Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar

SON DEPORTASİYA

1988-ci ildə Mığrı (Meğri) rayonunun Maralzəmi kəndinin azərbaycanlı əhalisi öz dədə-baba yurdlarından ermənilər tərəfindən deportasiya edilmişdilər. Həmin hadisələrin canlı şahidi Maralzəmidən olan Şakir Salman oğlu Bağırov gördüklərini və yaşadıqlarını qələmə almışdır. 

Mənim doğulub boya-başa çatdığım Maralzəmi kəndi Mehri çayının ikiyə böldüyü  bir dərənin quzey dağının ətəyində salınmışdı.

Bu kənd yuxarı Mehri şəhərindən şimala doğru Lehvaz və Lök adlı kəndlərdən sonra sıralanmışdı. Sovet dönəmində ermənilər tərəfindən bu və ya digər bəhanələrlə dağıdılmış Püşgah, Tey, Qul, Tağəmir, Yuxarı kənd, Aşağı kəndlərlə əhatələşmiş bu kənd də tədricən dağılmağa məhkum idi.

Belə ki, ermənilər hətta ən ağır fiziki işlərə də bizimkiləri rüşvət hesabına işə götürürdülər. Mən ali təhsil almaq üçün Azərbaycana gələndə cəmi 20-30 dəqiqəyə passport qeydiyatından çıxarıldığım halda, əsgərliyimi başa vurduqdan sonra heç bir vəçlə valideyinlərimin yaşadığı kəndimizə qayıda bilmədim. Rayonda heç bir televiziya təmiri məntəqəsi olmadığı halda bu sahə üzrə texnikom təhsili almış xalam oğlu Hafizə bu boş yeri hətta rüşvət müqabilində də tutmağa icazə vermədilər.

Bu cür haqsızlıqlar bəlkə də minlərlə idi. Belə qeyri insani keyfiyyətlər həyatın bütün sahələrində geniş yayıldığından insanlarımız hələ sovet dövründə ailəsi ilə birlikdə öz ata baba ocaqlarını tərk edib Azərbaycana sığınırdılar. 60-cı illərdə təkcə bizim kənddən 4 ailə Bakının Saray qəsəbəsinə köçmüşdür. Nəzərə alsaq ki kəndimiz zaman-zaman müxtəlif üsullarla dağılmağa məruz qaldığından cəmi 20-30 ailədən ibarət bir kənd üçün bu böyük itki idi.

Acınacaqlı həyat tərzi bir-biri ilə yaxın qohumluq münasibətində olan kənd əhlini az qala düşmənçilik dərəcəsinə çatdırmışdır. Mən hələ uşaq yaşlarımda bu cür münaqişələrin nəinki kənd camaatı, hətta kəndlər arasında da baş verdiyinin şahidi olmuşam. Dağıdılmış türk kəndlərinin əhalisini digər kəndlərə köçürmüş ermənilər, həmdə bu kəndlərin ən yaxşı və böyük hissəsini ermənilərə vermiş, qalan yararsız yerlərini isə elə bölüşdürmüşdülər ki, bu türk əhalisi arasında ixtilaflara səbəb olsun. Məsələn, onsuzda torpağı və örüş sahəsi çox az olan Maralzəminin önündəki Tey kəndinin Zeyvə piri ərazisindəki 5-6 hektarlıq kiçik bir ərazini bizdən xeyli uzaqda olan Lehvaz kəndinə vermişdilər. Mal-heyvanın bu sahəyə düşməsi narazılıqlara, hətta dava-dalaşlara da səbəb olurdu ki, bundan da rayon rəhbərliyi və hüquq mühavizə orqanları yaxşıca “bəhrələnirdilər”. Bizdən yuxarda yerləşən erməni kəndlərinin əhalisi yolun kolxoz sahələrinin düz ortasında salınmasını fürsət bilərək hər gün ziyankarlıq edirdilər. Meyvə ağaclarının budaqlarını kəsib özləri ilə aparırdılar, buna mane olmaq istəyən qoruqçuları təhqir edib alçaldırdılar. Yadımdadır ki, Mülüşü suyu deyilən ərazidə yaxınlıqda təsərrüfat işləri ilə məşğul olan kəndcilərimiz ilə ermənilər arasında əlbəyaxa dava olmuşdur. Belə konfliktlər 60-cı illərdə başqa ölkələrdən köçürülmüş ermənilərin bir qisminin bizim rayonda yerləşdirilməsi ilə daha da çoxalmışdır.

