PREAMBULA
Yuksək razılığa gələn tərəflər,
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və Baş Məclis tərəfindən 1948-ci il dekabrın 10-da qəbul olunmuş İnsan huquqları haqqında Ümumi Bəyannaməsinin <,<,butun insanlar heç bir ayrı-seçkiliyə yol verilmədən əsas huquq və azadlıqlardan istifadə etməlidirlər>,>, prinsipini muəyyən etdiyini nəzərə alaraq.
Birləşmiş Millətlər Təşkilatının dəfələrlə qaçqınların taleyinə dərin maraq göstərdiyini və onların həmin əsas huquq və azadlıqlardan daha geniş şəkildə istifadəsini təmin etmək uçun səylər göstərdiyini nəzərə alaraq.
Qaçqınların statusuna dair əvvəllər bağlanmış muqavilələrə yenidən baxılması və onların konsolidasiyası, bu muqavilələrin tətbiq sahəsinin genişləndirilməsi və yeni muqavilə bağlamaqla onların mudafiəsinin gucləndirilməsinin lazımlı olduğunu nəzərə alaraq.
Sığınacaq huququ verilməsinin bəzi ölkələrin uzərinə həddindən artıq ağır yuk qoya biləcəyini və beynəlxalq miqyası və xarakteri Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq edilmiş problemlərin beynəlxalq əməkdaşlıq olmadan həllinin qeyri-mumkunluyunu nəzərə alaraq.
Butun dövlətlərin qaçqın probleminin sosial və humanitar xarakterini təsdiq edərək bu problemlə bağlı dövlətlər arasında ixtilafların qarşısını almaq uçun butun tədbirləri görməsini arzulayaraq.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar uzrə Ali Komissarına qaçqınların mudafiəsinə dair beynəlxalq konvensiyaların yerinə yetirilməsini muşahidə etməyin tapşırıldığını qeyd edərək və bu problemin həlli uçun görulən tədbirlərin koordinasiyasının səmərəliliyinin dövlətlərin Ali komissarla əməkdaşlığından asılı olduğunu etiraf edərək,
Aşağıdakı sazişi bağlamışlar: ,
I FƏSİL
Ümumi muddəalar
Maddə 1. Qaçqın anlayışının tərifi
A. Bu Konvensiyada &ldquo,qaçqın&rdquo, dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o:
1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cu il 28 oktyabr və 1938-ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya Beynəlxalq Qaçqınlar Təşkilatının nizamnaməsinə görə qaçqın sayılmışdır:
Beynəlxalq Qaçqınlar Təşkilatının öz fəaliyyəti dövrundə qaçqın sayılmaq huququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində muəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə açqın statusu verilməsinə mane olmur:
2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, muəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə uzundən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cur ehtiyatlar uzundən istifadə etmək istəmir: və ya muəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cur ehtiyatlar uzundən oraya qayıda bilmir.
Əgər şəxs bir neçə ölkənin vətəndaşıdırsa, &ldquo,vətəndaşı olduğu ölkə&rdquo, ifadəsi onun vətəndaşı olduğu ölkələrin hər birini nəzərdə tutur və belə şəxs tam əsaslı ehtiyatlardan irəli gələn heç bir həqiqi səbəb olmadan vətəndaşı olduğu ölkələrdən birinin himayəsinə muraciət etmirsə, vətəndaşı olduğu ölkənin himayəsindən məhrum sayılmır.
B. 1) Bu Konvensiya 1-ci maddənin A bölməsində işlədilən &ldquo,1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr&rdquo, sözləri ya
a) &ldquo,1951-ci il yanvarın 1-dək Avropada baş vermiş hadisələr&rdquo,, və ya
b) &ldquo,1951-ci il yanvarın 1-dək Avropada və ya digər yerlərdən baş vermiş hadisələr deməkdir&rdquo,: Razılığa gələn hər dövlət bu konvensiya əsasında uzərinə göturduyu öhdəliklər barədə göstərilən mənalardan hansısa tərəfdar olduğunu imzalama, ratifikasiya və ya qoşulma məqamında dəqiq göstərəcəkdir.
2) &ldquo,a&rdquo, alternativini qəbul etmiş razılığa gələn dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibini xəbərdar etməklə istənilən vaxt &ldquo,b&rdquo, alternativini qəbul edərək öz uzərinə göturduyu öhdəliklərin əhatə dairələrini genişləndirə bilər.
B. Bu Konvensiyanın A bölməsinə uyğun gələn şəxsə bu Konvensiyanın muddəaları aşağıdakı hallarda daha şamil edilmir:
1) o, vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könullu istifadə etdikdə: və ya
2) öz vətəndaşlığından məhrum olub yenidən könullu əldə etdikdə: və ya
3) yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə: və ya
4) təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hududlarından kənarda qaldığı ölkədə yenidən könullu məskunlaşdıqda: və ya
5) Qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin himayəsindən daha imtina edə bilmədikdə:
əgər bu maddənin A bölməsinin 1-ci bəndinə uyğun gələn qaçqınlar vətəndaşı olduqları ölkənin himayəsindən imtina etmək uçun əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin muddəaları onlara tətbiq olunmur:
6) Vətəndaşlığı olmayan şəxs olaraq, qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə, əvvəllər daimi məskunlaşdığı ölkənin himayəsindən daha imtina edə bilmədikdə:
əgər bu maddənin A bölməsinin 1-ci bəndinin tərifinə uyğun gələn qaçqınlar əvvəllər daimi məskunlaşdığı ölkəyə qayıtmaqdan imtina etmək uçun əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin muddəaları onlara tətbiq olunmur.
