Aldərə və yaxud Əli damı kimi tanınan bu qədim azərbaycanlı kəndi Meğri şəhərindən 12 km cənub-şərqdə Araz çayının sol sahilində , Bakı -İrəvan dəmir yolundan 3 km şimalda yerləşir .Zəngəzur ərazisində mövcud olan toponimlər ,bu ərazinin yerli əhalisi tərəfindən verilən yer adları,yaşayış məkanlarının adları e.ə.714-cü ilə aid Aşşur və Urartu mixi yazılarında Meğri ,Qafan və Gorusun adları çəkilir.
Onlar e.ə.IX – VI əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş qədim Manna dövlətinin şəhərləri kimi qeyd olunur.Meğri ərazisi aşşurlar tərəfindən Ardıclar ölkəsi adlandırılır. “Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə (Tərtib və tərcümə edəni,ön sözün və şəhrlərin müəllifi S.Qaşqay) Aldərə kəndi bu ərazinin ən qədim yaşayış məskənlərindən biridir.
Hər iki tərəfdən hündür Hocal və Müşkastın dağları iləvə ətrafı başdan-başa meyvə bağları ilə əhatə olunmuşdur.Aldərə kəndinin adına IX- XIII əsrlərə aid ərəb,XIV-XVI əsrlərə fars, XVII-XVIII əsrlərə aid türk ,XIX- XX- ci əsrin əvvəlinə aid rus dilli mənbələrdə rast gəlinir və onun daxil olduğu Zəngəzur mahalının Hülakülər dövründə Naxçıvan tüməninə ( vilayətinə)daxil olduğu göstərilir.( V.Piriyev.Azərbaycan XIII- XIV əsrlərdə.Bakı 2003) Zəngəzur mahalı XV əsrdə Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində olmuşdur.1501- ci ildən 1736- ilədək bu mahal Azərbaycan Səfəvilər dövlətinin hərbi – strateji əhəmiyyət kəsb edən ərazisi idi.
Bu ərazidən Qərb istiqamətində Araz çayının hər iki sahili boyunca ticarət yolları keçirdi.XVII əsrin 2- ci yarısında Zəngəzurun Qərb hissəsi Naxçıvan,Şərq hissəsi Qarabağ və Qarabağ xanlıqlarının tərkibində olmuşdur.XVIII əsrin sonu XIX əsrin əvvəllərində Zəngəzur ərazisi Qarabağ xanlığının tərkibinə daxil edilmişdir.1593- cü ilə aid Osmanlı Türkiyəsi dövlət məmurlarının tərtib etdikləri İstanbul icma dəftərində Aldərə kəndi ilə yanaşı onun ətrafında yerləşən azərbaycanlıların yaşadıqları Paygey, Abgəs, Tas, İyis, Kürdəzir, Dırbıstan, Digay, Süngülan, Əlvana, Kəleybər Mərziyit kimi yalnız xarabalıqları qalan kəndlərin adları da qeyd olmuşdur.Bu kəndlərin əıksəriyyəti 1514-1639-cu illər Osmanlı , Səfəvi 1804-1813 və 1826- 1828- ci illər Qacarlar dövləti və Çar Rusiyası arasında müharibələri zamanı, 1918-1920- ci illərdə erməni quldur dəstələri tərəfindən dağıdılmış, Sovet hakimiyyəti illərində isə ləğv edilmişdir.
1813- cü il Gülüstan və 1828- ci il Türkmənçay müqavilələri Qacarlar dövləti və Çar Rusiyası arasında imzalandıqdan sonra Araz çayı sərhəd seçildiyi üçün Aldərə kəndi Zəngəzur mahalının son sərhəd kəndlərindən biri kimi çar Rusiyasının tərkibinə daxil edilmişdir.Mahalın qədim kəndlərindən biri olan Aldərə kəndinə 1831-ci ildə 131 nəfər . 1873- cü ildə 911- nəfər ,1886- cı ildə ,1077 nəfər ,1897- ci ildə 1094 nəfər,1914 -cü oildə 1987 nəfər yaşamışdır.Rayonun ən iri kəndlərindən biri olan Aldərə kəndi də cəllad Andranikin qəzəbinə düçar oldu.Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918- ci il 745 nömrəli raporunda Aldərə kəndinin dağıdılması belə təsvir edilir.” Qonşu kəndin erməniləri müsəlman kəndləri olan Aldərə , Mərziyit və Tuğut kənlərini dağıtmış və yandırımışlar.”( Azərbaycan SSR EA Xəbərləri , №4,1989, s.1988).
Beləliklə 2000 nəfərə yaxın əhalisi olan kənd dağıdılıb yandırılıb və əhalisinin salamat qalan hissəsi müxtəlif qonşu vilayətlərə qəzalara qovuldu.Bir neçə il kənd sahibsiz qalaraq xarabalıqlara çevlikdən sonra 1926- cı ildə kəndin əhalisinin təqribən 1/5 ,yəni 414 nəfəri öz dogma kəndinə qayıtmış, 1931- ildə kəndə qayıdanların sayı 490 nəfərə çatmışdır.1930- cu illərdə kənd bərpa olunmuş, yeni bir və iki mərtəbəli yaşayış binaları tikilmişdir.Ciddi milli ayrı seçkiliyə baxmayaraq kolxoz təşkil edilmiş, orta məktəb açılmış, mədəniyyət evi ,klub, kitabxana , tibb məntəqəsi ,doğum evi və uşaq baxçası təşkil olunmuşdur.
Qaçqınlıqdan sonra kənd əhalisinin artım dinamikası belə olmuşdur.1959- cu ildə 601, 1970- ci ildə 831 , 1979- cu ildə 784 nəfər təşkil etmişdir.70 il ərzində əldə edilmiş nailiyyətlər kənd əhalisinin isti ocağı hökümət səviyyəsində rayon partiya , sovet, və inzibati orqanların bilavasitə rəhbərliyi ilə erməni millətçilərinin əli ilə söndürüldü.
Onların bütün mülkiyyəti əlindən alınıb bir həftə ərzində 1988- ci il noyabr ayının 23- dən 30- dək qovulmuşlar.Kolxozun milyon manatlarla hesablanan bütün mülkiyyəti ,maşın- traktor parkları ,bağları,hazır məhsulları və s.ermənilərə qalmışdır.Qaçqınlıqdan 36 il keçsədə, hələdə itkilərin ödənilməsi haqqında qaldırılan iddialara baxılmamışdır.Kəndin əhalisi Azərbaycan Respulikasınınpaytaxtı Bakı şəhərinin müxtəlif rayonlarına səpələnmişdir.Qədim tarixə malik olan kənddə IX– XIXyüzilliklərə aid çoxlu tarixi abidələrin,xristian qıpçaq kilsələrinin,qala və məscidlərin qalıqları vardır.Kəndi əhatə edən ərazilərin toponomikasına nəzər saldıqda burada ən qədim dövürlərdən azərbaycanlıların ( Oğuz türklərinin)yaşadığı məlum olur.Qədim kəndlərin ,dağ və təpələrin adları bu ərazilərin qədim türk tayfalarına məxsus olduğunu təsdiq edir.
XIX-XX əsrlərdə Aldərə kəndində dünyəvi məktəblərin açılması nəticəsində buradan çoxlu məhşur Azərbaycan ziyalıları çıxmışdır.Onların içərisində alimlər,mühəndislər və dövlət xadimləri vardır.