Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar

LÖK KƏNDİNİN YER ADLARI

Lök kəndi adından və yaşadığı əhalisinə görə təmiz türk müsəlman kəndi olmuşdur. Kəndə aid ərazidə yer adları belədi; Daşlı yoxuş, Əmrəkar kəndi, Əzizin çeşməsi, Əmrəkər dərəsi, Sarı gədik, Məşkurun dərəsi, Əlibalanın dərəsi, Nəcəfxan dərəsi, Nəcəfxan daşı, İkiqulaq daşı, Xərəbələr, Almalıq, Şamlıq, Dəşdivan təpəsi, Geylər, Püşkah, Mevli dərə, Gen dərə, Məhəmmədəli daşı, İlan daşı, Güney dağı, Ağılgüz, Xırda meşə, Dəhnə, Zoğalstan, Dəhnənin daşı, İsti çeşmə, Topulqalıq, Soyuq, Qaraquş daşı, Bəşirin kalavatı, Pirqeyibin kalavatı, Xumaran, Bəddəzəmi, Gəvənlik, Qeyrixan damları, Alçalıq, Məgi, Tuğut, Yanıq dağı, Qala daşı, Xıbır, Məminin çeşməsi, Çınqılın meşəsi, İmam əli adaşı, Aşağı cay, Yuxarı çay, 1, 2, 3-cü şırşirlar, Bərəhellər, Novlu çeşmə, Top dağı, Sultanı Seyid Əhməd çeşməsi, Palangirən yoxuşu, Selinti, Tarqulu yaylağı, Ələngəz dağı, Soyuq dağı, Gürşaha daşı, Səfiyar çeşməsi, Mülüşü, Qərbazay meşəsi, Qoruq dağı, Qazi kəfşəni, Murad çiməni, Kəsbər çeşməsi, Kalarvan piri, Nigarın zəmisi, Qızıldaş Gürşaha dağı, Kənd gədiyi, Dərə arası, Pageh dağı, Pişik daşı, Xəllərgə qonşu kəndləri Lehvaz, Maralzəmi, Mülk, Buğakər və sairə.

Bütün dağların, daşların, təpələrin, dərələrin adları türk adlarıdır. Yer adları, dağlar, daşlar, dərələr də tarixi şahidlik edir ki, Vartanizor adı erməni saxtakarlığı ilə Lök kəndinin adına yazılmışdır. Bu saxtakarlığı ermənilər bütün Qərbi Azərbaycan ərazisində etmişlər. Misal üçün qonşu Maralzəmi kəndini adını 1988-ci ilin dekabr ayında qaçqınlıqdan heç bir ay keçməmiş “Tıxkot” adı ilə dəyişdirmişlər.

Hal-hazırda Lök kəndi Vartanidzor kəndi adı ilə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.