Son deportasiya

Aldərə kandiinin böyük tarixi keçmişi olub.Türkiyənin Istanbul şəhərinin arxivlərində Aldərə kəndinin 1593-ci ildə mövcud olmasını təsdiq edən sənədlər öz əksini tapmışdır.Yaşlı insanların dediklərinə görə kəndimizdə aparılan arxoloji qazıtı işləri , yeni evlərin tikintisi  zamanı həyətyanı sahələrdə tapılan köhnə əşyalar, saxsı qablar,insan sümüklıri ,qəbrlər,metallar ,çini qablarda aparılan araşdırmalrın nəticəsi kəndin tarixinin 350 - 420 il əvvəl olmasını subut etmişdir.Kəndin ərazisi təxminən sovet önəmində 960 ha olmuşdur.160 təsarrufatdan ibarət olan kənd əhalisinin sayı təxminən 1979- cu il də 784 nəfər olmuşdur. Halbuki, keçən əsrin əvəllərində 1914 – cü ildə təsarrufat sayı 280-a yaxın , əhalinin sayı İsə 1987 nəfər olmuşdur.

Buna səbəb zaman zaman soydaşlarımızın zorla dədə baba torpaqlarından qovulması və sonraki dövlət səviyyəsində deportasiyaya məruz qalmaları olmuşdur.Bildirirəm ki .keçən əsrdə kəndimizin sakinlərinə bir neçə dəfə 1905,1917/18-ci illərdə erməni daşnaqları hücum etmişdilər.Erməni silahlı birləşmələrinin hücumları nəticəsində insanlar vəhşicəsinə öldürülmüş, qətlə yetirilmiş,evləri yandırılmış, təsərrüfatları dağıdılmış,ələ keçən insanlara isə insanlığa sığmayan işgəncələr verilmişdir.Ermənilərin əlindən canını qurtara  bilən bir qism Aldərə sakinləri qaçmaqla özlərini qoruya bilmişdilər.


1905 və 1917-1918 ci il soyqırımında yerli əhalinin bir qismi İrana ,bir qismi Zəngilana və Naxçıvana qaçmışdır. Bir neçə il orada yaşadıqdan sonra 1920-ci ildə sovet hökuməti yarandıqdan sonra nisbi sakitçiliyin olduğunu görən kənd sakinlərinin bir qismi (1922-1924) yenidən kəndə qayıtmağa qərarlı olmuşdular. İnsanlar yandırılmış , talan edilmiş kəndlərinə dönüş edərək dağıdılmış , yandırılmış evlərini ,təsərrüfatlarını yenidən barpa edərək yaşayışlarını təmin etmişdilər.Sonuncu, yəni 1988- il deportasiyasından 36 il ötməsinə baxmayaraq insanlar hələdə öz doğma torpaqlarına dönə bilmirlər.Demək olar ki,deportasiya olmuş vətən həsrəti çəkən insanların böyük əksəriyyəti dünyasını dəyişsələrdə,onların övladları və əslən Aldərədən olan insanlar öz doğma tarixi torpaqlarına dönüş gününü səbrsizliklə gözləyirlər.Heç vaxt Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi torpaqlarını könüllü olaraq tərk etməmişdilər.Aidərə kəndində yaşayan sakinlərə Ermənistan hökümətinin nümayəndələri tərəfindən rəsmi şəkildə təzyiqlər olmuş və onların qısa müddət ərzində kəndi tərk etmələrini tələb etmişdilər.

Köməksiz vəziyyətdə qalan insanlar özlərini və ailələrini qorumaq üçün doğma kəndi tərk etmək məcburiyyətində qalmışdırIar.Onalar aidiyyatı qurumlara o cümlədən də sərhədi qoruyan Hərbi Hissənin rəisi Kostina müraciət etsələr də,cavabı bu olmuşdur ki ,bizə Sizi yox , erməniləri Sizdən qorumaq tapşırığı verilmişdir. Vəziyyətin bu yerdə olduğunu görən kənd sakinləri heç yerdən dəstəyin olmadığını gördükdən sonra öz doğma tarixi torpaqlarını tərk etmişdirlər.Bu insanlar öz xoşları ilə deyil hökümətin və ayrı ayrı erməni silahlı birləşmələrinin,saqqallıların təzyiqi ilə zorla qovulmuş və deportasiyaya məruz qalmışdılar.Aldərə kənd sakinlərinin deportasiya edilməsi dövrü 1988- ci ilin noyabr ayının 23-dan başlayaraq 30 noyabra  kimi davam etmişdir.

