Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar

Qərib baharımız

Yenə bahar gəldi,ay ellər kəndimizə.
Biz hələ dönmədik,o qərib elimizə.
Bəzənib yenə bayram xonçalari
Nəvələr toplaşib süfrə basina.
Tonqallar qalanir şəhər icində
Bizim dağlarin tonqali,
Yanmadı, qalanmadı.
Qiş da bitdi, bahar  gəldi
Arzu etdik, əl acib dua etdik,
Bir nisgil var ürəklərdə
Lök dərdini,yurt dərdini
Çəkərək, çəkənmədik.
Dönərik Vətənə biz deyə-deyə
Ümüdlə qucaq açan
Həsrətin acısın,
İnsanlarin növbə-növbə
Bu dünyadan köcünü,
Köçərək, köçənmədik.
O yerləri gedib görmək
Dağlarına qucaq açmaq
Kiminə nəsib, kiminə qismət
Əhd edib, peymana yetmək
Yetmədik, yetənmədik.
.
Yenə həzin piçiltili səhər küləyi
İçimdən əsdi kecdi,
Qocaldiq,yaşlandıq,
Nənə-baba yasina catdiq
Dönmədik, dönənmədik....
 
Anna Şahbazqızı
                19 mart 2025