Əhalisi

Kənddə müxtəlif illərdə əhali yalnız azərbaycanlılardan ibarət və sayı aşağıdakı kimi olmuşdur:

  • 1831 – 18 nəfər
  • 1873 – 123 nəfər
  • 1886 – 174 nəfər
  • 1897 – 193 nəfər
  • 1904 – 951 nəfər

1918-ci il faciəsi

1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuş, kəndə ermənilər yerləşdirilmişdir.

Geri dönüş

Sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.

Daha sonrakı illərdə əhali sayı belə dəyişmişdir:

  • 1922 – 28 nəfər
  • 1926 – 72 nəfər
  • 1931 – 98 nəfər
  • 1939 – 134 nəfər
  • 1959 – 161 nəfər
  • 1970 – 179 nəfər
  • 1979 – 178 nəfər
  • 1987 – 198 nəfər yalnız azərbaycanlılar olmuşdular

1988-ci ilin deportasiyası

1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar