Qərbi Azərbaycan İcmasının Meğri rayonu Qadınlar Şurasının yığıncağı keçirildi

Gallery Image 1

Qərbi Azərbaycan İcmasının Meğri rayonu Qadınlar Şurasının yığıncağı keçirildi

Qərbi Azərbaycan İcmasının Meğri rayonu Qadınlar Şurasının yığıncağı baş tutdu. Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və onun müavini Aytən Sultanova da iştirak edirdi.

Yığıncağı Qərbi Azərbaycan İcmasının Meğri rayonu Qadınlar Şurasının sədri Nərminə Məmmədova açaraq, Meğri rayon İcmasının sədri, akademik Fikrət Əliyevin salamlarını iştirakçılara çatdırdı.

Daha sonra Məlahət İbrahimqızı Qərbi Azərbaycan İcmasının gördüyü işlər, Prezident İlham Əliyevin Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı apardığı siyasət, onların hüquqlarının bərpası istiqamətində atılan addımlar barədə geniş məlumat verdi. O, həmçinin Qərbi Azərbaycan İcması qadınlarının qayıdışla bağlı qarşısında duran vəzifələrdən və görüləcək işlərdən danışdı.

Ardınca Aytən Sultanova çıxış edərək yığıncaqda iştirak edən ziyalı qadınlara söz verdi. Rəhmiyə Zamanova, Şəbnəm Rüstəmova, Sədaqət Həsənova, Züriyyə Qarayeva, Cəmilə Babayeva, Arzu Heydərova, Lamiyə Babayeva, Nanə Yavərqızı, Anna Şahbaz və Kəmalə Həsənova çıxış edərək doğma yurdlarımıza tezliklə qayıtmaq arzularını ifadə etdilər.

Tədbir qarşıda duran vəzifələrin müzakirəsi ilə davam etdi.

  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
Məqaləni paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar