İdarəetmə orqanı

Mətləb Qəzənfər oğlu Rəhimli

Meğri (Mığrı) rayonunun Maralzəmi kənd icmasının sədri

09.11.1958-ci il tarixində Meğri (Mığrı) rayonunun Maralzəmi kəndində anadan olmuşdur.

1966-cı il tarxində Maralzəmi kənd ibtidai məktəbinə gedib, 1976-cı ildə Lök (Vartanizor) kənd orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Politexnik İnstituna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur.

1981-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kosmik Tədqiqatlarının Elmi İstehsalat Birliyində mühəndis, mühəndis-konstruktor vəzifələrində çalışmışdır.

1992-ci ildən Azərbaycan Dəmir Yollarında mühəndis, sex rəisi, təlimatçı, Kadrlar şöbəsinin rəisi və İnsan Resursları şöbəsinin rəisi vəzfələrində işləmişdir. Hal-hazırda həmin müəssisədə aparıcı mühəndis vəzifəsində işləyir. Ailəlidir, bir övladı var.