Lök kənd icmasının sədri
Məmmədov Hacı Əhməd oğlu 5 dekabr 1965-ci ildə Meğri rayonunun Lök (Vartanizor) kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Lök kənd orta məktəbində təhsil almışdır.
1983-cü ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1987-ci ildə zabit kimi Afqanıstan Respublikasına xidmətə göndərilmişdir. 1989-cu ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində xidmət etmiş, elə həmin il Latviyanın Riqa şəhərində hərbi xidmətini davam etdirmişdir.
1990-cı ildən 2011-ci il tarixinədək Azərbaycan Respublikasının müxtəlif bölgələrində hərbi xidmətdə olmuşdur. 2011-ci il 26 iyun tarixində polkovnik rütbəsi ilə ehtiyata buraxılmışdır.
Silahlı Qüvvələr və 1-ci Qarabağ müharibəsi veteranıdır. Silahlı Qüvvələrdə 30 il qüsursuz xidmət etmişdir. Üç dəfə Ali Baş Komandan tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” müxtəlif hədiyyələr və medallarla təltif olunmuşdur.
Hazırda təqaüdçüdür. Əmək fəaliyyətini Milli Müdafiə Universitetində davam etdirir. Lök kənd icmasının sədri kimi ictimai fəaliyyətlə də məşğuldur.
Hazırda təqaüdçüdür. Əmək fəaliyyətini Milli Müdafiə Universitetində davam etdirir. Lök kənd icmasının sədri kimi ictimai fəaliyyətlə də məşğuldur.
Lök icma üzvü. 24.08.1962. İnşaat mühəndisi.
Lök icmasının üzvü. 02.10.191958. Mühəndis.
Lök icma üzvü. 05.02.1960. Sürücü, qaynaqçı.
Lök icma üzvü. Rəssam, rejissor.
Lok icmasının qadınlar üzrə məsul şəxsi. 06.10.1972. Kimya və biologiya müəllimi.
Lok icması Gənclər üzrə məsul şəxsi. 11.09.1987. Mühəndis, energetik.