Q. Bu Konvensiyanın muddəaları hazırda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarından başqa, Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının və ya idarələrinin himayəsindən və ya yardımından istifadə edən şəxslərə şamil olunmur.
Əgər bu şəxslərin vəziyyəti Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq qəti nizamlanana qədər onlara göstərilən himayə və ya yardım hər hansı səbəbdən kəsilmişdirsə, bu şəxslər avtomatik olaraq bu Konvensiyadan irəli gələn huquqları əldə edirlər.
D. Bu Konvensiyanın muddəaları yaşadıqları ölkənin səlahiyyətli hakimiyyət orqanlarının bu ölkənin vətəndaşlığı ilə bağlı huquq və vəzifələrin şamil olunduğunu təsdiq etdiyi şəxsləri əhatə etmir.
E. Bu Konvensiyanın muddəaları barədə aşağıdakıları ehtimal etmək uçun ciddi əsasların olduğu şəxslərə şamil edilmir:
a) sulh əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cur cinayətlər törətmişlər:
B) sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyri-siyasi xarakterli ağır cinayət törətmişlər:
V) Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər.
Maddə 2. Ümumi öhdəliklər
Hər bir qaçqının öz qaldığı ölkənin qanunlarına və sərəncamlarına, həmçinin ictimai qaydanı qorumaq uçun göturulən tədbirlərinə tabe olmaq barədə öhdəlikləri vardır.
Maddə 3. Ayrı-seçkiliyin yolverilməzliyi
Razılığa gələn dövlətlər bu Konvensiyanın muddəalarını qaçqınlara irqi, dini əlamətə və ya mənşəcə mənsub olduğu ölkəyə görə heç bir ayrı-seçkilik qoymadan tətbiq edəcəklər.
Maddə 4. Dini etiqad
Razılığa gələn dövlətlər ərazilərində olan qaçqınların öz dininə etiqad etmək və öz uşaqlarına dini tərbiyə vermək azadlığı baxımından onlara ən azı öz vətəndaşlarının malik olduğu əlverişli şəraiti yaradacaqlar.
Maddə 5. Bu Konvensiyadan asılı olmayaraq verilmiş huquqlar
Bu Konvensiyanın heç bir muddəası razılığa gələn hər hansı dövlətin qaçqınlara bu Konvensiyadan asılı olmayaraq verdiyi heç bir huquq və ustunluyu pozmur.
Maddə 6. &ldquo,Eyni vəziyyətdə&rdquo, ifadəsi
Bu Konvensiyada &ldquo,eyni vəziyyətdə&rdquo, ifadəsi o deməkdir ki, qaçqın əgər qaçqın olmasaydı, muvafiq huquqdan istifadə etmək uçun uyğun gəlməli olduğu hər hansı tələblərə (o cumlədən ölkədə qalmaq və ya yaşamaq muddətinə və şərtlərinə aid tələblərə) uyğun gəlməlidir, amma o tələblər istisna təşkil edir ki, öz xarakterinə görə onları qaçqın yerinə yetirməyə qadir deyildir.
Maddə 7. Qarşılıq prinsipindən istisna
1. Bu Konvensiyaya əsasən qaçqınlara daha əlverişli huquqi vəziyyət yaradılması hallarından başqa, Razılığa gələn Dövlət onlara umumiyyətlə, əcnəbilərin istifadə etdiyi vəziyyəti yaradacaqdır.
2. Razılığa gələn Dövlətlərin ərazisində yaşamalarının uç ili başa çatdıqdan sonra butun qaçqınlar qanunvericilik yolu ilə muəyyənləşdirilmiş qarşılıq tələbindən azad olunacaqlar.
3. Razılığa gələn Dövlət bu Konvensiyanın quvvəyə mindiyi gunədək qaçqınların həmin dövlət barədə heç bir qarşılıq olmadan ixtiyarları çatan huquq və vəzifələri onlara bundan sonra da verəcəklər.
4. Razılığa gələn Dövlətlər qaçqınlara 2 və 3-cu bəndlərə muvafiq surətdə ixtiyarları çatan huquq və ustunluklər verilməsinə, 2 və 3-cu bəndlərdə nəzərdə tutulmuş şərtlərə uyğun gəlməyən qaçqınların qarşılıq tələbindən azad edilməsinə xeyirxah munasibət bəsləyəcəklər.
5. 2 və 3-cu bəndlərin muddəaları həm bu Konvensiyanın 13, 18, 19, 21 və 22-ci maddələrində sadalanan huquq və ustunluklərə, həm də bu Konvensiyada nəzərdə tutulmayan huquq və ustunluklərə tətbiq olunur.
Maddə 8. Mustəsna tədbirlərdən istisna
Razılığa gələn Dövlətlər xarici dövlət vətəndaşlarının əmlakı və mənafeləri barədə tətbiq edilə bilən mustəsna tədbirləri rəsmən həmin dövlətin vətəndaşları olan qaçqınlar barədə yalnız onların vətəndaşlığını əsas göturməklə tətbiq etməyəcəklər. Bu maddədə ifadə edilən umumi prinsipin tətbiqinə yol verməyən qanunvericiliyi olan Razılığa gələn Dövlətlər muvafiq hallarda bu cur qaçqınların mənafeyi naminə istisnalar muəyyənləşdirəcəklər.
