Lök – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzindən 56 km şimal-şərqdə, Mehri çayının aşağı axınının sol sahilində, dəniz səviyyəsindən Aşağı Lök 1053-1160 metr, Yuxarı Lök 1950 metr yüksəklikdə yerləşir. Aşağı Lök kəndi Araz çayının sol sahilindən 14 km uzadlıqda məsafədə yerləşir. Lök kəndi aranı Aşağı Lök və yaylağı Yuxarı Lökdən ibarət olmuşdur.
Coğrafi koordinatları:38°58′ şm. e., 46°12′ ş. u.
1831-ci ildə kənddə 136, 1873-cü ildə 316, 1886-cı ildə 480, 1897-ci ildə 506, 1914-cü ildə 1053 nəfər əhali yaşamışdır.
1918-ci ildə Andranikin quldur daşnak dəstəsi Zəngəzura hücum edərkən yeddi müsəlman kəndinin əhalisi Əldərə, Leyvaz, Maralzəmi (Seyidlər), Mülk, Buğakər, Tey və Lök kəndlərinin əhalisi düşməndən müdafiyə olunmaq üçün Yuxar Lök kəndinə toplaşmışlar və müdafiyə səngərləri qurublarmış. Lakin, bu qarşıdurmada müsəlman əhalıdə sadə dayandoldurum silahlar olduğu halda, düşmən tərəf erməni quldur dəstələri rus, ingilis, fransız, amerika tərəfindən bəxşiş esilmiş ağır silahlarla-top, plemyot və sair silahlarla təchiz olunmuş vəziyyətdə müsəlmanlar-türklər (azərbaycanlılar) məğlub olmuşlar. Əliyalın camaat qadın, uşaq, qoca əhali müdafiyə səngərinin yarıldığını, müdafiyə dəsdəsinin başçısı Mir Mahmud ağanın vurulduğunu eşidib ev-eşiyindən dağa- dərəyə qaçıblar. Azərbaycanlıların qanına susamış ermənilər heç bir kəsə rəhm etmədən qaçan əlsiz-ayaqsız camaatı müxtəlif üsullarla qurumuş taxıl və ot zəmilərinə od vurmaqla, silahların süngü və qundağı ilə, qızdırılmış şişlərlə, xəncərlərlə, son dərəcə ağır işgəncələrlə qətlə yetirmişlər.Qırğınlardan canını qurtarmış əliyalın camaat Arazı keçib cənubu Azərbaycana, Zəngilana, Ağdama Bakiya pərən-pərən düşmüşlər. Bu qətliyam nəticəsində ən azı Aşağ Lök kəndində 100, Yuxarı Lök kəndində isə 60 evi dağıtmış və 200 nəfərdən çox əhalini qətlə yetirmişlər. Kənd ermənilər tərəfindən qarət edilir. Viran edilmiş Lök kəndi dörd ildən çöx sahibsiz qalmış, xarabalığa çevrilmişdir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Azərbaycandan alınıb yerli türk əhalinin heç bir rəyi olmadan Sovetlər Rusiyası tərəfindən qeyri qanuni Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra tədricən rayonunun azərbaycanlı kəndlərinin əhalisi öz doğma yurdlarına qayıtmağa başlamışdır. Lök kəndinin 1053 nəfər əhalisindən 1922-ci ildə cəmi 177 nəfəri qayıtmışdır. Kəndə qayıdan kəndlilər viran qalmış kəndii bərpa etmiş. Əhalı min bir əziyyətlə yaşayış evlərini, tövlələrini, hər kəsə məxsus dədə-baba torpaqlarını bərpa etmişlər. 1926-cı ildə onların sayı 187, 1931-ci ildə 243 nəfərə çatmışdır. 1930-cu illərdə Sovet hökümətində kolxoz quruluşu olarkən kəndlilərin torpaqları, malı-heyvanı toplanaraq kolxozda birləşdirilmişdir. Kənd əsasən bağçılı, tərəvəzçilik, taxılçılıq, heyvandarlıqla məşğul olmuşdur. 1937-1940 cı illərdə Lök əhalisi də represiyaya məruz qalmış haqsız yerə əhali əziyyət çəkmişdir. 1941-1945-ci il Böyük Vətən müharibəsində kəndin əli silah tutan kişiləri müharibəyə aparılmış coxu həlak olmuş, qayıdanların əksəriyyət əlil olmuşdur. Əvəz Cavadov və Əli Səfərov hətda Berlinə qədər vuruşmuşlar. Arxa cəbhədə qalan kənlilər xəstəlikdən, aclıqdan çox əziyyət çəkmiş əksər kişilər ölmüşlər.