Mənim yaddaşımda kəndçimiz Hilal dayı ilə erməni Əkbərin dalaşması, Səlim adlı türk fəhləsinin kəndimizin ərazisindəki mağarada elektrik cərəyanına keçirilərək öldürüldüyünün əhalimizdə necə həyəcan yaratdığı unudulmaz izlər buraxmışdır. Təbi ki, mənəvi, iqtisadi və siyasi pərdələnmiş terror yalnız bir məqsəd güdürdü; yerli türk əhalisinin gözünü qorxutmaq, tədricən sıxışdılaraq öz doğma torpaqlarından köç etməyə məcbur etmək idi.

Əlbəttə əhalimiz belə hallarla bacardıqları kimi mübarizə aparırdılar. Lakin hər cür imkan məhdudsuzluğu, pərakəndəlik, köməksizlik və.s bu mübarizənin mütəşəkkil hərəkata çevrilməsinə gətirib çıxarmırdı.

19-cu əsrin sonları 20-ci əsrin əvvələrindən başlayaraq daha da təşkilatlanan ermənilərin öz çirkin niyyətlərini daha da tezləşdirmək üçün zaman-zaman dəhşətli qırğınlar törətməsi hər kəsə  bəllidir. Ayrı-ayrı fərdlərin qisas cəhdləri isə türk əhaliyə daha baha başa gəlirdi.

Ermənilərin qəddar vəhşi xisləti tarixdə elə bir iz qoyub ki, bu topluma insan demək belə məncə günahdır. Rəhmətlik Əvəz əmim  deyəndə ki, ermənilər gənc  bir türk qadının belinə qaynar samovar şəlləmişdilər. Mən ürək ağrısı ilə soruşdum ki, belə alçaqlıq nəyə lazım idi, onu sadəcə öldürə bilməzdilərmi? O dedi ki, ay bala onların kini, küdrəti o qədər ölçülməzdir ki, yüngül ölüm bu məhluqların qəzəbini soyutmazdı. 5-6 yaşım olanda rayon mərkəzindən gələndə şosse yolunun döngələrindən birində, yuxarı erməni  kəndindən olan bir yük maşınında yanımdan keçən bir erməni bərkdən bağıraraq “ a türk burda nə gəzirsən?” deyə məni qorxudmaq istəməsi hafizəmə ömürlük həkk olundu.

Azərbaycanlıların doğma dədə-baba yurdlarından deportasiyası. Maralzəmi kəndi

Sonralar Bakıda bir islah əmək müəssisəsində dəstə rəisi vəzifəsində işləyərkən bir erməni məhkumla tanışlıq söhbəti aparırdım. Sordum ki, sən iş yoldaşını nə üsdə öldürdün? Cavab verdi ki, sözümüz düz gəlmədi, məndə onu bıçaqlayıb sexin içərsində 20-30 m metal yonqarlarının üsdü ilə sürüdüm. Dedim bu nə üçün idi? Bir söz deməyib çiyinlərini çəkdi. Anladım ki, harada doğulmasından asılı olmayaraq bu onların xislətindən irəli gələn bir hərəkətdir.

O söhbətdən sonra universitetdə Azərbaycan tarixindən dərs demiş Məmməd müəllimin inandığı bir neçə tələbəyə dediklərini xatırladım: O dedi ki, üç nəfər alim Xankəndinə tədbirə gedirdik. Əsgəran qalasının yaxınlığından bir müəllimənin əl qol hərəkətləri ilə 50-60 nəfər orta sinif şagirdlərinə nəsə danışdığını görüb maşını saxladıq ki, həm ayaqlarımız açılsın, həm də görək ki, bu qadın nədən danışır. Başı o qədər qarışmışdı ki, bizim ona yaxınlaşmağımızdan qadın gec xəbər tutdu. Bu arada ermənicə yaxşı bilən alim dosdumuzun rənginin dəyişdiyini gördük və o, həmin qadınla çox sərt şəkildə danışmağa başladı. Sonra bizə dedi ki, bu müəllimə türklərin ermənilərə necə zülm etməyindən, bilib bilmədiyini öz başa düşdüyü şəkildə danışırmış. Belə bir cəfəngiyatla böyümüş ermənilərin qəddarlığı və cılızlığı bu fonda təbii hərəkət ola bilərdi, başqa heçnə.

Sovet imperiyasının dağılma təməlini qoyan imperiya rəhbərliyinə başladıqları işi sona çatdırmaq üçün bir alət lazım idi, oda bu sahədə ixtisaslaşmış ermənilər ən münasib məxluqlardır. İmperiya rəhbərliyinə yerləşdirilmiş ermənilər Ermənistandakılarla birləşərək öz çirkin niyyətli planlarını həyata keçirməyə başladılar. Sumqayıt hadisələrini törətdikdən sonra yerlərdə də fəal hərəkətə keçdilər. 

Qısa bir müddətdə biz türkləri öz ata baba torpaqlarımızdan məhrum elədilər. Mən bu hadisələrin bilavasitə əştərakçısı kimi öz yaşadıqlarımı misal gətirə bilərəm. Hər il olduğu kimi 1987-ci ildə də məzuniyyətimi doğma kəndimiz Maralzəmidə keçirirdim. Sanki bu yerlərə bir daha gəlmiyəcəyim ürəyimə danmışdı.

Ona görə də ərazisi çoxda böyük olmayan torpaqlarımızı qarış-qarış gəzdim. Kənddən piyada çıxıb Göytəpə - Qərbazay – Top - Gülüşad daşı -Yuxarı kənd - Kəməri daşı – Duzlaq - Bəy çeşməsi - Xəllərgə örüşündən keçib Tarqulu yaylağına getdim. Qayıdanda isə yolumu Kazım çeşməsinə, oradanda Mülüşü meşəsinə salıb, uşaqlığımda qarış-qarış gəzdiyim hər daşı-qayası mənim üçün bir xatirə olan kəndimiz Maralzəminin Fındıqlı dərədən tutmuş Taxta körpüyədək, Tey köfşənindən keçib Püşgah yolunadək, oradan Seyidlər məhəlləsinə qalxaraq kəndə qayıtdım.

1988-ci il mənim bu yerlərə sonuncu gəlişim oldu. Həmin ilin oktyabır ayında vəziyətin gərgin olduğunu nəzərə alaraq kəndə tək getdim. Əvvəllər təmiz havası, günəşli və səfalı təbiəti ilə qarşılayan kəndimiz bu dəfə məni tutqun bir hava ilə salamladı. Sanki son görüşümüz olduğunu oda bilirdi. Elə birinci gündən kəndin yol ayrımında gecələr keşik çəkən cavanlara qoşuldum. Məni təəcübləndirən bu oldu ki, gənclərin heç birində silah adına heç bir şey yox idi. Halbuki mən yaxşı bilirdim ki, onların çoxunda tək lülə tüfənglər var idi. Elə xalam oğlu Hafiz gildə mən 10-15 tüfəng görmüşdüm. Onun atası Əmrah qoyunçuluq fermasının müdiri olduğundan evlərində kifayət qədər sursat var idi. İtlərinin hünərinə arxalanan çobanlar, tüfəngi özlərinə artıq yük saydıqlarından silah-sursatdan imtina edirdilər. O silahların harda olduğunu soruşanda mənə dedilər ki, hələ keçən ildən başlayaraq bütün müsəlman əhalidən inventarlaşdırma adı ilə silahların hamısını əllərindən almışdılar. Mən Hafizdən soruşanda ki, bəs evinizin damında gizlətdiyiniz tüfəng niyə yoxdur? Hafiz dedi ki, onuda müsadirə etdilər.

Onda yadıma bir hadisə düşdü: 80-ci illərin ortalarında səhər saat 08:30-da kəndin aşağısında yerləşən xalam gilin evindən səs-küy eşidəndə təşvişə düşdüm və tez maşını saxlatdırıb yerə düçdün. Baxçanı keçib evə yaxınlaşanda birinci mərtəbənin eyvanında 15-20 nəfər qadınlı kişili erməninin məclis düzəltdiyini gördüm. Mən soruşanda ki, bəs xalam hanı? Ermənilərdən biri dedi “ Ara mən nə bilim ki, xalan hanı? Səni tanıyıram, sən Nana bacının bacısı oğlusan, gəl bizimlə yemək ye.” Soruşdum ki, bəs bu yemək-içməyi kim düzəldib sizin üçün? Dedi ki, “ Ara bəyəm mən arağın, qovurmanın, pendirin, lavaşın yerini bilmirəm?” Mən onun təklifini hirslə rədd edib, oradan bir başa evdən bir az aralı olan həyətyanı sahələrinə getdim. Xalam qızları ilə lobya yığırdı. Dedim xala xəbərin var ki, ermənilər sizin həyətdə nə var stolun üsdünə töküb yeyib-içməkdədirlər. Dedi ki, bu birinci dəfə deyil ki, ermənilər bizdə qonaqlıq edirlər. Sonralar bildim ki, erməni əməliyyat müvəkkili onlara gələrək deyib ki, “Əmrah kişi get evin çardağında 2-ci mildə gizlətdiyin tüfəngi gətir təhvil ver! Məndə çalışaram ki, bu məsələyə görə səni həbs etməsinlər. Sən bizə bir qoç, rəisədə hörmət edərsən ki, azadlıqda qalasan. ”Evində illərlə çörək yeyəsən üzünə gülüb yaltaqcasına dost dediyin bir insana qarşı belə alçaqcasına xəyanət etmək ancaq erməni şərəfsizlərə xas olan sifətdir. Yaxınlarımın təkidi ilə rayondakı erməni dostlarının evinə qonaq getmiş Xanımcan nənə cehizlik sandığını və kilim palazlarını görüb tanıyanda haqlı olaraq erməninin üzünə tüpürüb söyəndə erməni demişdi; 

