İdarəetmə orqanları

Aldərə icmasının sədri - Quliyev Şəhrud Bayram oğlu
 
14.01.1960-cı il də Zəngəzur mahalı Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur.
1967- ci ildə S.Vurğun adına Aldərə kənd məktəbiniin 1- ci sinfinə getmişdir.
1977-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib Ç.İldırım adına Azərbaycan Politexnik instutuna daxil olmuşdur.
Təhsil aldığı müddətdə qrup həmkarlar komitəsinin sədri (Profkom) ictimai vəzifəsini icra etmişdir.
1983-cü ildə təhsil aldığı institutu bitirdikdən sonra təyinatla Ordubad -Culfa rayonunda doluya qarşı mübarizə idarəsinə göndərilmiş və mühəndis vəzifəinə qəbul olunaraq əmək fəaliyyətinə başlamışdır.
05.05.1986- cı ildə Rabitə Nazirliyinin tələbnaməsi ilə Naziliyinin «Azərrabitəlayihə» LAK-a böyük mühəndis vəzifəsinə təyin edilmişdir.
1989/92-- ci ildə həmin müəssisədə aparıcı mühəndis vəzifəsində çalışmışdır.
1992- ci ilin oktyabr ayında Birliyin əmri ilə «Azərrabitəinşaat» Layihə Tikinti Birliyinin Texniki İstehsalat şöbəsinə rəis təyin edilmiş və 1999-cu ilin sentyabr ayının sonuna  kimi həmin vəzifədə çalışmışdır.
1999- cü ilin oktyabr ayında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin tələbnaməsi əsasında köçürmə ilə Rabitə Qurğularının Tikintisi Təmiri İdarəsində Texniki İstehsalat şöbəsinə rəis, sonra isə Plan Texniki  şöbəinin rəisi işləmişdir.
2003/2005-ci illərdə Təchizat Təsərüfat şöbəsinin rəisi, eyni zamanda idarənin Həmkarlar Komitəsinin sədri vəzivəsində fəaliyyətimi davam etdirmişdir.
2005/2007- ci illərdə Layihə Axtarış Nəzarət şöbəsinin rəisi, 2007/20010-cu illərdə yenidən Texniki İstehsalat şöbəsinin rəisi vəzifələrini icra etmişdir.
2010- cu ilin Fevral ayının 26- da Bakı Telefon İstehsalat Birliyinin əmri ilə həmin müəsisəyə Baş mühəndis vəzifəsinə təyin edilmiş və 2018- ci ilin avqust ayına kimi həmin vəzifədə çalışmışdır.
Hal hazırda» BTR « MMC-nin Tikintinin Planlaşdırılması  və «Aztelekom» MMC- nin Texniki İstismar şöbəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Fəal İşçi kimi Nazirliyin əmri ilə əməyimə dəyər verilmişdir.
1.Fəxri Fərman ƏMR İƏMŞ-300 04.12.2012 Rabitə və İnformasiya Texnologiyaları Nazir  Akademik Ə.M.Abbasov
2.Rabitə Ustası R/U N 693 02.12.2016-cı il Ravbitə və Yüksək Texnologiyalar Naziri R.Quluzadə
3.Fəxri Fərman ƏMR 0149 29.11.2018- ci il Nəqliyyat ,rabitə və Yüksək Texnologiyalar Naziri
 R.Quluzadə
4.Fəxri Fərman Əmr 196/2106.12.2021- ci il Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri R.Nəbiyev
5.Fəxri Fərman 06.12.2019- cu il Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respulika Komitəsinin Rəyasət Heyyətinin sədri S.Orucov.