Qayıdış haqqımızdır. Nüvədi kənd şəhidlərinin ANIM GÜNÜ

Gallery Image 1

22 noyabr 2025-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində Mığrı (Meğri) rayon İcması və Nüvədi kənd icmasının təşkilatçılığı ilə “Qayıdış Haqqımızdır – Nüvədi kənd Şəhidlərinin Anım Günü” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı, Ulu Öndər Heydər Əliyevin və Nüvədi kəndinin bütün Şəhidlərinin xatirəsi ehtiramla anıldı. Tədbirdə Qərbi Azərbaycan İcması Mığrı rayon icmasının sədri Fikrət Əliyev, Nüvədi kənd icma sədri Məhərrəm İbadov, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Asiman Həsənov və digər qonaqlar çıxış edərək Nüvədi Şəhidlərinin qəhrəmanlığı haqqında danışdılar. Şəhid ailələrinin, qazilərin və gənclərin çıxışları dinlənildi, Nüvədi kəndinin igid övladlarına həsr olunmuş video materiallar təqdim olundu. Tədbirin sonunda Nüvədi kəndinin Şəhidlərinə dərin ehtiram ifadə olundu və “Qayıdış Haqqımızdır” çağırışı bir daha səsləndi. Mığrı (Meğri) rayon icması

  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
Məqaləni paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar