Ermənilər Qərbi Zəngəzur regionunun tarixi cəhətdən zəngin ərazilərindən olan Mehri şəhərində karvansara, məscid, hamam və 100-dən çox XVII-XVIII əsrlərə aid yaşayış evlərini, inzibati binaları, ondan çox tarix və mədəniyyət abidələrini və monumental heykəltəraşlıq nümunələrini, şose və dəmiryol infrastrukturlarını tamamilə dağıdıb, yandırıb yararsız hala salıb.
Qərbi Zəngəzur regionunun tarixi cəhətdən zəngin ərazilərindən olan Mehri şəhəri, Azərbaycan mədəni-irsinin ən çox erməni vandalizminə məruz qalan ərazilərindən biridir.
Bütün tarixi dövrləri araşdıranda Mehri ərazisinin ermənilərə heç bir aidiyyatının olmadığı aydın olur. Şimali Azərbaycan ərazilərinin 1828-ci il Rusiya tərəfindən işğalına qədər ermənilərin Mehri şəhərində mövcudluqlarına, heç bir arxiv materiallarında rast gəlinmir. Azərbaycan əraziləri işğal edildikdən sonra burada ruslar tərəfindən məskunlaşdırılan ermənilər, son 100 ildə Zəngəzurun bütün ərazilərində olduğu kimi, Mehri şəhərində də mütəmadi olaraq azərbaycanlılara qarşı talanlar, qarətlər, qətllər, soyqrımlar törətdilər və şəhəri etnik təmizləməyə məruz qoydular.
Ermənistanda baş qaldıran erməni separatizimi Ermənistanın digər ərazilərində olduğu kimi, Mehri şəhərində də azərbaycanlılara aid olan hər şeyi məhv edir, dağıdır və ya mənimsəyirdilər. Şəhərdə karvansara, məscid, hamam və 100-dən çox XVII-XVIII əsrlərə aid yaşayış evlərini, inzibati binaları, ondan çox tarix və mədəniyyət abidələrini və monumental heykəltəraşlıq nümunələrinin, şose və dəmiryol infrastrukturlarını tamamilə dağıdıb, yandırıb yararsız hala saldılar. Bu gün “Mehri erməni şəhəridir” deyənlərin, bu dağıntıları nəyə görə etdiklərinin indiyədək izahını verə bilmirlər.
Sovet dövrü hər kəsin buraxılmadığı bu şəhərə, indiki Ermənistanın Azərbaycan ərazilərini işğalından sonra, digər şəhər və kəndlərindən eləcə də İrandan çoxsaylı insanlar və yük maşınları gəlməyə başladı və bir çoxları burada məskunlaşdılar.
Mehri rayonu Sovet dövrü Azərbaycanın Ermənistan üzərindən nəqliyyat dəhlizi rolunu oynayıb. Beləki 1936-cı ildə Bakıdan çıxan ilk qatar Mincivan – Culfa dəmir yolu xətti ilə Qafanın mis mədənlərinə gəldi. Bundan sonrakı dövrlərdə Bakı – İrəvan, Moskva – Naxçıvan – Tehran marşrutları ilə sərnişin və yük qatarları bu dəhliz vasitəsi ilə müntəzəm olaraq SSRİ-nin süqutuna qədər işlədi. Mincivan – Culfa dəmiryolu dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, biletlərin satışı və qatarların hərəkət cədvəlini Bakı təmin edirdi. Dəhlizin təhlükəsizliyini SSRİ Sərhəd qoşunları həyata keçirirdi. Qatarların fəaliyyəti 1991-ci ilə qədər davam etdi. 1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr qatarların hərəkətinə mane olmağa başladı. Beləki bu silahlı dəstələr sərnişinlərə xəsarət yetirir onları soyur, yüklərini əllərindən alaraq mənimsəyirdilər. Son yük qatarı bu dəhlizdən 1992-ci ildə Arazboyu keçərək öz fəaliyyətini sona çatdırdı. Naxçıvan blokadaya düşdü. Dəhlizdə hərəkət dayandırıldıqdan sonra, dəhliz boyu Azərbaycana məxsus stansiyalar və depolar qarət olunaraq yandırıldı. Xoşbəxtlikdən Mehri stansiyası öz formasını qoruyub saxlaya bildi.
Mehri dəmiryol stansiyasının qarşısında erməni millətçisi Stepan Şaumyanın büstü Sovet dövrü Azərbaycanın vəsaiti hesabına inşa edildiyinə görə, onu erməni separatçıları dağıtdılar. Halbuki Stepan Şaumyan Bolşevik Rusiyası tərəfindən Azərbaycana göndərilən ən qaniçən erməni terrorçusu idi.
Ermənilər Mehri şəhərində bütün monumental heykəllərin və qurğularn hamısını dağıdaraq yararsız hala saldılar.
Faiq İsmayılov - AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı.