Lehvaz – Azərbaycanlı kəndi. Yaşayış məntəqəsi Meğri şəhərindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Zəngəzur mahalının 1832-1833-cü illərə aid Kameral təsvirində Lehvaz kəndi ilə bağlı göstərilir ki, əhalisi islam dininə mənsubdurlar. Əkinçiliklə məşğul olurlar. 8 ailə olmaqla 15 nəfər islam dininə mənsub olanlar (azərbaycanlı) yaşamışdır. Zəngəzur qəzasının 1874-cü ilə aid Kameral təsvirində qeyd edilir ki, Lehvaz kəndində xəzinə torpaqlarında yaşayan dövlət kəndliləridir.
Onlar əkinçiliklə və maldarlıqla məşğul olurlar. Əhalisi müsəlman tatarlardır (azərbaycanlılar). Həmin dövrdə kənddə yalnız 51 tatar (azərbaycanlı) ailəsi, 116 kişi və 58 qadın yaşamışdır. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Meğri rayonunda Lehvaz adlı iki kənd olmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz. Sonralar bu kəndlər birləşdirilərək Lehvaz kəndi yaradılmışdır. Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 nəfər, 1904-cü ildə 525 nəfər, 1914-cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildən kənd erməni təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuşdur.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci ildə 171 nəfər, 1939-cu ildə 414 nəfər, 1959-cu ildə 724 nəfər, 1970-ci ildə 898 nəfər, 1979-cu ildə 1055 nəfər , 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci ilin 23 noyabr tarixində kənddə yaşamış azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kənddə indi ermənilər yaşayır.
Meğri rayonu, Lehvaz kəndinin tayfa adları:
1. Ağa bəy tayfası
2. Atıcı tayfası
3. Əsgərri tayfası
4. İmannı tayfası
5. Kələntərli tayfası
6. Məmməd bəy tayfası
7. Nəcəfqulu tayfası
8. Sultanmıratlı tayfası
9. Cavat bəy tayfası
01.08.2023-cü il tarixində Lehvaz kənd icması Kələntərov Nazim Nəriman oğlu sədr vəzifəsinə təyin olunub.
Lehvaz kənd Qadınlar Şurasının sədr olaraq Kələntərova Pakizə Nazim qızı təyin olunub.
Lehvaz kənd Gənclər Şurasının sədri – Sadıqzadə Aytən Valeh qızı.
Lehvaz kəndinin Şəhidləri:
1. Əhmədov Aydın Fərəməz oğlu (1974-1993) – Birinci Qarabağ müharibəsində şəhid olub
2. Orucov Eylaz Namaz oğlu (1962-1994) – Birinci Qarabağ müharibəsində şəhid olub
Allah bütün şəhidlərimizə rəhmət etsin.