-Axçi, mən sənin evini talan eləməmişəm ki, atam eliyib, oda çoxdan ölüb. Mənim günahım yoxdur.

Bəli, bu unutqanlıq kim bilir hələ nə qədər türk qanının axıdılmasına, mal-mülkün yağmalanmasına səbəb olacaq.

Bir əsrdə dəfələrlə soyqırıma, zülmə, terrora və qovulmaya məruz qalmış xalqımız yenədəmi bu vəhşətləri unudub erməni adlanan hayları bir müddət keçəndən sonra böyük ürək açıqlığı ilə evinin yuxarı başına keçirəcək, yenədəmi? Kim bilir?

Azərbaycanlıların doğma dədə-baba yurdlarından deportasiyası. Maralzəmi kəndi

1988-ci ilin oktyabır ayının sonları idi. Artıq 3-cü gün idi ki, kəndimizdə yaxın yerləri gəzirdim. Axırıncı gün növbəti gəzintidən qayıdarkən Hafiz ilə hərəmiz bir qurumuş ağac budağını sürüyərək evə qayıdırdıq. Kəndin girəcəyinə yaxınlaşanda qonşumuz Tutu əmicanımın “ Allah sən özün kömək ol! Ermənilər gəlir.” Qışqırtısı bizi güldürdü. Biz dönüb oyana-buyana baxaraq “bu erməni hanı ki, biz görmürük?”- deyə təkrar güldük və kəndin mərkəzinə getdik. Məlum oldu ki, 8-10 maşında əli silahlı erməni bizdən cəmi 2-3 km aşağıda olan Lök kəndinə gələrək əhaliyə 1 gün vaxt veriblər ki, kəndi və rayonu tərk etsinlər.

Rayon rəhbərliyi də sədrlərə zəng edərək tələb ediblər ki, çıxın, əks təqdirdə təhlükəsizliyə heç cürə zəmanət verə bilməyəcəyik. Köçün qaçılmaz olduğunu anlayan kənd camaatı Mehri dəmiryol stansiyasına axışdı. Əlbəttə ilk növbədə qadınlar, uşaqlar və qocalar daşınırdı. Biz çətin vəziyətdə qalmışdıq. Çünki kənddə 2 kolxoz maşını və 2 minik maşını bizdən kifayət qədər uzaqda olan dəmiryol stansiyasına əşyalarımızı daşınmağa bəs eləmirdi. Bizim ümüdümüz yalnız Hafizin əmisi Manaf məllimə qalırdı. Oda demişdi ki, öz ailəsini Mehridə təhlükəsiz yerə apardıqdan sonra qayıdıb onlarıda aparacaq. Hafizin atası Əmrah dayı keçi otarma növbəsinə getdiyindən heçnədən xəbəri yox idi. Mən təklif ettim ki, mən xalamla qalıb Əmrah dayını gözləyim. Hafizdə həyat yoldaşını uşaqları və bacılarını stansiyaya aparsın. Lakin nə xalam, nə də Hafiz bu təklifə qəti razı olmadılar. Bir qədər çək-çevirdən sonra xalam dedi ki, məni istəyirsənsə uşaqları götür Azərbaycana apar. Bizdə burda başımıza bir çarə qılarıq. Mən istəməsəmdə onların təklifi ilə razılaşdım və öz evimizdən heçnə götürmədən qapıları qıfıllayıb, açarları götürdüm (o açarları hələdə saxalyıram). Baxmayaraq ki, bizimlə qonşu olan Qafan rayonunun müsəlman əhalisini zülümlə hələ 6-7 ay əvvəl ermənilər qovmuşdular. Mən sadəlövcəsinə düşünürdüm ki, Sovet hakimiyəti ölməyib ki, bir qrup erməni öz bildiyini etsin. Vəziyyətin tezliklə düzələcəyi inam hissi ilə mən hətta sənədləri götürmədim, əslində heç götürə də bilməzdim.