Maddə 9. Muvvəqəti tədbirlər
Bu Konvensiyanın hər bir muddəası Razılığa gələn Dövləti muharibə dövrundə fövqəladə və mustəsna hallar yarandıqda dövlət təhlukəsizliyi naminə bu və ya digər muəyyən şəxs barədə lazım bildiyi muvəqqəti tədbirləri tətbiq etmək, özu də onun həqiqətən qaçqın olduğunu aydınlaşdıranadək və onun barədə həmin tədbirlərin tətbiqini davam etdirməsinin dövlət təhlukəsizliyi naminə zəruri olduğunu muəyyənləşdirənədək tətbiq etmək huququndan məhrum etmir.
Maddə 10. Yaşayış fasiləsizliyi
1. Əgər qaçqın ikinci dunya muharibəsi dövrundə deportasiya olunmuşsa və Razılığa gələn Dövlətlərdən birinin ərazisinə çıxarılaraq orada məskunlaşmışsa, bu məcburi qalma muddəti şəxsin həmin ərazidə qanuni yaşaması hesab olunur.
2. Əgər qaçqın ikinci dunya muharibəsi dövrundə deportasiya olunmuşsa və daimi yaşayış uçun məskunlaşmaq məqsədilə bu Konvensiya quvvəyə minənə qədər oraya qayıtmışsa, bu deportasiyaya qədərki və sonrakı yaşayış muddəti yaşayış fasiləsizliyinin tələb edildiyi butun hallarda bir fasiləsiz muddət sayılacaqdır.
Maddə 11. Dənizçi qaçqınlar
Əgər qaçqınlar Razılığa gələn Dövlətlərdən birinin bayrağı altında uzən gəmilərin heyətlərində normal qulluq edən şəxslərdirsə, onda bu dövlət həmin şəxslərin öz ərazisində məskunlaşmasını asanlaşdırmaq məqsədilə onlara yol sənədlərinin və ya öz ərazisinə muvəqqəti daxil olmaq huququnun verilməsinə xeyirxah munasibət bəsləyəcəklər.
II FƏSİL
Huquqi şəxs
Maddə 12. Şəxsi status
1. Qaçqının şəxsi status onun daimi yaşadığı ölkənin qanunları ilə əgər belə ölkə yoxdursa, yaşadığı ölkənin qanunları ilə muəyyənləşdirilir.
2. Qaçqının şəxsi status ilə bağlı əvvəllər əldə etdiyi huquqlara, o cumlədən nikahdan irəli gələn huquqlarına Razılığa gələn Dövlətlər tərəfindən bu dövlətin qanunları ilə muəyyənləşdirilmiş rəsmiyyət lazım gələrsə, həmin rəsmiyyət icra edildikdən sonra riayət olunacaqdır, bir şərtlə ki, muvafiq huquq həmin şəxs qaçqın olmasaydı, onun bu dövlətin qanunları ilə tanına bilən huquqlarından biri olsun.
Maddə 13. Daşınar və daşınmaz əmlak
Razılığa gələn Dövlətlər daşınar və daşınmaz əmlakın əldə edilməsi və bununla bağlı digər huquqlar barədə, həmçinin daşınar və daşınmaz əmlaka dair icarə muqavilələri və digər muqavilələr barədə qaçqınlara mumkun qədər daha əlverişli şərait, hər hansı əcnəbilərin eyni vəziyyətdə adətən istifadə etdikləri şəraitdən az əlverişli olmayan şərait yaradacaqlar.
Maddə 14. Muəllif və sənaye huquqları
İxtiralar, çertyojlar və modellər, ticarət markaları, firma adları ilə bağlı huquqlar, ədəbi, bədii və elmi əsərlərə huquqlar qəbilindən olan sənaye huquqlarına gəlincə, qaçqınlara adətən yaşadıqları ölkədə həmin ölkənin vətəndaşları ilə eyni himayə göstəriləcəkdir. Razılığa gələn hər hansı digər Dövlətin ərazisində onlara adətən yaşadıqları ölkənin vətəndaşları ilə eyni himayə göstəriləcəkdir.
Maddə 15. Assosiasiya huququ
Razılığa gələn Dövlətlər onların ərazisində qanuni yaşayan qaçqınlar siyasi xarakter daşımayan və mənfəət göturmək məqsədi gudməyən assosiasiyalar, həmkarlar ittifaqları barədə eyni vəziyyətdə olan xarici dövlət vətəndaşlarının şəraitinə uyğun ən əlverişli şərait yaradacaqlar.
Maddə 16. Məhkəməyə muraciət huququ
1. Hər hansı qaçqın Razılığa gələn Dövlətlərin ərazilərində məhkəmələrə sərbəst muraciət etmək huququna malikdir.
2. Hər bir qaçqın adətən yaşadığı Razılığa gələn Dövlətin ərazisində məhkəməyə muraciət etmək huququ barədə, o cumlədən huquqi yardım göstərilməsi və məhkəmə xərcləri ödəməkdən azad edilmək məsələlərində vətəndaşlar ilə eyni şəraitə malik olacaqlar.
3. Hər bir qaçqına, onun adətən yaşadığı ölkədən savayı, butun qalan ölkələrdə 2-ci bənddə sadalanmış məsələlər barədə adətən yaşadığı ölkənin vətəndaşları ilə eyni şərait yaradılacaqdır.