1948-1950-ci illərdə Qərbi Azərbaycanlılar Sovet rəhbərliyində vəzifə tutan, türk qanına susamış hiyləgər erməni Mikoyanın planı ilə bir daha Sovetlər birliyinin başçısı Stalinin qərari ilə deportasiyasa məruz qalmışlar. Belə ki, yerli azərbaycanlılar öz ata-baba yurdlarından dağlı-dərəli, çaylı-çeşməli, gözəl hava şəraiti olan yerlərdən, Azərbaycannın isti, səhra, quraqlıq Mil-Muğan çöllərinə məcburan yük vaqonları ilə demək olar ki sürgün edilmişlər. Köçürülmüş əhali köçürüldüyü heç bir yaşam şəraiti olmayan əraziyə uyğunlaşmaq üçün çox əziyyətlərlə üzləşmişlər, dözə bilmədiyindən ölmüşlər. Köçürülən azərbaycanlı əhalinin yerinə Car Rusiyası imperiyası ənanələrinə sadiq qalan Sovet rusiyası ermənilərin sayını çoxaltmaq, azərbaycanlıların sayını azaltmaq üçün xarici ölkələrdən erməniləri yerləşdirmişlər.
Bu çətinliklərə baxmayaraq Sovet höküməti illərində demək olar ki, hamıya təhsil verilmişdir. Kimisi ibtidai, kimisi orta və kimisi ali təhsil almışdırş. Kənd məktəbi Əmirxan Hüseyinov, İsrafil Məmmədov, Ulduz Məmmədov, Cavad Cavadöv kimi alimlər, Azər Abdulla kimi şair, nasır və Siyahıda olan ali təhsilli mütəxəsislər yetişdirmişdir.
Lök kəndinin kolxozu Leninin adına qoyulmuşdur. Qabaqcıl kolxoz olduğundan bir çox illər keçici bayrağa layıq görülmüşdür. Əhalisi həddindən çox sovet qanunlarına etibar edir və əməl edirdilər.
1988-ci ildə kənddə 90 ev var idi, 600 nəfər azərbaycanlı əhali yaşayırdı. 1988-ci ilin noyabrında ermənilər rayonun partiya, sovet və inzibati orqanlarının gözü qarşısında məqsədli şəkildə erməni quldur dəstələrinin zorakılıqla həyata keçirdikləri cəza tədbirləri ilə kəndin əhalisini, uşaqlara, qadınlara, qocalara məhəl qoymadan iki gün ərzində 22-23 noyabırda ev eşiyindən didərgin deşməyə məcbur etmişlər. Elindən, obasından, evindən, eşiyindən qaçqın düşmüş əhalı İlk olaraq Nüvədi kəndinə, Zəngilan, Sabirabad, Ordubad rayonlarına sığınmış, sonra isə Azərbaycanın müxtəlif kənd və şəhərlərinə dağılışmışlar. Yerindən-yurdundan qaçqın düşmüş əhalinin əksər hissəsi vətən həsrəti ilə dünyasını dəyişmişdir. Lökə bağlı, əlaqəli əhali günü bu gün də doğma kəndlərinə qayıtmaq istəyindədir.
Kəndin tarixi adı Lök olmağına baxmayaraq, kəndin adına da müdaxilə etmişdirlər.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 18 iyun 1960-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Vartanidzor” tərcüməsi “Vərtən dərəsi” adlandırılmışdır. Çox təzadlı bir qərar belə ki, kənddə tarix boyu heç bir erməni yaşamadığı halda bu Vərtənin dərəsi hardan gəlib kəndin adına qoyulmuşdur? Şimali Azərbaycanı Çar Rusiyası tərəfindən 1828-ci ildə işğal etdikdən sonra Rusiya imperiyasını idarə etmək üçün etibar etdiyi din qardaşlarını, erməniləri bizim ərazilərə köçürmüş və dövlət vəzifələrinə qoymuşlar. Çar Rusiyasının ərazisində iqtisadiyyatını öyrənmək üçün 1874-cü ildə Arutunov adlı erməni tərəfindən“ Zəngəzur qəzasının kameral təsviri” (tərcümə və tərtib edən Nəzir Əhmədli) adı ilə kəndlər, əhalisi və əkin sahələri siyahıya alınanda (səh. 177-183) kəndin adını I Vərtənəzur və II Vərtənəzur kimi qeyd etmişdir. Hansı ki, kəndin inzibati ərazisində heç bir nə yer adı, nə də erməni toponiminə rast gəlmək olmur.