HaI hazırda o torpaqlarda bir nəfər də olsun azərbaycanlı yaşamır.Kənd sakinlərinin gördükləri və yaşadıqları canlı xatirələri eşitmək məqsədə uyğun olduğu üçün onları dinləmək daha məsləhətdir.Kənd sakinləri canlı olaraq bu hadisələri belə xatırlayırIar.Baş vermis hadisələrin şahidləri Zakir Quliyev va Rais Məmmədov canlı olaraq o günləri belə xatırlayırlar.Deportasiya başlamamışdan öncə kənd sakinlərinə məxsus ov silahları ermənilər tərəfindən yığılmışdır.Bir müddət keçdikdən sonra Mığrı rayon Partiya Komitəsinin müavini vəzifəsində işləmiş J.Hambarçumyan kəndin məsul rəhbər içilərini yanlarına çağıraraq kəndi tərk etmələri ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq etsədə kəndin sakinləri doğma dədə baba torpaqlarını tərk etmək istəmirdiIər.Günü gündən aidiyyatı qurumlar təzyiqləri artırmağa başladılar.Hətta kəndi tərk etməsəniz sillahlandırılmış saqqallı erməni birləşmələri kəndə hücüm edib sizi öldürəcəklər.Artıq vəziyyət o həddə gəlib çatıb ki ,rəhbər işçilər artıq biz sizi müdafiə etmək gücündə deyilik deməyə başladılar.Bir müddət keçdikdən sonra deyilənlər qerçəkləşməyə başladı.Silahlanmış saqqalı dəstələr maşınlarla kəndə gəlib insanlara hədə qorxu etməyə başladılar.Hətta Aldərə kənd kolxozunun direktoru işləmiş Hüseyinqulu Məmmədhüseynovu Akaraq deyilən yerdə ermənilər onun idarə etdiyi avtonaqliyyat vasitəsini saxlamaq istəyərkən o qaçmış və dalınca düşərək onu kəndə qədər qovmuşdular.Yəni bu ciddi bir xəbərdarlıq idi.Artıq çıxış yolu yox idi.Rus əsgərlərinə də xüsusi tapşırıq verilmişdir ki, heç nəyə müdaxilə etməsinlər.Onlara yalnız erməniləri qorumaq tapşırığı verilmişdir.Proseslərin pik həddə çatdığını görən kənd sakinləri , o cümlədən də biz, yavaş yavaş kəndi tərk etməyə başladıq.Birinci novbədə qadınların və uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə onları Zəngilan rayonunun Mincivan qəsəbəsinə köçürdük.

İlk köç 23.11.1988- ci il tarixdən başladı.Təxminən bir həftə ərzində kənd tamamıilə boşaldıldı.Malımızı ,mülkümüzü , əmlakımızı qoyub qaçmaqla canınımızı qurtardıq. Kənddən Astazur stansiyasına, oradan da Mincivan qəsəbəsinə yük qatarları ilə getməli olduq. Müvəqqəti olaraq orada məskünlaşdıq.HəIədə  düşünürdük ki , bizi qısa zaman kəisyində geri qaytaracaqlar.Biz kənd sakinləri öz hüquqlarımızı tələb etmək məqsədi ilə  SSRİ hökümətinin bütün qurumlarına ,yəni Moskvaya dəfələrlə  teleqrammalar vursaqda nəticəsi olmadı.Bunun nəticəsinin olmadığını görəndən sonra insanlar  Bakıya , Gəncə şəhərinə, Xızıya və Göygöl rayonunun kəndlərinə köçdülər.Biz kənd sakinləri çox çalışdıq ki ,kəndi kəndə dəyişməklə bir yerdə məskunlaşıb həyatımızı davam etdirək. Çox təəsüf ki buda alınmadı.Məcburiyyət qarşısında qalan ailələr öz yaxınları yaşayan yerlərə üz tutaraq orada yaşamağa məcbur oldular.Doğma torpaqlardan zorla qovulmuş insanların faciəli sonu belə qurtardı.Kənd camaatı bununla da məskunlaşdıqları yerlərdə yaşamaq və vətən həsrəti çəkməklə həyatlarını davam etməli oldular.