III FƏSİL
Gəlir gətirən məşğuliyyət
Maddə 17. Muzdlu iş
1. Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara onların muzdla işləmək huququ barədə eyni vəziyyətdə xarici dövlətlərin vətəndaşları uçun yaradılan ən əlverişli huquqi şərait yaradacaqlar.
2. Hər halda əcnəbilərə və ya əcnəbilərin muzdla işə göturulməsinə aid olan və daxili əmək bazarını qorumaq məqsədilə tətbiq edilən məhdudiyyət tədbirləri bu Konvensiyanın quvvəyə mindiyi gunədək muvafiq razılığa gələn Dövlətdə həmin tədbirlərin şamil edilmədiyi və ya aşağıdakı şərtlərdən birinə uyğun gələn qaçqınlara tətbiq olunmayacaqdır,
a) Ölkənin hududları daxilində azı uç il yaşayırlar,
b) Arvadı (əri) yaşadıqları ölkənin vətəndaşıdır. Əgər qaçqın öz ailəsini tərk etmişdirsə, bu qərara istinad edə bilməz,
v) Bir və ya bir neçə uşağı yaşadıqları ölkənin vətəndaşıdır.
3. Razılığa gələn Dövlətlər butun qaçqınların, o cumlədən işçi quvvəsini cəlbetmə proqramlarının yerinə yetirilməsi qaydasında və ya immiqrasiya planlarına muvafiq surətdə onların ərazisinə daxil olmuş qaçqınların muzdla işləmək huquqlarının vətəndaşların huquqları ilə bərabərləşdirilməsinə xeyirxah munasibət bəsləyəcəklər.
Maddə 18. Öz muəssisəsində iş
Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara mustəqil surətdə kənd təsərrufatı, sənaye, sənətkarlıq və ticarətlə məşğul olmaq huququ, həmçinin ticarət və sənaye ortaqlıqları təsis etmək huququ barədə mumkun qədər daha əlverişli huquqi şərait, hər halda eyni vəziyyətdə əcnəbilər uçun adətən yaradılan şərait qədər əlverişli huququ şərait yaradacaqlar.
Maddə 19. Sərbəst peşələr
1. Razılığa gələn hər Dövlət öz ərazisində qanuni yaşayan və bu dövlətin səlahiyyətli hakimiyyət orqanları tərəfindən tanınmış diploma olan, sərbəst peşələrlə məşğul olmaq istəyən qaçqınlara mumkun qədər daha əlverişli huquqi şərait, hər halda eyni vəziyyətdə əcnəbilər uçun adətən yaradılan şərait qədər əlverişli huququ şərait yaradacaqlar.
2. Razılığa gələn Dövlətlər beynəlxalq munasibətləri uçun məsuliyyət daşıdıqları metropoliyadan kənar ərazisində bu cur qaçqınların yerbəyer olmasını təmin etmək uçun öz qanunlarının və konstitusiyalarının yol verdiyi butun tədbirləri görəcəklər.
IV FƏSİL
Sosial himayə
Maddə 20. Pay sistemi
Qıt ərzaq mallarının umumi bölgusunu tənzimləyən, butun əhali uçun məcburi olan pay sisteminin mövcud olduğu yerlərdə bu cur sistem qaçqınlara vətəndaşlarla bərabər əsaslarla tətbiq edilir.
Maddə 21. Mənzil məsələsi
Mənzil məsələsi qanunlarla və ya sərəncamlarla tənzimlənmədiyinə görə, yaxud dövlət hakimiyyəti orqanlarının nəzarəti altında olduğuna görə Razılığa gələn Dövlətlər öz ərazisində qanuni yaşayan qaçqınlara mumkun qədər daha əlverişli huquqi şərait, hər halda eyni vəziyyətdə əcnəbilər uçun adətən yaradılan şərait qədər əlverişli huququ şərait yaradacaqlar.
Maddə 22. Xalq təhsili
1. Razılığa gələn Dövlətlər ibtidai təhsil barədə qaçqınlara vətəndaşları ilə eyni huquqi şərait yaradacaqlar.
2. Razılığa gələn Dövlətlər ibtidai təhsildən əlavə, xalq təhsilinin digər növləri, o cumlədən təhsil almaq imkanı, xarici atestatların, diplomların və dərəcələrin tanınması, təhsil almaq huququ uçun haqdan və rusumdan azad edilmə, həmçinin təqaudlərin verilməsi barədə qaçqınlara mumkun qədər daha əlverişli huquqi şərait, hər halda eyni vəziyyətdə əcnəbilər uçun adətən yaradılan şərait qədər əlverişli huququ şərait yaradacaqlar.
Maddə 23.Hökumət yardımı
Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara öz vətəndaşlarına verilən hökumət yardımı və köməyi barədə eyni şərait yaradacaqlar.
