Əziz gənclərimiz, hörmətli həmvətənlər!

Gallery Image 1
Qərbi Azərbaycan İcmasının Mığrı (Meğri) rayon İcmasının rəhbərliyi olaraq, doğma elimizin övladlarının ali məktəblərə qəbul olunması münasibətilə hər birinizi ürəkdən təbrik edirik! Bu uğur yalnız ailələrinizin deyil, bütövlükdə Mığrı elinin, Nüvədi, Aldərə, Tuğut, Lehvaz, Lök, Maralzəmi və digər kəndlərimizin hər bir sakinlərinin qürurudur. Gənclərimizin elm yolunda qazandıqları nailiyyətlər həm şəxsi gələcəyiniz, həm də xalqımızın sabahı üçün böyük əhəmiyyət daşıyır. Çünki elmli, bilikli, vətənpərvər gənclərimiz bizim ən böyük sərvətimizdir. Bu gün siz ali məktəb auditoriyalarına qədəm qoyursunuzsa, sabah vətənimizin inkişafına, milli ideallarımızın həyata keçməsinə töhfə verəcəksiniz. Biz inanırıq ki, təhsilinizlə, savadınızla, milli ruhunuzla əzəli-əbədi dədə-baba yurdumuz olan Mığrı elinə qayıdışın öncülləri də məhz siz olacaqsınız. Ən vacib məsələ ondan ibarətdir ki, gənclərimiz köklərini, mənsub olduqları torpağı heç vaxt unutmasın, hər addımlarında Vətən sevgisi ilə yaşasınlar. Bu gün qazanılan hər uğur sabah Qərbi Azərbaycana dönüşümüzün zəminini möhkəmləndirir. Ali məktəbə qəbul olunan hər bir gəncimiz bir ümid işığı, gələcəyə aparan bir yol, elimizə qayıdışın qarantıdır. Sevinclərinizi bölüşür, sizi bir daha təbrik edir, təhsil yolunda möhkəm addımlar, uğurlar və parlaq gələcək arzulayırıq. Qərbi Azərbaycan İcması Mığrı (Meğri) rayon İcmasının rəhbərliyi
  • Slide 2
Məqaləni paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar