Mığrı (Meğri) Rayon İcmasının adından başsağlığı
Dərin hüznlə xəbər tutduq ki, görkəmli dövlət və ictimai xadim, tanınmış ziyalı, yazıçı və diplomat Hidayət Orucov vəfat etmişdir. Bu ağır itki münasibətilə Mığrı (Meğri) Rayon İcması adından mərhumun ailəsinə, yaxınlarına, doğmalarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı veririk.
Hidayət müəllim ömrü boyu Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində xüsusi xidmətlər göstərmişdir. Onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.
Uca Allahdan mərhuma rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirik.
Ruhu şad, məkanı cənnət olsun.
Mığrı (Meğri) Rayon İcması
Əlavə şəkillər