Maddə 24. Əmək qanunvericiliyi və sosial təminat
1. Aşağıdakı məsələlər barədə Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara vətəndaşları uçun yaradılan şəraiti yaradacaqlar:
a) əmək haqqı, o cumlədən əmək haqqının bir hissəsi kimi ailə muavinəti, iş gununun muddəti, əsas vaxtdan əlavə iş, ödənişli məzuniyyətlər, evdə iş uçun məhdudiyyət, muzdla işləyən şəxslərin minimum yaşı, şagirdlik və peşə hazırlığı, qadınların və yeniyetmələrin əməyi, kollektiv muqavilələrin ustunluklərindən istifadə-bu məsələnin qanunlar və sərəncamlarla nizamlanan və inzibati hakimiyyət tərəfindən nəzarət edilən hissəsində,
b) sosial təminat (işdə bədbəxt hadisələrə, peşə xəstəliklərinə, analığa, xəstəliyə, əlilliyə, qocalığa, ölumə, işsizliyə, ailə barədə vəzifələrə dair qanunlar, daxili qanunlara və sərəncamlara uyğun olaraq sosial təminat sistemində nəzərdə tutulan digər hallar) ,aşağıdakı məhdudiyyətlərlə:
I) əldə edilmiş huquqların və əldə edilmək prosesində olan huquqların saxlanılmasının lazımi qaydada mövcud ola bilər,
II) yaşadıqları ölkənin qanun və ya sərəncamlarında tamamilə dövlət vəsaiti hesabına ödənilən tam və ya qismən muavinətin və normal pensiya almaq uçun tələb edilən ödənişlərə dair şərtlərin hamısını yerinə yetirməmiş şəxslərə ödənilən muavinətlərin alınmasının xususi qaydası nəzərdə tutula bilər.
2. İşdə bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində qaçqının ölumu uçun kompensasiya huququndan istifadə edən şəxsin Razılığa gələn Dövlətin ərazisində yaşamaması onun bu huququna təsir göstərmir.
3. Razılığa gələn Dövlətlər əldə edilmiş huquqların və əldə edilmək prosesində olan huquqların saxlanması barədə öz aralarında bağladıqları və ya gələcəkdə bağlaya biləcəkləri sazişlərdən irəli gələn sosial təminat barədə ustunlukləri qaçqınlara yalnız həmin sazişləri imzalamış dövlətlərin vətəndaşlarına tətbiq olunan şərtləri gözləməklə verəcəklər.
4. Razılığa gələn Dövlətlər öz aralarında və muqavilədə iştirak etməyən dövlətlər arasında hər an quvvədə ola bilən bu cur sazişlərdən irəli gələn ustunluklərin mumkun olduğu qədər qaçqınlara verilməsi məsələsinə xeyirxah munasibət bəsləyəcəklər.
V FƏSİL
İnzibati tədbirlər
Maddə 25. İnzibati kömək
1. Qaçqınların hər hansı huquqdan istifadə etməsi uçun onların muraciət edə bilmədikləri xarici dövlətin hakimiyyət orqanlarının köməyinin tələb olunduğu hallarda bu qaçqınların öz ərazisində yer vermiş Razılığa gələn Dövlətlər tədbirlər görəcəklər ki, həmin dövlətin hakimiyyət orqanları və ya hər hansı beynəlxalq qurum onlara bu cur kömək göstərsinlər.
2. 1-ci bənddə göstərilən hakimiyyət orqanları və ya beynəlxalq qurum qaçqınları vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə adətən əcnəbilərə verilən sənədlər və vəsiqələr ilə təchiz edəcək, yaxud öz nəzarətləri altında bunu təmin edəcəklər.
3. Bu qaydada verilən sənədlər və vəsiqələr vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə əcnəbilərə verilən rəsmi sənədləri əvəz edəcək və onların etibarsızlığı subut olunmadıqca etibarlı sayılacaqdır.
4. Binəsiblərə verilən xususi guzəştlər istisna olmaqla, bu maddədə sadalanan xidmətlərə görə haqq alına bilər, lakin bu haqq kiçik olacaq və eyni xidmətlər uçun ölkənin vətəndaşlarından alınan haqqa uyğun olacaqdır.
5. Bu maddənin muddəaları 27 və 28-ci maddələrin muddəalarına toxunmur.
Maddə 26. Hərəkət sərbəstliyi
Hər bir Razılığa gələn Dövlət öz ərazisində qanuni yaşayan qaçqınlara eyni vəziyyətdə adətən tətbiq olunan butun qaydaları gözləmək şərtilə ərazisi hududlarında yaşayış yeri seçmək huququ və sərbəst hərəkət etmək huququ verəcəkdir.
Maddə 27.Şəxsiyyət vəsiqəsi
Razılığa gələn Dövlətlər öz ərazilərində olan və etibarlı yol sənədləri olmayan qaçqınlara şəxsiyyət vəsiqəsi verəcəkdir.
Maddə 28. Yol sənədləri
1. Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara dövlət təhlukəsizliyinin və ictimai qaydanın qorunması mulahizələrini nəzərə almaqla öz ərazilərdən kənarda hərəkət etmək uçun yol sənədləri verəcəklər, həmin sənədlərə bu Konvensiyaya əlavə edilmiş qaydalar tətbiq olunacaqdır. Razılığa gələn Dövlətlər öz ərazilərində olan hər hansı digər qaçqına bu cur yol sənədləri verə bilərlər, o cumlədən onlar öz ərazilərində olan və qanuni yaşadıqları ölkədə yol sənədi almaq imkanına malik olmayan qaçqınlara bu cur yol sənədləri verilməsi məsələsinə xeyirxah munasibət bəsləyəcəklər.
2. Əvvəlki beynəlxalq sazişlərin iştirakçıları tərəfindən həmin sazişlərə əsasən qaçqınlara verilmiş yol sənədlərini Razılığa gələn Dövlətlər sanki bu maddəyə əsasən verilmiş yol sənədləri hesab edəcəklər.
