Böyük Oktyabr Sosialist inqilabına qədər kənddə savadlı adam 2-3 nəfər olardı.Kənddə ancaq bir mədrəsə var idi.Mir Mahmud,Ağa oğlu Hüseyn bu mədrəsədə dini dərslər keçərmişlər.
Kənddə tamaşalar ancaq xalq oyunlarından və İmam Hüseynin müsibətinə aid şəbehlərdən ibarət olardı. Bu oyunlar ancaq bayramlarda,dini mərasimlərdə təçkil olunardı. Lakin kənddə ilk teatr, müəllifi məlum olmayan “Ağa yatib” birpərdəli vodevil 1931 –ci ildə - teatr binası olmadığından tamaşa Tubuş Mahmudovann evində - tamaşaya qoyulmuşdur. Bu teatrın təşkilatçısı Pənah Babayev olmuşdur. Tamaşada Pənah Babayev-ağa, Həsənli Dövlətov-nökər, Qurbanqulu və s....? iştirak edirdilər.Demək olar ki, bu 3 nəfər Nüvədidə teatr sənətinin ilk rüşeymini qoymuş və ilk aktyorları olmuşlar.
1936 –cı ildə Nüvədi səhnəsinə ilk qadın çıxır.İlk səhnə qadınlarımız bunlar olmuşlar: Sona Məmmədova-Tükəzbanı, Göyərçin Balıyeva Sona “Hacı Qara” komediyası.
İlk kitabxana 1930–cu ildə təşkil olunur. 1934-cü ildə mədəniyyət evi yaradılır.Kəndin ilk divar qəzeti “Kolxoz yolu “ 1934-cü ildə çıxır.Bundan başqa həftəlik “Liçovkalar “(vərəqələr)buraxılır.1936-cı ildə kənddə ilk kino verilir. 1936–cı ildə Nüvədidə xəstəxana məntəqəsi təşkil olunur.
İlk telefon 1930-cu ildə kəndə zastavadan çəkilir.Əsas telefon xətti isə1950 – ci ildə çəkilir.Evlər üçün yarımavtomat telefon şəbəkəsi 1968-ci ildə çəkilir.Poçt və bank idarəsi də həmin ildə təşkil edilir. İlk radio batareya ilə 1936-cı ildə mədəniyyət evinə qoyulur.Kənd üçün radio qovşağı 1952 –ci ildə, 1947-ci ildə elektrik xətti çəkilib istifadəyə verilir. 1940-cı ilin yazinda Nüvədiyə dəmir yolu gəlir.Dağ yolu 1958-ci ildə Nüvədiyə kolxoz sədri İnşallah Cəfərovun təşəbbüsü ilə;Vəli Əliyevin, sonrası Nağı Hüseynovun proyekti əsasında çəkilir. Bu yol 1969-cy ildə başa çatır.1969-cu ildə evlərə yanar qaz qoyulur.
Ilk sovet məktəbi 1924–cü ildə açılmış, məktəbin ilk müəllimi Ələkbər İskəndərov olmuşdur.Məktəb olmadığından bir və iki sinif şəxsi evlərdə - Məşhədi Əsgərin, İsmayıl Cəbrayılovun, Hacı Yusifəlinin evlərində təşkil edilmişdir.
Məktəbimizin yeni binası 1939-cy ildə tikilib,1940-cı ildə istifadəyə verilmişdir.1939-cy ildə Ernazor kəndinin əhalisi Nüvədiyə köçürülür və kəndin əhalisi bir qədərdə artır. Nüvədi məktəbi 1940-1042 –ci illərdə orta məktəb,1942-1961 –ci illərdə yeddiillik , 1961-1965 –ci illərdə onbirillik,1965-ci ildən yenidən orta məktəb olmuşdur.
1975-ci ildə məktəbimizin 20 sinfi, 481 şagirdi,30 müəllimi olmuşdu.
Məktəbimizi qurtaran şagirdlərin bir çoxu ali məktəbi qurtarmiş..İndi bu məktəb yetişdirdiyi alimləri, müəllimləri, həkimləri,mühəndisləri, aqronomları, zootexnikləri,baytar həkimləri,rəssamı,şairi,prokroru və müxtəlif peşə sahibləri ilə fəxr haqqı vardır.
İndi Nüvədi kəndinin 60-dan çox alimi vardır.Haqlı olaraq bu kəndə alimlər kəndi adını vermişlər. Respublikada Nüvədi kəndi savadlıların sayına görə-alimlərinə görə birinci və Zaqafqaziya üzrə ikinci yerdə durur.
Məktəbimizin onlarla şagirdi qızıl və həmçinin onlarla şagird gümüş medalla bitirmişdir.
Nüvədi kəndi erməni təcavüzünə məruz qalaraq Ermənistanda yaşayan bütün azərbaycanlılar kimi 1989-cy ildən kənddən tədricən çıxmağa başladılar.Əhalinin Nüvədidən tam çıxması 1991-ci ilin avqustun 8-də oldu.