Aldərə kəndinin əhalisi
1831-ci ildə 131nəfər
1873-cü ildə 911nəfər
1886 -cı ildə 1077nəfər
1897 -ci ildə 1094nəfər
1904 -cü ildə 1505 nəfər
1914 -cü ildə 1987 nəfər yalnız azərbaycanlılar yaşamışdır.
1918 -ci ildə kənd sakinləri erməni təcövüzündən sonra deportasiya olmuş və Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1922-1924 cü illərdə tarixi etnik torpaqlarına qayıda bilmişdilər.
1926-cı ildə 414
1931 -ci ildə 490
1959 -cu ildə 601
1970 -ci ildə 831
1979 -cu ildə 784 nəfər azərbaycanlı yaşamışdır.
1988 -ci ilin noyabr ayının 23 -dən 30 -na qədər kənd sakinləri erməni silahlı qüvvələrinin təzyiqi ilə zorla doğma torpaqlarından çıxarılmışdır.Hal hazırda Aldərə kəndində bir nəfər də olsun azərbaycanlı yaşamır.
Mərzəgat(Mərzəkit)- Mərziyit kəndi
Azərbaycan kəndidir.Sovet hakimiyyəti qurulduqdan sonra Aldərə kəndi ilə birləşmişdir.Kolxoz , sovetlik birləşərək insanlar bir yerdə işləmiş və yaşamışdılar.Rayon mərkəzindən 12-14 km məsafədə cənub şərqdə , Araz çayının sol sahilində Aldərə kəndinin yaxınlığında yerləşirdi.Kəndi Aldərə çayı ayrırdı.Kənd iki hissədən ibarət olmuşdur.Aşagı və Yuxarı Mərzəkat.
1831-ci ildə 54 nəfər
1873 -cü ildə 255
1886-cı ildə 301
1897 -ci ildə 281
1914 -ci ildə 751 nəfər olmuşdur.
1918 -ci ildə kənd erməni millətçiləri tərəfindən dağıdılmış, yandırılmış, əhalinin bir hissəsi qırılmış, salamat qalanlar isə Azərbaycanın və İranın müxtəlif qəzalarına qaçmışdırlar.1918 -ci ildən sonra bu kənd xarabalığa çevrilmişdir.Uçmuş binaların və qəbrstanlıqların izləri qalmışdır