Maddə 29.Vergilər
1. Razılığa gələn Dövlətlər qaçqınların uzərinə eyni şəraitdə vətəndaşlarından tutduqları və ya tuta biləcəkləri gömruk haqqından, rusumlardan və ya vergilərdən əlavə və ya yuxarı gömruk haqqı, rusumlar və ya vergilər qoymayacaqlar.
2. Əvvəlki bəndin muddəaları əcnəbilərə inzibati sənədlərin, o cumlədən şəxsiyyət vəsiqəsinin verilməsi uçun rusumlara dair qanunların və sərəncamların qaçqınlara tətbiqini qətiyyən istisna etmir.
Maddə 30. Əmlakın aparılması
1. Öz qanunlarına və sərəncamlarına uyğun olaraq Razılığa gələn Dövlətlər qaçqınların özləri ilə onların ərazisinə gətirdikləri əmlakı məskunlaşmaq uçun daxil olmaq huququ verilmiş başqa ölkəyə aparmasına icazə verəcəklər.
2. Razılığa gələn Dövlətlər qaçqınlara daxil olmaq huququ verilmiş başqa ölkələrdə, məskunlaşmaq uçun lazım olan əmlakı, harada olursa-olsun, aparmağa icazə verilməsi barədə qaçqınların vəsatətlərinə xeyirxah munasibət bəsləyəcəklər.
Maddə 31. Onlara sığınacaq verən ölkədə qanunsuz qalan qaçqınlar
1. Razılığa gələn Dövlətlər bilavasitə həyat və ya azadlıq uçun 1-ci maddədə nəzərdə tutulan təhlukənin mövcud olduğu ərazidən icazəsiz onların ərazisinə daxil olan və ya ərazisində qalan qaçqınlara buna görə tənbeh tədbirləri tətbiq etməyəcəklər, bu şərtlə ki, həmin qaçqınlar ləngimədən özləri hakimiyyət orqanlarına muraciət edərək qanunsuz daxil olmalarını və ya qalmalarının səbəblərini qənaətbəxş izah etsinlər.
2. Razılığa gələn Dövlətlər qaçqınların hərəkət sərbəstliyini zərurətlə irəli gələməyən məhdudiyyətlərlə azaltmayacaqlar, belə məhdudiyyətlər yalnız bu qaçqınların həmin ölkədə statusu tənzimlənənə qədər və ya onlar başqa ölkəyə daxil olmaq huququ əldə etməsi uçun onlara kifayət qədər vaxt verəcək və lazım olan butun şəraiti yaradacaqlar.
Maddə 32. Ölkədən çıxarma
1. Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınları yalnız dövlət təhlukəsizliyinin və ictimai asayişin qorunması səbəblərinə görə ölkədən çıxaracaqlar.
2. Bu cur qaçqınlar yalnız məhkəmə qaydasında qəbul edilən qərarların icrası naminə çıxarılacaqlar. Dövlət təhlukəsizliyi ilə bağlı uzurlu mulahizələrin olduğu hallardan başqa, qaçqınlara özlərinə bəraət qazandırmaq uçun subutlar təqdim etmək və lazımi instansiyalara və ya bu instansiyalar tərəfindən xususi təyin olunmuş şəxsə və ya şəxslərə şikayət etmək, həmçinin bu məqsədlə öz numayəndələrini təyin etmək huququ veriləcəkdir.
3. Razılığa gələn Dövlətlər bu cur qaçqınlara digər ölkəyə daxil olmağa qanuni huquq almaq uçun kifayət qədər vaxt verəcəklər. Razılığa gələn Dövlətlər bu muddət ərzində zəruri saydıqları daxili xarakterli tədbirləri tətbiq etmək huququnu saxlayırlar.
Maddə 33. Qaçqınların gəldikləri ölkəyə göndərilməsinin və ya məcburi qaytarılmasının qadağan olunması
1. Razılığa gələn Dövlətlər irqi, dini, vətəndaşlıq, muəyyən sosial qrupa mənsubiyyət, siyasi əqidə səbəblərinə görə həyat və ya azadlığını təhlukə gözləyən ölkənin sərhədlərinə heç vəchlə göndərməyəcək və ya qaytarmayacaqlar.
2. Lakin bu qərar uzurlu səbəblərə görə qaldıqları ölkənin təhlukəsizliyi uçun qorxulu sayılan və ya xususilə ağır cinayət törətdiyinə görə məhkəmənin quvvəyə minmiş hökmu ilə məhkum olunmuş və ölkə uçun ictimai təhlukə törədən qaçqınlara şamil edə bilməz.
Maddə 34. Təbəəliyə göturmə
Razılığa gələn Dövlətlər qaçqınların assimilyasiyasını və təbəəliyə göturulməsini imkan daxilində asanlaşdıracaqlar. O cumlədən, onlar təbəəliyə göturulmə uzrə karguzarlığı surətləndirmək və bununla bağlı rusum və xərcləri imkan daxilində azaltmaq uçun əllərindən gələni edəcəklər.
