Bizə Yeraz, yerini tərk edənlər dedilər.
Bizə qaçqın, didərgin, yazıqlar da dedilər.
Göz yumurduq çox şeylərə.
Aldılar əlimizdən yardımı,sovqatımı
Gizlin yedilər haqqımızı, payımızı.
Bizə Yeraz dedilər.
Utanırdıq paltarsız, üst-başımızdan.
Bəzən qaloşda geydik, yox idi isti geyim
Geyinirdik əynimizə toxunma sarı köynək
Bizə yazıq baxırdı hər bir ağzı göyçək.
Bizə Yeraz dedilər.
Utanıb gizlədərək, qabarlı əlimizi.
Soyuqdan don vurulmuş üzümüzü.
Səf salırdıq bəzən gedəcək yolumuzu.
Qatarından pərən düşmüş quşlar təki
Səpələndik şəhərə, kəndə, obaya
Bizə Yeraz dedilər
Gözünün İçində yoxdu vicdan qorxusu
Elimizdən-obamızdan uzaqdadı çoxusu
İsti yuva axtarırıq hər küçədə, hər tində .
Bilinmirdi yerimiz,çəkilmirdi dərdimiz.
Xəstələnib öldülər tapılmadı izimiz
Bizə uyğun gəlmədi bu yerlərin havası
Köməyə də yetmədi dərdə həkim dəvası
Bizə Yeraz dedilər.
Boynu bükük gəzirdik getdiyimiz yerlərdə
Deyilən hər söz-söhbətin tənəsinə dözürdük
Bir qarnımız ac idi, bir qarnılz tox idi.
İş tapmırdı çoxusu,olanda da iş nə iş?
Süpür, fəhlə işlə,deyirdi qarnı toxlar.
Hər gün bir vəd, bir yalan keçirikdik belə vaxt
Bizə Yeraz dedilər
Kimin rəhmi gəlirdi verirdi parça çörək
Kimisi əl tuturdu, kimsə ağız büzürdü
Bizə Yeraz deyirdi, bu şəhərin çoxusu
Bu bir həqiqət idi, bu da bir gerçək idi
Bizə Yeraz dedilər
Yaşatdırdı çoxusu bu gün Yeraz kəlməsin
Olubdur bizə ləqəb o günlərin, illərin.
Artıq qohum olmuşuq, Yeraza qız veriblər.
Eilərə gəlin köçüb elin Yeraz qızları
Doğmalaşıb söz bizə, deyirik özümüzə
Çağırada ay Yeraz dönür əzizimizə
Bizə Yeraz dedilər.