1913-cü il matın 22- də Qərbi Azərbaycanın Meğri ( Mığrı) rayonunun Əldərə kəndində anadan olmuşdur.Atası Məhəmməd kişi 1917- ci ildən taleyini dəmir yoluna bağlamış və ömrünün sonuna kimi 1946- cı ilədək orada işləmişdir.Abbas Bağırov 1929- cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Sənaye Texnikomuna daxil olmuşdur.1931- ci ildə o ,Kirovabad ( Gəncə) fəhlə məktəbinə (rabfaq) daxil olmuş və 1933- cü ildə oranı bitirdikdən sonra həmin ili Tbilisi Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutuna qəbul olmuşdur.1938- ci ildə oranı bitirdikdən sonra hərəkət və yük təsərrüfatı ixtisasına yiyələnmişdir.
1938- ci ildə ali təhsilli mühəndis kimi Bakı Dəmir Yolu Nəqliyyatı Texnikomunda tədris işləri üzrə direktor müavini vəzivəsi ilə əmək fəaliyyətinə başlamışdır. A.M.Bağırov 1939- cu ildə Zaqafqaziya dəmir yolu Ələt hissəsinə hərəkət xidməti rəisinin müavini təyin edilmişdir. 1942-1943- cü illərdə Ələt, 1943-1945- ci illərdə Kirovabad ( Gəncə) hissəsi hərəkət xidmətinin rəisi , 1945- 1946- ci illərdə isə Azərbaycan dəmir yolu hərəkət xidməti rəisinin müavini vəzifəsində çalışmışdır.
A.M. Bağırov 1946-cı ildən 1952-ci ilədək Azərbaycan dəmir yolu Bakı hissəsinin , 1952- 1953- cü illərdə isə Azərbaycan dəmir yolunun rəisi vəzifələrində işləmişdir. Azərbaycan dəmir yolu yenidən Zaqafqaziya dəmir yoluna birləşdirildikdən sonra o, Yol rəisinin müavini vəzifəsini tutmuşdur. 1955- ci ildə Azərbaycan dəmir yolu Zaqafqaziya dəmir yolunun tərkibindən çıxarılaraq müstəqil dəmi yolu elan olunduqdan sonra 1955- 1961- ci illərdə Azərbaycan dəmir yolu rəisinin birinci müavini ,1961- 1963- cü illərdə isə Azərbaycan dəmir yolunun rəisi vəzifəsində fəaliyyət göstərmişdir. 1963- 1967- ci illərdə Zaqafqaziya dəmir yolu Azərbaycan hissəsinin rəisi , 1967-1979- cu illərdə isə müstəqil Azərbaycan dəmir yolunun rəisi işləmişdir.Uğurlu işlərinin nəticələrinə görə A.M.Bağırovun əməyi dəfələrlə dövlət tərəfindən yüksək səviyyədə təltiflərlə dəyərləndirilmişdir.O, Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı , Şərəf Nişanı ordenləri, üç müxtəlif medal və dəmir yolunun ali mükafatı olan “ Fəxri dəmiryolçu”döş nişanı ilə təltif olunmuş və ona “Azərbaycanın əməkdar mühəndisi” adı verilmişdir.
Abbas Məhəmməd oğlu Bağırov Həsən Ağakişi oğlu Əhmədovla birlikdə “SSRİ” - nin ilk yübley” kitabını yazmış və həmin kitab 1976- cı il də “Azərnəşir”də işıq üzü görmüşdür. Kitabda SSRİ məkanında dəmir yollarının elektrikləşdirilməsi və ilk elektrik qatarının hərəkətə başlaması tarixi öz əksini tapmışdır.Son iş yeri “Azneft” İB -yi olmuş və orada nəqliyyat üzrə müavin vəzifəsində çalışmışdır. O ,“Azneft “ İB- nə rəis müavini vəzifəsinə təyin edildikdən sonra dəmir yolu idarəsininin idarəetmə sistemində müəyyən çətinliklər yaranmış və vəziyyətdən çıxmaq üçün Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi dövrdə onu MK-yə yanına çağırmış və yenidən Azərbaycan Dəmir Yolları İdarəsinə rəhbərlik etməyi təklif etmişdir.Lakin xərçənk xəstəliyi onun bu vəzifədə işləməsinə imkan vermədiyinə görə o etiraz etmişdir.Bacarıqlı,təşkilatçı,savadlı və işində tələbkar olan A.Bağırov Azərbaycan Dəmir Yolu İdarəsinə 18 idən çox rəhbərlik etmişdir.O,dəmir yolunun səmərəli və məhsuldar işləməsini təmin etmək üçün bilik və bacarığını heç vaxt əsirgəməmişdir.Bakı və Biləcəri depolarının yenidən qurulmasına ,orada parovoz və elektrovoz təsərrüfatı sexlərinin tikilməsinə böyük zəhmət sərf etmişdir. Onun təklifi və səyi nətisəndə 1966- cı ildə Nazirlər Sovetinin sədr müavini işləmiş Əlixan müəllimin dəstəyi ilə Azərbaycan Dəmir Yolu İdarəsi yaradılmış və Zaqafqaziya Dəmir Yolunun tərkibindən ayrılaraq sərbəst şəkildə fəaliyyət göstərmişdir. Onun şəxsi təşəbbüsü ilə Biləcəri lokomativ deposunda rəis işləmiş Əli Cəfərovun və İlk Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevin adının əbədiləşdirmək məqsədi ilə küçə adlarının verilməsinə də köməklik göstərmişdir. A.Bağırov Gəncə, Azərbaycan Dəmir Yolları İşçiləri arasında deyil , eləcədə keçmiş SSRİ Dəmir Yolları Nazirliyinin rəhbər işçiləri arasında da böyük hörmət və nüfuz sahibi olmuşdur.O, dəfələrlə SSRİ Ali Sovetinə deputat , Azərbaycan KP MK -ya üzv seçilmişdir.