VI FƏSİL
Konvensiya tətbiqinə və keçid dövrunə aid muddəalar
Maddə 35. Milli hakimiyyət orqanları ilə Birləşmiş Millətlər Təşkilatı arasında əməkdaşlıq
1. Razılığa gələn Dövlətlər Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı ilə və ya onun funksiyalarının həvalə oluna biləcəyi Birləşmiş Millətlər Təşkilatının hər hansı orqanı ilə əməkdaşlıq etməyi, o cumlədən bu Konvensiyanın muddəalarının tətbiqini muşahidə vəzifələrini yerinə yetirməkdə onlara kömək göstərməyi öhdələrinə götururlər.
2. Ali Komissarlığına və ya Birləşmiş Millətlər Təşkilatının onun yerini tuta biləcək hər hansı orqanına Birləşmiş Millətlər Təşkilatının muvafiq orqanlarına məruzələr təqdim etmək imkanı yaratmaq uçun Razılığa gələn Dövlətlər onları aşağıdakı məsələlərə dair tələb etdikləri lazımi formada arayışlarla və statistika məlumatı ilə təmin etməyi öhdələrinə götururlər:
a) Qaçqınların vəziyyəti,
b) Bu Konvensiyanın həyata keçirilməsi və,
c) Qaçqınların məsələsi ilə bağlı quvvədə olan və sonralar quvvəyə minə biləcək qanunlar, sərəncamlar və dekretlər.
Maddə 36. Milli qanunvericilik aktları haqqında məlumat
Razılığa gələn Dövlətlər bu Konvensiyanın həyata keçirilməsi məqsədilə qəbul etdikləri qanunların və sərəncamların mətnləri barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə məlumat verəcəklər.
Maddə 37. Əvvəllər bağlanmış Konvensiyalar
Bu Konvensiyanın 28-ci maddəsinin 2-ci bəndi quvvədə qalmaqla, bu Konvensiya onun iştirakçıları olan tərəflər uçun 5 iyul 1922-ci il, 31 may 1924-cu il, 12 may 1926-cı il, 30 iyun 1928-ci il və 30 iyul 1935-ci il aktlarını, 28 oktyabr 1933-cu il və 10 fevral 1938-ci il Konvensiyalarını, 14 sentyabr 1939-cu il Protokolunu və 15 oktyabr 1946-cı il Sazişini əvəz edir.
VII FƏSİL
Yekun muddəalar
Maddə 38. Mubahisələrin həlli
Bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı onun iştirakçıları arasında əmələ gələn mubahisələr başqa usulla həll edilə bilmədikdə mubahisə edən hər hansı tərəfin tələbi ilə Beynəlxalq Məhkəməyə veriləcəkdir.
Maddə 39. İmzalama, ratifikasiya, qoşulma
1. Bu Konvensiya 1951-ci il iyulun 28-də Cenevrədə imzalanmaq uçun açılacaq və bundan sonra Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulacaqdır. Konvensiya 1951-ci il iyulun 28-dən avqustun 31-dək Birləşmiş Millətlər Təşkilatının Avropa bölməsinə imzalanmaq uçun açıq olacaq və 1951-ci il sentyabrın 17-dən 1952-ci il dekabrın 31-dək Birləşmiş Millətlər Təşkilatının Mərkəzi İdarələrində imzalanmaq uçun yenidən açılacaqdır.
2. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının uzvu olan butun dövlətlər adından, həmçinin qaçqınların və apatridlərin statusu məsələsinə dair Səlahiyytəli numayəndələrin konfransında iştirak etməyə dəvət olunmuş hər hansı dövlət və ya Baş Məclisin imzalamaq uçun açılacaqdır. Bu Konvensiya ratifikasiya olunmalıdır, həm də təsdiqnamələr Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin yanında depozitə qoyulacaqdır.
3. Bu Konvensiya bu maddənin 2-ci bəndində göstərilmiş dövlətlərin qoşulması uçun 1951-ci ilin iyulun 28-dən açılacaqdır. Qoşulma Birləşmiş Millətlər Təşkilatının
Maddə 40. Konvensiyanın ərazi tətbiqi haqqında qərarlar
1. Hər hansı dövlət bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya edərkən bəyan edə bilər ki, Konvensiyanın quvvəsi beynəlxalq munasibətləri uçun həmin dövlətin məsuliyyət
daşıdığı ərazilərin hamısına və ya bəzilərinə şamil olunacaqdır. Bu bəyanat Konvensiyanın bu dövlət uçun quvvəyə mindiyi gun quvvəyə minəcəkdir.
2. Hər hansı sonrakı məqamda Konvensiyanın quvvəsinin bu cur şamil olunması Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə göndərilən bildiriş vasitəsilə elan edilməlidir və Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin bu bildirişi aldığı gundən etibarən doxsanıncı gun və ya Konvensiyanın bu dövlət uçun quvvəyə mindiyi gun (əgər bu tarix daha gecdirsə) quvvəyə minəcəkdir.
3. İmzalanma, ratifikasiya və ya qoşulma zamanı bu Konvensiyanın şamil olunmadığı ərazilərə qaldıqda, hər hansı maraqlı dövlət bu Konvensiyanın quvvəsinin həmin ərazilərə şamil olunması, həm də konstitusiya xarakterli səbəblərə görə ərazilərin hökumətlərinin razılığının tələb edildiyi hallarda bu ,cur razılıq alınmaqla şamil olunması uçun lazımi tədbirlərin görulməsi məsələsinə baxacaqdır.
