26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik!
Mığrı (Meğri) İcması adından xalqımızı, Azərbaycan Ordusunun şəxsi heyətini, qəhrəman əsgər və zabitlərimizi 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edirik.
Müasir və qüdrətli Azərbaycan Ordusunun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu şanlı yol bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni zirvələrə yüksəlmişdir.
Azərbaycan Ordusunun qəhrəmanlığı və rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilmiş, Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan Bayrağı yenidən qürurla dalğalanmışdır. Bu möhtəşəm Zəfər uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anır, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Qüdrətli Azərbaycan Ordusu bu gün təkcə dövlətimizin təhlükəsizliyinin deyil, həm də milyonlarla qərbi azərbaycanlının doğma yurdlarına qayıdış ümidinin və tarixi ədalətin təminatçısıdır.
Mığrı (Meğri) İcması olaraq inanırıq ki, haqq və ədalət zəfər çalacaq, Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımız da bir gün öz ata-baba yurdlarına, o cümlədən Mığrı torpağına sülh, əmin-amanlıq və ləyaqət içində qayıdacaqlar.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə möhkəm cansağlığı, xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Yaşasın qüdrətli Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan!
Hörmətlə,
Mığrı (Meğri) İcması 🇦🇿
Əlavə şəkillər