Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndinin Qarqadaşı dağında daş kitabələr. Qafqazın ən qədim sakinləri olan Qarqar (Azər) türklərinə aid bu kitabələr e. ə. I minilliyin yadigarıdır.
1985-ci ildə Nüvədi kənd sakini, müəllim-şair-tədqiqatçı Həmzə Vəli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Onların ən böyüyünün uzunluğu 1 m, eni 70 sm, ən kiçiyinin uzunluğu 40 sm, eni 32 sm-dir. Möhkəm bazalt daşlar üzərində qədim türk hərfləri ilə qazılmış yazıların eni 2-3 mm, dərinliyi 3-4 mm-dir.
Kitabələrdəki yazılar Orxon-Yenisey yazıları ilə eynidir, lakin quruluşuna görə Orxon-Yeniseydən qat-qat qədimdir. Daha doğrusu, onun əcdadıdır. Nüvədi kitabələrində yazılar birləşdiyi halda, Orxon-Yeniseydə yazılar heç vaxt bir-biri ilə birləşmir.
1991-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. Həmin il avqustun 8-də kənd ermənilər tərəfindən işğal edilmişdir.
Tədqiqatçı Həmzə Vəlinin oxuduğu kitabə:
1-ci carğa: transkripsiya: On üç ok erinc ay es, ay erinc es Ər Odsan öküm.
Tərcüməsi: On üç oxdur, ey dost? Dedi, elədir, dostum Ər Odsan peşman oldu.
2-ci carğa: transkripsiya: En Ər Az. Ekük bak erinc Ər Az el.