. Olanları onlara danışır. Xahiş edir ki , onu gözləsinlər gedib uşağı götürüb gətirsin. Gedib görür ki , uşaq ölüb. Qayıdıb gələndə başqa bəhanə ilə özünü Meydanlı daşdan atır. Onun hansı kənddən kim olduğu bilinmir. Qala daşı hər tərəfdən sıx meşəliklə əhatə olunmuşdur. Bir tərəfi sıldırım qayalıq idi. Çıxmağa yalnız bir yol var idi ki , oraya yalnız bələd olan adam çıxa bilərdi.

Cınqı -cınqı daş  və ana – qız daşı. Ana qız daşı iki hissədən ibarət idi. Biri alçaqda “ana”o birdə onun üstündə “qız”tarixlər boyu simvolik bir abidə idi. Daşı üstündən balaca daşı yumulayanda çox qəribə cingiltili səs çıxarırdı. Həmin daşı ermənilər  aparıb cilalayıblar. Məqsəd isə özlərinə bəllidir.

Bunlardan başqa kəndin çoxlu pirləri olub. Çinar piri, Həsən piri, Əlbəndi piri, Qleytan piri, Babahacı piri. Kəndin mərkəzində salınmış parkda 1941-1945- ci il Böyük Vətən Müharibəsində həlak olmuş kənd sakinlərinin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidə idi. Aldərə kəndindən müharibəyə gedib qayıtmayan 65 nəfər vətən oğlanlarının adı daş üzərində həkk olunmuşdur. Abidə bütöv bozalt daşdan hazırlanmışdır. Hündürlüyü h-4m 32 sm idi. Həmin park insanların istirahət və ziyarətgah yeri idi. Bura gələn hər bir kəs abidənin üzərində həkk olmuş adları oxuyub onları böyük ehtiramal yad edirdilər.