20 Yanvar 1990 – Şəhidlərin Anım Günü

Gallery Image 1

20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində azadlıq, ləyaqət və milli iradə uğrunda canlardan keçilən qanlı, eyni zamanda şərəfli bir səhifədir. Həmin gecə günahsız insanlar – Vətən övladları yalnız azad yaşamaq, öz taleyinə sahib çıxmaq istədikləri üçün amansızlığa məruz qaldılar. Tankların, silahların qarşısına sinəsini sipər edən xalqımız bu faciə ilə bir daha sübut etdi ki, azadlıq ruhu heç bir güc qarşısında sındırıla bilməz.

20 Yanvar şəhidləri Azərbaycanın müstəqillik yolunda ilk böyük qurbanlar, milli dirçəlişin rəmzləri oldular. Bu faciə təkcə şəhid ailələrinin deyil, bütün xalqın ağrısı, bütün millətin yarasıdır. Şəhidlərimizin analarının göz yaşları, ailələrin yaşadığı itkilər və çəkilən iztirablar heç vaxt unudulmayacaq.

Həmin ağır və çətin günlərdə xalqın səsinə səs verən, haqqı ucadan dünyaya çatdıran Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi Azərbaycan tarixində xüsusi yer tutur. O, 20 Yanvar faciəsinə ilk andan açıq siyasi qiymət verərək bu qanlı hadisəni törədənləri kəskin şəkildə pisləmiş, xalqın yanında olduğunu bütün dünyaya bəyan etmişdir. Məhz Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzi kimi tarixə düşmüş, şəhidlərimizin adı ucaldılmışdır.

Bu gün müstəqil və qalib Azərbaycan dövləti həmin qurbanların, şəhidlərin qanı bahasına ayaqdadır. Biz inanırıq ki, şəhidlərimizin ruhu bu gün Vətən torpaqlarının azad olunmasını, xalqımızın birliyini və qayıdış ümidlərinin gerçəkləşməsini görərək şaddır. Doğma yurd yerlərimizə, o cümlədən Mığrı bölgəsinə bağlı olan hər bir insan üçün bu qayıdış inamı həm tarixi ədalətin, həm də milli iradənin təcəssümüdür.

Mığrı rayonu İcmasının rəhbərliyi adından

20 Yanvar şəhidlərinin ailələrinə, faciə zamanı zərər görmüş bütün ailələrə dərin hüznlə başsağlığı verir, şəhidlərimizin və günahsız qurbanların əziz xatirəsini böyük ehtiram və sonsuz sayğı ilə anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, xatirələri əbədi olsun.

  • Slide 2
Məqaləni paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar