Nüvədi kəndi Xudafərin körpüsündən 192 km şimali qərbdə, Bəzzeyn qalasından 55-60 km cənubda, Araz çayının sol sahilində 4-km şimal məsafəsində yerləşir. Ordubad və Zəngilan rayonları arasında 12.600 ha ərazidən ibarət olub Mehri rayonunun ən böyük kəndi idi (1929-çu ildə ərazisi 18.200 ha olmuşdur). Bakı-Naxçıvan dəmir yolunun Mehri rayonu ərazisindən keçən 46 km–dən 26 km-i Nüvədinin ərazisindən keçirdi. Axırıncı əhalinin siyahıya alınmasına əsasən Mehri rayonunda 14.400 əhali olmuşdur ki, onlardan 4.660 nəfəri azərbaycanlı-Nüvədidə isə 1384 nəfər.
Mehri rayonunun ümumi gəliri 13.860.000 man olub ki, onun 11.000.000 dağ-mədən sahəsinə aid olmuşdur. Kənd təsərrüfatına düşən 2.860.000 manatdan 850.000-i Nüvədinin payına düşmüşdür.Rayonda 18.000 xırdabuynuzlu heyvandan 3.000-i, 1.550 iribuynuzlu mal-qaradan 500-ü Nüvədidə olmuşdur. 1987-ci ildə rayonda istehsal olunmuş 1.800 ton üzümdən 530 tonunu Nüvədi vermişdir.