Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar

Lök kəndinin təbabəti və səhiyyəsi

Lök kəndi dağlar, dərələr, sağ sulu çay və bulaqlar, təmiz havalı, zəngin şəfalı bitkiləri ilə gözəl bir kənd idi. Gözəl təbiəti ilə əlaqədar kəndimizdə uzun ömürlü insanlar yaşamışlar.  Hənif baba-110, Əli baba-96, Xəlil dayı- 91, Əlixan baba-89 və s. ömür sürmüşlər.

Lök kəndində qədimdən bəri türkəçarə məlhəmlərlə insanlar müalicə olunurdu. Dağlardan, çay kənarlarından, yaylaqlardan yığılan kəkotu, itburnu, qantəpər, yarpız, solmaz çiçəyi, əleyiz, əvəlik, qatır quyruğu və digər bitkilər yay aylarında qurudulub torbalara doldurulardı. Bu bitkilər qış aylarında dəmlənərək insanların sağlamlığına xidmət edirdi.

Kəndin türkəçarə müalicə üsulu ilə müalicə edən dünya görmüş, nənə- babalarımızdan örgənmiş xalq təbabətinin ənanələri ilə müalicə edirmişlər. Qadınların uşaq dünyaya gətirmələrində yardımlar edərmişlər. Bu işlə məşğul olmuş, əlindən gələni əsirgəməmişlər. Sarabəyim nənə, Fərə nənə, Tavat nənə, xalq təbabətinin biliciləri olmuşdur.

Qolu,əli, qıçı, ayağı sınan-çıxan kəndin siniqçisi çoban Məhəmməd (Məmiş) dayıya müraciət edirdilər. Sınıq çıxidları yumurta, un, bal qarşığından məlhəm qoyub xüsusi yonub hazırladığı çubuqlarla bağlardı. Əli çox şəfalı idi. Sınmış qol-qıç, əl-ayaq tez sağalardı. Həyat yoldaşı Afərim xala da uzun illər qadınları müalicə edərdi.

Elimiz qaçqın düşdükdən sonra Məhəmməd dayı və Afərim xala dünyasıni dəyişənədək Abşeron rayonunun Saray qəsəbəsində xalqa xidmət edirdilər. Hazırda qızı Gülşən bu sahədə fəaliyyət göstərir.

Kəndə 1950-ci illərdən sonra Lökdə savadlı tibb işçiləri xalqa xidmət etmişlər Kəndin həyat şəraiti də çox yaxşılaşmışdı. Burada tibb məntəqəsi vardı. Tibb məntəqəsi kənd sakinlərinin xəstəliklərində və dərmanlara ehtiyac duyduqları zaman onlara dəstək verirdi. Məntəqədə üç tibb bacısı çalışırdı: Sona xala, Mərmər xala və Nazlı xala. Həmçinin, Minabəyim (Minis) xala tibbi təmizlik işləri ilə məşğul olurdu. İlkin tibbi yardım edidilər. Uşaq və böyükləri peyvənd edirdilər. Yaralıları dərman qoyub sarıyır, xəstələrə həkim təyinatı ilə vena və əzələyə iynə vururdular. Kəndin səhiyyəsinə xidmət edirdilər.

Həkimə ehtiyacı olan xəstələr Mığrı (Meğri) rayon xəstələxanasına müraciət edirdilər. Xəstə əməliyyat və ya ağır olanda həkim təyinatı ilə stasionar xəstə kimi xəstəxanada müalicə olunurdu. Xəstəxananın həkim və tibbi heyəti əsasən ermənilər idi. 70 il müddətində xəstəxanada azərbaycanlı Ağalar həkim, Nağı həkim, Rafail həkim Səfər həkimlər az bir sayda işləmişlər.Rayonun ilk həkimlərindən biri əslən Qubadlıdan olan Ağayar həkim olmuşdur. Ağayar həkimin bacısı Lökdə Tahir babanın yoldaşı Müşkünaz nənə olmuşdur. Ağayar həkim 1941-1945-ci il müharibəsində cərrah həkim kimi xidmət etmişdir. Minlərlə yaralı və xəstələri müalicə etmişdir. Müharibədən qayıdarkən ona bacısı Müşkünazın cavan yaşında 6 uşaq anası (Nəcəf, Ziyada, Bilal, Hilal, Valodiya və Nina) ayağındakı qanqrenadan vəfat etdiyi xəbəri verilmişdir. Ağalar həkim çox pis hissilər keçirmiş, demişdi “Mən müharibədə minlərlə ağır xəstələri müalicə etdim, əməliyyatlar etdim, lakin mənim bacım adi bir yaradan baxımsızlıqdan ölüb” . Yeznəsi Tahir babadan küsüb və bizim el obanı tərk edib.

Bu günə qədər kəndimizdən çox sayda həkim və tibb bacısı yetişib. Kəndin ilk həkim Naqi həkim, rayon xəstəxanasında qisa bir vaxt çalışdıqdan sonra ermənilərin pis münasibətini görərək Bakıya köçmüşdü.Lökdən Fərrux, İbrahim, Filman, Pərvanə, Mahir, Rauf, Cavad, Yavər, Şamo, Venera ,Faiqə, Arzu, Polad, Zöhrə, Mehriban və Arzu Əliyeva həkimlər tibbi ali təhsil aidıqdan sonra rayonda azərbaycanlılara yaxşı münasibət olmadığına görə vətənə gəlməmişlər, Azərbaycanda, Bakıda qalaraq çalışmışlar.

Ermənilər rayon xəstəxanasında azərbaycanlılara ögey münasibət bəsləyirdilər. Kəndimizdən Şaiq Nuruş oğlu Dadaşova səhv iynə vuraraq şikəs etmişlər. Şaiq gözəl rəsm qabliyyəti, iti zehni olmasına baxmayaraq 60 ildir əlil arabasında erməni faşizminin pisliyi səbəbindən əziyyətlə həyatla mübarızə aparır.