Nüvədi kənd icması-ictimai əsaslarla fəaliyyət göstərən, məşvərətçi kollegial qurumdur. Kənd İcması sədr və üzvlərdən ibarətdir. Kənd İcması sədri və üzvləri Mığrı İcmasının sədri tərəfindən tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Nüvədi kənd İcmasına Məhərrəm İbadov Qulu oğlu rəhbərlik edir.
Məhərrəm İbadov Qulu oğlu –(1 yanvar 1964, Mığrı (Meğri ) rayonu Nüvədi kəndi). 1971-1981- ci illər Nüvədi kənd orta məktəbini, 1982 - 1989-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunu “Energetika mühəndisi” ixtisası üzrə bitirib. 1983-1985 - ci illərdə hərbi xidmətdə olub.
1989-2007- ci illərdə Tikinti idarəsində Baş mexanik, Tikinti Trestində Baş Energetik, Tikinti şirkətində Baş mühəndis, Barmekdə mühəndis və 2007- ci ildən SOCARda işləyir.
Hal-hazırda Sumqayıt Abşeron qaz idarəsində şöbə rəisi işləyir.