Ümummilli Lider Heydər Əliyevin 103 illik Anım günü ilə əlaqədar olaraq Qərbi Azərbaycan İcmasının Mığrı rayon icmasının sakinləri tərəfindən Ulu Öndərin məzarı ziyarət olundu.
Ziyarətdə Mığrı rayon İcmasının sədri, akademik Fikrət Əliyev, kənd icma sədrləri, qadınlar və gənclər üzrə məsul şəxslər, eləcə də icmanın fəal sakinləri iştirak etdilər.
Tədbirdə Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin qorunması və Qərbi Azərbaycana Qayıdış ideyasının formalaşması istiqamətində göstərdiyi tarixi xidmətlər xüsusi ehtiramla yad edildi.
Bu gün xalqımızın doğma yurd yerlərinə qayıdış arzusu və milli həmrəyliyi məhz Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin davamı olaraq yaşayır və güclənir.
Əziz xatirəsini dərin ehtiram və sonsuz sayğı ilə yad edirik.
Əlavə şəkillər