Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar

LÖK KƏNDİNİN YER ADLARI

Lök kəndi adından  və yaşadığı əhalisinə görə təmiz türk müsəlman kəndi olmuşdur. Kəndə aid ərazidə yer adları belədi;

Daşlı yoxuş, Əmrəkar kəndi, Əzizin çeşməsi, Əmrəkər dərəsi, Sarı gədik, Məşkurun dərəsi, Əlibalanın dərəsi, Nəcəfxan dərəsi, Nəcəfxan daşı, İkiqulaq daşı, Xərəbələr, Almalıq, Şamlıq, Dəyirman şamı, Dəşdivan təpəsi, Geylər, Dərəgüllük, Püşgah, Püşgaın çeşməsi, Mevli dərə, Gen dərə, Məhəmmədəli daşı, İlan daşı, Güney dağı, Ağılgüz, Xırda meşə, Dəhnə, Zoğalstan, Dəhnənin daşı, İsti çeşmə, Topulqalıq, Soyuq, Qaraquş daşı, Bəşirin kalavatı, Pirqeyibin kalavatı, Xumaran, Ağ zəmi, Daşbaşı, Şəhidlər zəmisi, Bəddəzəmi, Gəvənlik, Qeyrixan damları, Alçalıq, Məgi, Tuğut, Taxtalar, Tuğut kilisəsi (Alban kilisəsi), Biləvlik, Yanıq dağı, Qala daşı, Xıbır, Səbət keçməz, Məminin çeşməsi, Çınqılı çeşmə, Əcənəcur vannaları, Dörd bucaq meşə, Hənifin zəmiləri, Əli xanın bağları, Dolayı zəmi, İmasın torpaqları, Arxac yeri, Sulu dərə, Seyidlər məhəlləsi, Agilzəmiləri, Əlizaman dərəsi, Rus bəndi, Hasımin döngəsi, Kənd gədiyi, Dərə arası, Pageh dağı, Pışik daşı, Xəllərgə, Nüvədi dərəsi, Küdül, qonşu kəndləri Lehvaz, Maralzəmi, Mülk, Buğakər və sairən. Bütün dağların , daşların,təpələrin, dərələrin adları türk adlarıdır. Yer adları dağlar, daşlar, dərələr də tarixi şahidlik edir ki, Vartanizor adı erməni saxtakarlığı ilə Lök kəndinin adına yazılmışdır. Bu saxtakarlığı ermənilər bütün Qərbi Azərbaycan ərazisində etmişlər. Misal üçün qonşu Maralzəmi kəndini adını 1988-ci ilin dekabr ayında qaçqınlıqdan heç bir ay keçməmiş “Tıxkot” adı ilə dəyişdirmişlər.

Vaxtı ilə islamdan qabaq Qafqaz Albaniyası ərazisi olub yerli türk xalqları alban xristiyan dininə sitayiş edirlərmiş. Bunun bariz Lök kəndinin ərazisində olan Tuğut kilisəsini göstərmək olar. Tuğut kilisəsi ermənilər üçün müqəddəs sayılmırdı, hətda onlar qızıl axtarmaq məqsədi ilə (Markus adlı erməni) kilisənin təməlini qazmış, divarlarını sökmüşdülər. Ermənilərdən fərqli olaraq, yerli türk əhali neçə min illərlə orada yaşamamış Tuğut kilisəsinə sitayiş etməsə də öz tarixinə hörmət edərək və Allah evi sayıldığından heç bir daşına da əl vurmamışdır. Vandal, heç bir mədəniyyətə hörmət qoymayan ermənilər kimi oranı təhqir etməmiş mal-heyvanın ora girməsinə, yığılmasına imkan verməmişdir.

Hal-hazırda Lök kəndi Vartanidzor kəndi adı ilə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil  edilmişdir.