Kənd ərazisindəki yer adları;
Daşlı yoxuş, Əmrəkar kəndi, Əzizin çeşməsi, Əmrəkər dərəsi, Sarı gədik, Məşkurun dərəsi, Əlibalanın dərəsi, Nəcəfxan dərəsi, Nəcəfxan qayası, ikiqulaq daşı,Xərəbələr, Almalıq, Şamlıq, Dəşdivan təpəsi, Geylər, Püşkah, Mevli dərə, Gen dərə, Məhəmmədəli daşı, İlan daşı, Güneyin dağı, Ağılgüz,Xırda meşə, Dəhnə, Dəhnənin daşı, İsti çeşmə, Topulqalıq, Soyuq, Qaraquş daşı, Xumaran, Bəddəzəmi, Gəvənlik,Qeyrixan damları, Bəşirin kalafatı, Alçalıq, Məgi, Tuğut, Yanıq dağı, Qala daşı, Xıdır, Çınqılın meşəsi, İmam əli adaşı, Aşağı cay, 1, 2,3 -cü şırşirlar“ Bərəhellər, Novlu çeşmə, Top dağı, Seyid Əhməd çeşməsi, Palangirən yoxuşu, Selinti, Tarqulu yaylağı, Ələngəz dağı, Soyuq dağı,Gürşaha daşı, Səfiyar çeşməsi, Mülüşü,Qərbazay meşəsi, Qoruq dağı, Qazi kəfşəni, Murad çiməni, Kəsbər çeşməsi, Nigarın zəmisi, Qızıldaş Gürşaha dağı, Kənd gədiyi, Dərə arası, Pageh dağı, Pişik daşı, qonşu kəndləri Lehvaz, Maralzəmi, Mülk Buğakər və sairən. Bütün dağların , daşların,təpələrin,dərələrin adları türk adlarıdır. Yer adları dağlar , daşlar, dərələr də tarixi şahidlik edir ki, Vartanizor adı erməni saxtakarlığı ilə Lök kəndinin adına yazılmışdır. Bu saxtakarlığı ermənilər bütün Qərbi Azərbaycan ərazisində etmişlər. Misal üçün qonşu Maralzəmi kəndini adını 1988-ci ilin dekabr ayında qaçqınlıqdan heç bir ay keçməmiş “Tıxkot” adı ilə dəyişdirmişlər.
Hal hazırda Lök kəndi Vartanidzor kəndi adı ilə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yazılan tarix Lök kəndinin Şimali Azərbaycanın Ruslar tərəfindən işğala məruz qaldıqdan sonra ruslar və ermənilər tərəfindən yazılmış tarixdir. Zəngəzur ərazisi “İpək yolu” üzərində olduğu üçün, gördürümüz indiki dövürdə də beynəlxalq aləmdə aktualı kimi, tarixən çox strateji əhəmiyyətə malik bir ərazidir. Vaxtı ilə islamdan qabaq Qafqaz Albaniyası ərazisi olub yerli türk xalqları alban xristiyan dininə sitayiş edirlərmiş. Bunun bariz Lök kəndinin ərazisində olan Tuğut kilisəsini göstərmək olar. Tuğut kilisəsi ermənilər üçün müqəddəs sayılmırdı, hətda onlar qızıl axtarmaq məqsədi ilə kilisənin təməlini qazmış, divarlarını sökmüşdülər. Ermənilərdən fərqli olaraq, yerli türk əhali neçə min illərlə orada yaşamağına baxmayaraq sitayiş etməsə də öz tarixinə hörmət edərək və allah evi sayıldığından heç bir daşına da əl vurmamışdır. Vandal, heç bir mədəniyyətə hörmət qoymayan ermənilər kimi oranı təhqir etməmiş mal-heyvanın ora girməsinə, yığılmasına imkan verməmişdir.
Zəngəzur ərazisi Lök kəndi də daxil ərəb istilasına qarşı xürrəmilər hərəkatının (Pirdavidan kəndi- yəni Cavidanın ziyarətgah qəbri ) mərkəzi ərazisinə aiddir. O dövürdə bu ərazilər ermənilərin tariximizdə mənimsədi hal hazırdakı adı ilə Sunik adlandırılmışdır. Xürrəmilərin qalası, Babəkin qalası Bərz qalası Təbriz yaxınlıqdadır. Təbrizdə, ərazi siyasi baxımından bizdən uzaq görünsə də coğrafi baxımdan Meğridən 30-40 km yaxınlıqdadır.
Zəngəzur yəni Zəngi dərəsi zəngi türk əhalinin tarix boyu yaşadığı ərazidir. Zəngi türkləri bəşər-islmm tarixində möhtəşəm bir tarix yazmışlar. İslam xilafətini öz başına yığaraq türk, ərəb, kürd, fars müsəlmanları birləşdirərək Əyyubilər dövləti yaratmışlar. Səlahəddin Əyyubi (Qüds fatehi) bir zəngi türküdür. Ermənilər nə qədər ərazinin adını dəyişsə də, özününküləşdirsə də sonunda yenədə tarix bu ərazinin türk torpağı olduğunu isbat edir.