Maddə 41. Federativ dövlətlər haqqında muddəalar
Federativ və ya qeyri-unitar dövlətlərə aşağıdakı muddəalar tətbiq olunacaqdır:
a) Bu Konvensiyanın federal qanunvericilik hakimiyyəti orqanının qanunvericilik yurisdiksiyasına aid olan maddələri barədə federal hökumətin öhdəlikləri göstərilən hududlarda bu Konvensiyanın federativ dövlət olmayan tərəflərinin öhdəliklərinə uyğun gələcəkdir,
b) Bu Konvensiyanın federasiyaya daxil olan və federasiyanın konstitusiya quruluşuna görə qanunvericilik tədbirləri görməyə borclu olmayan ştatların, əyalətlərin və ya kantonların qanunvericilik yurisdiksiyasına aid olan maddələrinə gəlincə, federal hökumət ilk imkan duşən kimi ştatların, əyalətlərin və ya kantonların muvafiq hakimiyyət orqanlarını həmin maddələrlə tanış edəcək və onlara öz musbət munasibətini bildirəcəkdir.
v) Bu Konvensiyanın tərəfi olan federativ dövlətlər Razılığa gələn hər hansı digər Dövlətin Birləşmiş Millətlər Təşkilatının Baş Katibi vasitəsilə ona verilmiş tələbi ilə federasiyada və onun tərkib hissələrində Konvensiyanın hər hansı konkret muddəası barədə mövcud olan qanunlar və praktika haqqında arayış verəcək, həm də bu muddəanın qanunvericilik yolu ilə və ya başqa yolla nə dərəcədə həyata keçirildiyini göstərəcəklər.
Maddə 42. Qeyd-şərtlər
1. İmzalanma, ratifikasiya və qoşulma zamanı hər bir dövlət Konvensiyanın 1, 3 və 4-cu maddələrindən, 16-cı maddəsinin 1-ci bəndindən, 33-cu maddəsindən və 36-46-cı maddələrindən başqa, butun maddələrinə qeyd-şərtlər qoya bilərlər.
2. Bu maddənin 1-ci bəndində muvafiq surətdə qeyd-şərt qoyulmuş hər hansı bir dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş verməklə bu qeyd-şərtdən imtina edə bilər.
Maddə 43. Quvvəyə minmə
1. Bu Konvensiya altıncı təsdiqnamənin və ya qoşulma aktının depozitə qoyulduğu gundən etibarən doxsanıncı gun quvvəyə minəcəkdir.
2. Altıncı ratifikasiya fərmanından və ya qoşulma aktından sonra Konvensiyanı ratifikasiya etmiş və ya ona qoşulmuş butun dövlətlər uçun Konvensiya muvafiq dövlətin öz
təsdiqnaməsini və ya qoşulma aktını depozitə qoyulduğunu gundən etibarən doxsanıncı gun quvvəyə minəcəkdir.
Maddə 44. Etibarsız elanetmə
1. Razılığa gələn hər hansı Dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə bu Konvensiyanı etibarsız elan edə bilər.
2. Bu cur etibarsız elanetmə Razılığa gələn muvafiq Dövlət uçun Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin bildirişi aldığı gundən bir il sonra quvvəyə minəcəkdir.
3. 40-cı maddəyə əsasən bəyanat vermiş və ya bildiriş göndərmiş hər hansı dövlət bundan sonra istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərmək vasitəsilə bəyan edə bilər ki, bu Konvensiya Baş Katibin göstərilən bildirişi aldığı gundən bir il sonra muvafiq əraziyə şamil olunmayacaqdır.
Maddə 45. Yenidən baxılma
1. Razılığa gələn hər hansı Dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə bu Konvensiyaya yenidən baxılmasını tələb edə bilər.
2. Əgər bu cur tələblə bağlı hər hansı tədbirlərin görulməsi zərurəti yaransa, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi muvafiq tədbirləri tövsiyə edəcəkdir.
Maddə 46. Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin göndərdiyi bildirişlər
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının butun uzvlərinə və uzvu olmayan, 39-cu maddədə göstərilən dövlətlərə aşağıdakılar barədə məlumat göndərəcəkdir:
a) 1-ci maddənin B bölməsinə əsasən daxil olmuş bəyanatlar və bildirişlər,
b) 39-cu maddədə nəzərdə tutulmuş imzalar, ratifikasiyalar və qoşulmalar,
c) 40-cı maddədə nəzərdə tutulmuş bəyanatlar və bildirişlər,
d) 42-ci maddədə nəzərdə tutulmuş qeyd-şərtlər və qeyd-şərtlərdən imtinalar,
e) 43-cu maddəyə uyğun olaraq bu Konvensiyanın quvvəyə minmə gunu,
f) 44-cu maddədə nəzərdə tutulmuş etibarsız elanetmələr və bildirişlər,
g) 45-ci maddəyə əsasən daxil olmuş yenidən baxılma tələbləri. Bunun təsdiqi uçun aşağıda imza edənlər lazımi qaydada vəkil olunaraq bu Konvensiyanı öz hökumətləri adından imzaladılar.
Min doqquz yuz əlli birinci il iyulun iyirmi səkkizində Cenevrədə ingiliscə və fransızca mətnləri eyni dərəcədə autentik olmaqla, tərtib edilmişdir. Bu nusxə Birləşmiş Millətlər Təşkilatının arxivində depozitə qoşulmuş, onun təsdiqlənmiş surətləri Birləşmiş Millətlər Təşkilatının butun uzvlərinə və uzvu olmayan 39-cu maddədə göstərilən dövlətlərə göndərilir.