Artıq gün batmışdı və qaranlıq düşmüşdü. Biz Hafiz ilə dağ yolları ilə yola düşməyi müzakirə edirdik. Bu olduqca çətin məsələ idi. 2 körpə və 3 qadınla dağ yolları ilə gecə vaxdı yolu-izi tanımadan bu risqə getmək ən azı ağılsızlıq olardı. Biz qərara gəldik ki, Əmrah dayını gözləyək. Çoxdan gəlməli olsada, hələdə gəlməyən Əmrah dayının nigarançılğı bir tərəfdən bizi üzürdü. Artıq tam qaranlıq düşmüşdü ki, Manaf məllim özünü çatdırdı və tələsik bizi götürüb dəmiryol stansiyasına yollandı. Bilmirəm onu tanıdıqlarına görə ya nəyəsə 2-3 yerdə rastlaşdığımız ermənilər bizi saxlamadılar. Sonra eşitdim ki, bizdən sonra gələnləri incidərək bıraxıblar. Üz-gözündən yorğunluq yağan Manaf məllim bizi Kürə düzü deyilən yerdə yerləşən stansiyada düşürüb geri qayıtdı. Biz az sonra Mehridə yaşayan (səhv etmirəmsə Şamxal idi adı) bir qardaş da anasını, həyat yoldaşı və 2 uşağını gətirib mənə əmanət etdi ki, bunlara Mincivana çatdır, orada oları qarşılayacaqlar.

Mən zabit vəsiqəmi stansiya növbətçisi olan erməniyə göstərib, məni Mincivanla telefonla calaşdırmasını tələb etdim. Dilimizdə yaxşı danışan növbətçi əlaqə yaratdı. Mən Mincivan səlahiyyətlisinin dəqiqləşdirici suallarına cavab verəndən sonra o bildirdi ki, gözləyin “drezin” göndərəcəm. Artıq göz-gözü görmürdü. Bu zaman bir yük maşını Nüvədi kəndi tərəfdən gəlib stansiyadan 50-60 m hündürlükdəki maşın yolunda işıqlarını söndürmədən dayandı və oradan ermənicə danışıq səsləri gəlməyə başladı. Mən növbəti dəfə “drezinin” nə vaxt gələcəyini bilmək üçün növbətçiyə yaxınlaşanda o mənə dedi:

- Kirvə pis başa düşmə yaxşı olar ki, sən özününkiləri bir 150-200 m tünelə tərəf aparasan. O yuxarıdakılar bura gələ bilərlər. Mən bu fikirlə razılaşdım, çünki orada heç olmasa gizlənmək olardı. Qadınları tünelə tərəf aparıb, çuxur bir yerdə qoydum və tapşırdım ki, əl altına biraz daş yığsınlar. Dedim siz sakitcə burda gözləyin məndə yenə gedim görüm təzə nə xəbər var. Artıq Mincivanla özüm danışırdım. Bildirdilər ki, gözləyin “drezin” yoldadır. Artıq saat gecə 12-yə işləyirdi. Şosse yolunda ki, maşın getmişdi. Mən isə mümkün müdafiyə variantlarını fikirləşə-fikirləşə yanımdakıları sakitləşdirməyə çalışırdım. Gecə yarısı saat 3-ə qalmış “drezin” gəldi. Oradan biri mənə dedi ki, siz burada gözləyin biz stansiya tərəfə gedib yolun vəziyyətinə baxıb gəlirik. Onların geri qayıtması çox çəkdi, həmdə o istiqamətdə səs-küy eşidilirdi. Bu da bizi təşvişə salırdı. Nəhayət, saat 4-ə qalmış “drezin” qayıtdı ancaq üstündə o qədər adam var idi ki, hətta pillələrdə də duranlar var idi. Biz bir təhər uşaqları və qadınları güc-bəla ilə ora yerləşdirdik. Mən axırda pillədə ayağımın birinə güclə yer eliyə bildim. Hava onsuzda soyuq idi və səhər soyuğu isə lap güclənmişdi. Ona görə də mən yaxası-başı açıq ayaqlarımı tez-tez dəyişərək birtəhər Mincivana gəlib çatdım. Mincivan stansiyası sanki bir miting meydanına bənzəyirdi. Qafan və Mehridən gələnlərlə heç kim maraqlanmırdı. Komendant və ya hər hansı bir səlahiyətli şəxsi tapmağa gedərkən əmim nəvəsi ilə qarşılaşdım. O rayonda milis nəfəri işləyirdi və ailəsi ilə bacılarını Mincivanadək gətirmişdi. Lakin buradan oyana əsgərlərlə bütün giriş çıxışı bağlamış ruslar Bakı istiqamətinə heç kimi buraxmırdılar. Mənim pulumda çox az idi buna görədə bizim orada qalmağımız mümkün deyildi. Biz qadınları və uşaqları onun tanışının evində yerləşdirib çıxış yolu axtarırdıq. Mən nəhayət ki, yüksək vəzifəli şəxslə danışmağa nail oldum. O dedi ki, mən heçnə edə bilməyəcəm, çenki, bütün ixtiyar şəhər komendantı olan rus polkovnikindədir. Uzun çək-çevirdən sonra bizi Bakıya bıraxmağa icazə verdilər. Mən özümünkiləri Bakıdakı evimə gətirdim və ikinci maşına Əhmədliyə qədər müşayiət elədim. Sonuncu yadıma gələn gecə metro ilə gəlməyim oldu. Və mən birdə 4-5 gündən sonra sağaldım. Artıq bizim qohumların hamısı Azərbaycana gəlməyə nail olmuşdular. O zamandan sonra mənim qüdrətli saydığım imperiya öz puçluğu ilə mənim bütün iç dünyamı alt-üst etdi. Mən artıq 3-cü dəfə raport yazaraq cəbhəyə göndərilməyimi tələb etsəmdə, hələ gözləyin deyirdiпукш вlər. Bir gün yaxınlıqda yerləşən Daxili Qoşunların mühafizə alayına xidmətlə bağlı sənəd aparmışdım alay müavini ilə söhbət əsnasında mənə dedi ki, nə orada oturmusuz? Bizdə zabit çatışmamazlığı var. Dedim ki, mən cəhd etmişəm, alınmır. Dedi ki, indi raport yazarsanmı? Dimməzcə stolun üstündəki, boş vərəqi götürüb hərbi hissəyə köçürülməm barədə raport yazaraq ona verdim. 

- Əgər bacarırsınızsa köçürün məni - dedim. Təxminən bir aydan sonra mən həmin alayda xidmətimi davam etdirməyə başladım. 1993-cü ilin iyun ayında Daxili Qoşunların yığma batalyonunun komisarı kimi cəbhəyə yollandım. Çox təəssüf ki, mənim cəbhə fəaliyyətim uzun sürmədi. Batalyon komandirinin təcrübəsizliyi və özünə yersiz güvənməyi 6-7 nəfər əsgərin yaralanmasına və bir neçə nəfərin ölümünə səbəb oldu. İdarəetmədəki pərakəndəlik, silah-sursat çatışmamazlığı, ən əsası isə vahid komandanlığın olmaması öz acı nəticələrini verdi. Bu yazı mənim ömür yolumun qısa bir dövrünü əhatə edir. Çətin uşaqlığımın, yeniyetməliyimi və sonrakı yaşadıqlarımı qələmə almağımı heç kimə maraqlı olmayacağını düşünərək yuxarıdakıları yazmağı lazım bildim. Erməni vəhşiliyindən yazarkən mən atamın əmisi Bəşirin dostu ilə birlikdə 1920-ci ilin əvvəllərində bir satqınımız sayəsində doğranaraq öldürülməsindən, babamın qaçqınlıq dövründə xalçaları və ev əşyalarını qatırlarla aparmaq istərkən ermənilərin təhdidi ilə hər şeyi yerə töküb qaçmalarından, ana nənəmin az qala erməninin əlinə keçəcəyindən, mübahisə zəminində Buğus adlı erməninin başının qoyun kimi kəsilməsindən və.s kimi hadisələrdən bəs eləmədim. Çünki, belə hadisələr barədə minlərlə faktlar olub. Lakin, bizim xalqın unutqanlığı və bir çox xoşagəlməz meyilləri belə faciələrin bir daha təkrar olunmayacağına zəmanət verməyəcəyini düşünürəm...