7 yanvar 1925- ci ildə Zəngəzur mahalının Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1940-cı ildə Aldərə kənd məktəbini bitirdikdən sonra 1942- ci ilə qədər Nüvədi kəndində müəllim işləmişdir. 1942-ci ilin sonunda ordu sıralarına çağrılmış və 1944-cü ilə qədər Böyük Vətən Müharibəsində iştirak etmişdir.Ukraynada gedən ağır döyüşlərin birində yaralandığından ordudan təxris olmuşdur.Vətən qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif edilmişdir.
1944 - 1946- cı illərdə rayon Mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1946-cı ildən 1950- ci ilə qədər Meğri rayonunun Aldərə kəndində Sovet sədri vəzifəsində çalışmışdır.1950 -1953- cü illərdə Aldərə Partiya təşkilatının katibi olmuşdur.1956-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.1956- ci ildən 1977- ci ilədək Aldərə kəndində kolxoz sədri vəzifəsində işləmişdir.1978-1980- cı illərdə rayon Kənd Təsərrüfatı idarəsində aqronom vəzifəsində çalışmışdır.1981-1988- illərdə rayon Əmanət Bankının kənd şöbəsinin müdir- nəzarətçi vəzifəsində fəaliyyət göstərmişdir.1993- 2000- ci illərdə Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsində iqtisadçı ,Zəngilan rayon nümayəndəsi işləmişdir.2000- ci ildə Məkkə ziyarətinə getmiş və Hacı olmuşdur.2002- ci ildə dünyasını dəyişmişdir. 3 oğul, 1 qız atası olmuşdur.
Səməd Hüseynov 1938-ci ildə Aldərə kəndində anadan olmuşdur. Kənd orta məktəbini medalla bitirərək, həmin il Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunmuşdur. 1961-ci ildə institutu uğurla başa vurduqdan sonra müxtəlif vəzifələrdə çalışmışdır.
1966-cı ildə Azərbaycan Politexnik İnstitutunda assistent vəzifəsində fəaliyyətə başlamış, 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə dosent əvəzi, 1979-cu ildə isə dosent kimi fəaliyyət göstərmişdir.
1991-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1992-ci ildən Azərbaycan Texniki Universitetində kafedra müdiri və həmin kafedranın professoru olmuşdur.
S.Hüseynovun rəhbərliyi ilə 12 nəfər elmlər namizədi elmi işlərini müdafiə etmişdir. O, 140-dan çox elmi məqalənin müəllifidir. Bu məqalələr ölkənin müxtəlif elmi jurnallarında çap olunmuşdur.
Məmməd Qurbanov 1911-ci ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1924-cü ildə Bakıya köçərək Dəmir Yolu Məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra dəmir yolu deposunda işləmiş, daha sonra təhsilini davam etdirmək məqsədilə Stalinqrada getmiş və burada təyyarəçilik məktəbini bitirmişdir.
1940-cı ildə Kirovabadda yerləşən Müəllimlər İnstitutunu əla qiymətlərlə başa vurmuş, 1946-1949-cu illərdə isə Moskva Ali Partiya Məktəbində təhsil almışdır.
Məmməd Qurbanov müxtəlif yüksək dövlət vəzifələrində çalışmışdır:
İşlədiyi müddətdə bir çox dövlət mükafatlarına layiq görülmüşdür.
Firudin Ağayev 1898-ci ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1913-cü ildə işləmək üçün Bakı şəhərinə gəlmiş və neft mədənlərində müxtəlif vəzifələrdə çalışmışdır. Lakin onun ən böyük arzusu maşinist olmaq idi.
1918-ci ildə bu arzusunu reallaşdıraraq dəmir yolunda işə başlamış və 1921-ci ildə Tiflis şəhərində imtahan verərək birinci dərəcəli maşinist adını almışdır.
Böyük Vətən Müharibəsi illərində xalq təsərrüfatına aid yüklərin daşınmasında böyük rol oynamış və 1943-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Tehran Konfransı zamanı İosif Stalin Bakıya gələndə Firudin Ağayev onun qatarını idarə edən maşinist olmuşdur.
F.Ağayev üç dəfə Respublika Ali Sovetinin deputatı seçilmiş, üç dəfə Lenin ordeni və bir çox digər orden və medallarla təltif edilmişdir.
Fərəcbəy Hüseynbəyov 1882-ci ildə Zəngəzur mahalının Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Gənc yaşlarında valideynlərini itirdiyindən çətinliklərlə üzləşmişdir. Çörək pulu qazanmaq məqsədilə Bakıya köçmüş, burada Balaxanı-Ramana neft mədənlərində çalışmışdır.
Öz zəhməti və bilikləri sayəsində əvvəlcə prikazçik, daha sonra mühəndis və sahə rəisi kimi mühüm vəzifələrdə çalışmışdır.
Fərəcbəy xeyirxah insan kimi tanınırdı. O, öz kəndindən və qonşu kəndlərdən olan ehtiyacı olan insanları işlə təmin etmişdir.
Respublikanın neft sənayesinin inkişafına verdiyi töhfələrə görə Fərəcbəy Hüseynbəyov müxtəlif mükafatlarla təltif edilmişdir:
Fərəcbəy Hüseynbəyov 1959-cu ildə 74 yaşında Bakı şəhərində vəfat etmişdir. İki oğlu və bir qızı var: Nadir Hüseynbəyov və Feyzulla Hüseynbəyov.