23 aprel 2026-cı il tarixində Mığrı Rayon İcmasının idarə heyətinin onlayn iclası WhatsApp platforması üzərindən keçirildi.
İclasda Mığrı Rayon İcmasının sədri Fikrət müəllim Əliyev, Mığrı rayon üzrə qadınlar üzrə məsul şəxs Nərminə Məmmədova, rayon üzrə gənclərlə işə məsul şəxs Elvira Əliyeva, həmçinin icma sədrləri və kəndlər üzrə qadın məsul şəxslər iştirak etdilər.
İclas zamanı icmanın son dövrlərdəki fəaliyyəti təhlil olundu, mövcud problemlər və çatışmazlıqlar müzakirə edildi. İştirakçılar tərəfindən müxtəlif təklif və iradlar səsləndirildi, fəaliyyətin daha səmərəli təşkili, koordinasiyanın gücləndirilməsi və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparıldı.
Eyni zamanda, gənclərlə işin sistemli şəkildə qurulması, sosial fəaliyyətlərin genişləndirilməsi, şəhid ailələri və qazilərlə əlaqələrin davamlı saxlanılması əsas prioritet istiqamətlər kimi müəyyən edildi. Bu çərçivədə icma daxilində futbol komandasının formalaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verildi.
İclasın sonunda qəbul olunmuş qərarların icrası ilə bağlı məsul şəxslər və konkret müddətlər müəyyən edildi.