Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar

Maralzəmi kəndinin toponimləri

Mığrı (Meğri) rayonunun Maralzəmi kəndi və onun ətrafı minilliklər boyu azərbaycanlıların yaşadığı ərazilərdən biri olmuşdur. Bu yerlərin hər biri tarixi yaddaşımızın bir parçasıdır. Burada azərbaycanlılar əsrlər boyunca məskunlaşmış, nəsillər dəyişmiş, təsərrüfat qurmuş, kənd təsərrüfatı ilə məşğul olmuş və öz adət-ənənələrini, mədəniyyətlərini inkişaf etdirmişlər.

Bu torpaqların hər daşı, hər qayası tariximizin izlərini daşıyır. Maralzəmi kəndinin ətrafındakı yer adları – Lök, Ağılgüz, Xumaran, Tuğut, Məgi, Dərəarası, Qaladaşı, Quşyuvası, Toxmaxtəpə, Kəkilli pir, Seyid məhləsi, Xudayar çeşməsi və yüzlərlə digər toponim – burada azərbaycanlıların qədimdən bəri yaşadığını açıq şəkildə sübut edir.

1988-ci ildə azərbaycanlıların bu torpaqlardan məcburi deportasiyası nəticəsində onların doğma yurdları boşaldılmış, lakin bu ərazilərin adları hələ də onların varlığını və burada dərin köklərə malik olduqlarını göstərir.


Maralzəmi kəndinin yer adları - toponimlər:

Lök, Ağılgüz, Xumaran, Tuğut, Məgi, Dərəarası, Bəddəzəmi, Xıbır, Sulutərə, Düz, Qaladaşı, Aşağıkənd, Məhəmmədəli daşı, Çeşmələr, Püşgahın yolayrımı, Püşgah, Yeprim, Lişgivaz, Kaftaran dərə, Dəlikdaş, Şişdaş, Salam təpəsi, Şırşır, Buğukar, Qanlızəmi, Quşyuvası, Toxmaxtəpə, Kəkilli pir, Tey, Xırman yeri, Səlimölən mağara, Gürcü şamı, Dib cəvizlər, Gulvarın cəvizi, Dadaşın bağı, Abdunun yeri, Ara kəfşən, Balıq gölü, Şəmilin yeri, Salmanın çeşməsi, Göləy, Qurbağa gölü, Qarasu, Lökün səhmanı, Şor dərə, Ondoqquzun yanı, Zeyvə, Tahirin çeşməsi, Tahirin şamı, Gurum, Cəvizlik, Daşqora, Soğanlıq, Lök arxı, Lök arxının dəhnəsi, Qaranın yeri, Əlinin yeri, Qulunun yeri, Müzəfərin yeri, Əriklik, Halnənənin armudu, İslamın şarlığı, Səfər yeri, Dəyirman yanı, Xiyarlıq, Səfərin bağı, Vadakaçka, Çeşmədərə, Dəhnə, Sultan dərəsi, Ağ zəmi, Cəbi dərəsi, Seyid məhləsi, Xudayar çeşməsi, Abdunun kalavatı, Mağara, Turşehli dərə, Sarıyarğan, Buruxlu güney, Tək ardıc, Göy təpə, Bənd, Qəribazay meşəsi, Qəribazay çeşməsi, Zəmi yerləri, Şəkərəli çeşməsi, Seyidəhməd çeşməsi, Palangurən, Səbət keçməz, Mis qalıqları, Qəbirsanlıq, Əmirlərin diki, Tülkü yuvaları, Zoğallı dərə, Misgər dərəsi, Misgərlər, Fındıqlı dərə, Aretlər, Uzun zəmi, Mülüşü, Mülüşü suyu, Taxta körpü, İkinci körpü, Qul, Qul çayı, Binəher, Çəritgə daşı, Tağəmir, Bazdaran, Sofu güneyi, Cəhənnəm dərə, Sağın yeri, Bədəlin quyuları, Top, Şuləngəz, Gülşah daşı, Dik, Gurden, Kazım meşəsi, Kazım çeşməsi, Yuxarı kənd, Kənd qabağı, Xırman, Xaçer çeşməsi, Beynən dərə, Kəməri daşı, Cəfərin çeşməsi, Qaranın çeşməsi, Qurbanəlinin çeşməsi, Səfər çeşməsi, Xan zəmisi, Qara zəmi, Kalavuran piri, Bil dərə, Mollalı dərə, Arağa dərə, Bəy xırmanı, Almalıq, Gözə, Duzlağ, Şırşır vanna, Çuler, Qarabaşlar yeri, Bəy çeşməsi, Göhrəmgir daşı, Xəstə dərə, Xəllərgə, Tarqulu, Ələngəz.